ƏN MƏŞHUR 5 PLASTİK ƏMƏLİYYAT

Mündəricat

    ƏN MƏŞHUR 5 PLASTİK ƏMƏLİYYAT


    Müxtəlif beynəlxalq nəşriyyatların göstəricilərinə uyğun olaraq, ötən illərlə müqayisə etdikdə son illərdə keçirilmiş plastik əməliyyatların faizi aşağı düşmüşdür. Bu, sərhədlərin və uçuşların bağlanması, həmçinin pandemiyaya bağlı əhalinin diqqətinin başqa yerə yönəlməsi ilə əlaqədardır.

    Son illərdə plastik cərrahiyyədə hansı tendensiyaların populyar olduğunu öyrənmək istəyirsiniz? O zaman bu məqaləmi oxuyun. Son illərin ən məşhur 5 plastik əməliyyatı aşağıdakılardır:

    1.    Sinə böyütmə əməliyyatı

    Nəinki sinə böyütmə, həmçinin digər mamoplastika növləri də yenidən ən populyar plastik cərrahiyyə toplusu siyahısına daxil olub. Sinə gərmə, ginekomastiya və süd vəzi ölçüsünün dəyişdirilməsi pasiyentlər arasında populyar olaraq qalır. Bir şeyi də qeyd etmək lazımdır ki, son illərdə xanımlar arasında pis istifadəsi ilə sinə böyütməyə təmayül yaranıb. Lakin implantlar hələ də əvvəlki kimi lider mövqedə çıxış edir.

    2.    Rinoplastika əməliyyatı

    Rinoplastika əməliyyatı 2020-ci ildən bu yana populyarlığına görə sinə böyütmə əməliyyatını sıxışdıraraq qabaqlamışdır.

    3.    Blefaroplastika əməliyyatı

    Blefaroplastika 40 yaş üzəri pasiyentlər arasında daha çox populyardır. Bu prosedur azinvaziv hesab edilir və çox vaxt yerli anesteziya altında aparılır. Çox vaxt bu proseduru üz gərmə ilə birləşdirirlər ki, bir narkoz altında bir neçə prosedur həyata keçirilsin. 
    Blefaroplastikanı sırf estetik prosedur kimi görmək lazım deyil. Çox vaxt oftalmoloqlar da bu prosedurun həyata keçirilməsini israr edirlər. Çünki üst göz qapağı ptozu mexaniki görmə çətinləşməsi və baş ağrılarına səbəb olur.

    4.    Üz gərmə əməliyyatı

    Problemli bölgədən asılı olaraq, üz gərmənin bir neçə növü vardır.

    Dərin plan üz gərmə / SMAS Facelift

    Dərin plan üz gərmənin məqsədi çənəaltı və boyun kökündə üzün bu hissəsinin zəifləmiş əzələlərinin qaldırılması və möhkəmləndirilməsi hesabına dəri bürüşüklüyünü aradan qaldırmaqdır. Dərin plan üz gərmə prosedurları özündə plastik cərrahın əzələ-aponevrotik sistemə  (SMAS) nüfuz etməsini ehtiva edir.

    Mini üz gərmə

    Bu,  saçın bitmə xətti altında kiçik görünməz kəsiklərin istifadə olunduğu cərrahi üz gərmə texnikasıdır ki, plastik cərrah ustalıqla dərini gərə və hamarlaya, həmçinin də toxuma artıqlarını götürə bilir.

    Orta üz gərmə

    Adından da göründüyü kimi, orta üz gərmə üzün orta hissəsinə, özəlliklə də yanaqlara yönəlir.

    Üzün aşağı üçdə bir hissəsinin gərilməsi

    Bu prosedurun məqsədi – çənəni daha artıq hamar etmək üçün onun konturlarının və formasının dəyişdirilməsidir. Aşağıdakı hallarda icra edilə bilər:

    •    Kobud qatların və dərin qırışların mövcud olması;
    •    Təbii üz ovalının (çevrəsinin) bərpasının labüd olması;
    •    Yanaqların düşməsi, alt çənə üzərində sallaqlıqların əmələ gəlməsi;
    •    İkiqat buxaq;
    •    Boyun dərisinin nəzərə çarpan bürüşüklüyü;
    •    Qaşların və üst göz qapaqlarının sallanması;
    •    Gözaltı “torbalar”.

    Ən məşhur 5 əməliyyat

    Endodeep facelift™

    Endodeep facelift™ daha harmonik üz ölçüləri formalaşdırmağa və üzü gəncləşdirməyə imkan verir. Bu əməliyyat üsulu dünya plastik cərrahiyyəsində ilk dəfə mənim tərəfimdən icad edilmiş və rəsmi olaraq patentləşdirilmişdir.

    Endodeep facelift™ saç içərisində kiçik kəsiklər, deşiklər yolu ilə yerinə yetirilir. Kəsiklərin uzunluğu 1 sm-dən az olur. Üzdə belə əməliyyatlar həm ayrıca, həm də ardıcıl və hətta eyni vaxtda da aparıla bilər.

    Əlavə yaş əleyhinə prosedurların aparılması və qarşıdakı əməliyyatın həcmi hazırlıq mərhələsində plastik cərrah tərəfindən müəyyən edilir. Çox vaxt bu əməliyyatla SMAS-plastika, blefaroplastika, çənəaltı və yanaq liposaksiyası birləşdirilir. 60 yaşdan yuxarı pasiyentlər üçün isə üz gərmə əməliyyatı ya ənənəvi üsulla, ya da həm ənənəvi, həm də endoskopik üsulu birləşdirərək aparıla bilər.

    5.    Abdominoplastika əməliyyatı

    Qarın gərmə əməliyyatına daha çox artıq çəki itirmə sonrası kişilər və qadınlar, ya da daha hamiləlik planlaşdırmayan analar qərar verirlər. Əməliyyat tarixini təyin etməzdən öncə mütləq plastik cərrahla məsləhətləşmək lazımdır. 5 kq-dan artıq çəki itkisi və ya artımı  prosedurdan sonra nəticəni təhrif edə bilər.


    Onlayn randevu al