Blefaroplastika

blefaroplastika

Blefaroplastika


Blefaroplastika nədir?


Blefaroplastika nedir? Blefaroplastika əməliyyatı – göz qapağı dərisi gərilməsinin icra olunduğu plastik əməliyyatdır. Çoxları üçün bu, göz qapaqları yırtıqları və şişliklərindən qurtulmağın nəticəsi olan tək yoludur. Bu məqalədə mən sizə blefaroplastika haqqında qısa və lazımlı məlumatları sadə dillə çatdıracağam.

Nə zaman blefaroplastika etmək olar?


Gözlər real yaşı bildirir. Buna görə də cərrahi korreksiya zahiri görünüşü xeyli yaxşılaşdırmağa imkan verir. Bu prosedur əsasən orta yaşlı pasiyentlərdə tələbatlıdır. İnsanı yaşlı göstərən gözaltı qırışlar və torbalar yaş dəyişikliklərinin ilk əlamətləridir. Bəzən bu prosedur daha gənc yaşlarda, sallanma və yırtıqların formalaşmasına anatomik meyillilik olduqda tələb olunur.

Blefaroplastika aparılmasına göstərişlər:


gözaltı torbalar;
xırda və dərin qırışlar; 
yorğun görkəm;
göz qapağı qüsurlarını düzəltmək istəyi;
göz kəsiyi və ya formasını dəyişdirmək istəyi;
göz küncləri enməsi.

Blefaroplastika emeliyyati etdirmək qərarı verərkən çox şeyi nəzərə almaq lazımdır. Korreksiyaya nə qədər gec getsəniz, çapıqlar da o qədər çox bilinəcək. Piy yırtıqlarına baxmayaraq dəri elastikdirsə, əməliyyat heç bir iz qoymur. Neçə dəfə blefaroplastika etdirməyin mümkünlüyünü mütəxəssis müəyyən edir. Lakin yadda saxlamaq vacibdir ki, əməliyyatlar arası dövr 7 ildən az olmasın.

Korreksiya metodları


Göz qapağı dərisini gərməni plastik cərrahiyyə yolu ilə, yaxud qeyri-cərrahi yolla etmək olar. Korreksiya metodu gözətrafı dərinin və orqanizmin sağlamlıq vəziyyətindən asılı olaraq hər bir hal üçün fərdi seçilir və qiyməti də buna görə dəyişir.

1. Plastik cerrahiyye olmadan göz qapağı blefaroplastikası daha ağrısız və travmasız hesab edilir. Bundan başqa, onun əks göstərişləri və mümkün ağırlaşmaları az olur.



İki metodika var:


İnyeksiya (iynə) ilə. Dərman preparatları dəri altına yeridilir ki, bu da onu daha hamar və elastik edir.
Aparatla. Lazer, ultrasəs, termaj, termoliftinq, elektro, Raylife və DROT-terapiya aiddir.

Əks göstərişlər:


  • hamiləlik;
  • bədxassəli törəmələr;
  • kardiostimulyator varsa;
  • infeksion və autoimmun xəstəliklər;
  • hemofiliya;
  • iltihabi gözətrafı dəri xəstəlikləri (itdirsəyi);
  • şəkərli diabet.

Əməliyyatsız aşağı və yuxarı göz qapağı blefaroplastikası sonrası çapıqlar qalmır. Effekt 1 ildən (iynə) 7 ilədək (lazer prosedurları) qalır. 

Qeyd edim ki, qeyri-cərrahi üsul yalnız xırda qüsurları: dərin olmayan qırışlar, kiçik piy yığıntılarını aradan qaldırır. Əgər problem daha ciddi, yaxud pasiyentin yaşı 50-dən yuxarıdırsa, plastikaya üz tutmaq məqsədəyğundur.

2. Plastik əməliyyat. Piy toxuması və dəri artıqları cərrahi yolla götürülür. Kəsiklər təbii qat yerlərində edilir ki, çapıqlar bilinməsin. Aşağı göz qapağı nahiyəsində yırtıqların ləğvi gözün selikli qişası vasitəsilə kəsiksiz mümkündür. 

Əks göstərişlər:


  • qan laxtalanması problemləri;
  • antikoaqulyant qəbulu;
  • keçirilmiş infarkt və ya insult;
  • torlu qişanın qopması;
  • ürəyin işində problemlər;
  • şəkərli diabet;
  • onkoloji şişlər;
  • QİÇS;
  • sistem xəstəliklər;
  • xroniki böyrək və ya qaraciyər çatışmazlığı;
  • menstruasiya;
  • hamiləlik və südvermə dövrü.

Əməliyyatı mümkün etməyən qeyri-spesifik faktorlar:


  • Göz qapağı dərisi ətrafında iltihabi proseslər;
  • Bazedov xəstəliyi;
  • Quru göz sindromu;
  • Gicgahyanı dərin çapıqlar;
  • miopiya;
  • konyuktivit;
  • blefarospazm, yaxud qlaukoma.
blefaroplastika əvvəl və sonra
Əməliyyat sonrası bərpa dövrü


Əməliyyatdan sonra plastik cərrah müəyyən bərpa dövrü təyin edir. Əməliyyatdan sonra ilk günlər şişkinliklər müşahidə edilir: bu, orqanizmin təbii reaksiyasıdır. Soyuq kompres etməklə şişkinliyi azaltmaq olar.

Belə pasiyentlər blefaroplastikadan sonra tez reabilitasiya üçün müəyyən qaydalara əməl etməlidirlər:

  • Göz və göz qapaqlarına gərginliyi istisna etmək (mütaliə, kompüter, televizor, kontakt linzalar, parlaq işıq);
  • siqaret və alkoqoldan (böyük şişliklərdən daşınmaq üçün), duzlu qidalardan imtina etmək;
  • yüksək balışdan istifadə edərək yalnız kürək üstə yatmaq;
  • kontakt linzaları bir aylığa eynəklə əvəz etmək;
  • başı əyməməyə çalışmaq;
  • göz qapaqları və gözləri kənar təsirlərdən (külək, parlaq işıq, kosmetika, sabun);
  • üzü çobanyastığı dəmləməsi ilə yumaq;
  • hamam və saunalardan yayınmaq;
  • göz üçün xüsusi tapşırıqları səliqəli yerinə yetirmək.

Plastik cerrah tərəfindən müəyyən edilmiş reabilitasiya dövrü təxminən 7-10 gün çəkir. 2 həftədən sonra işə çıxmaq olar. Nəticə əməliyyatdan dərhal sonra bilinir. Tam effekt bir ay sonra görünəcək. Göz qapaqları dərisinə qulluq qaydalarına riayət onu daha uzun saxlamağa imkan verir. Bəzən bu dövr on ildən artıq olur.

Onlayn randevu al

AZE_FLAG +994