
Üz gərmə əməliyyatının ən çox axtarılan plastik cərrahiyyə prosedurlarından biri olmasının bir səbəbi var. Üzümüz dünyaya təqdim etdiyimiz görüntüdür və bir çox cəhətdən necə göründüyümüzü müəyyənləşdirir .Yaşlandıqca bir zamanlar hamar olan üz dərisində qırışlar əmələ gəlir və əvvəllər sıx olan dəri sallanır. Üzgərmə yaranmış sallanma və qırışları aradan qaldırır və istənilən yaşdakı pasientlər üçün daha gənc, daha parlaq bir görünüş verir.
ÜZGƏRMƏ ƏMƏLİYYATINA HAZIRLIQ
Xəstə əməliyyatdan əvvəl keçməsi mütləq olan bütün müayinələrdən keçir , qan və sidik testləri alınır, EKQ aparılır,döş qəfəs rentgen görüntüsü çəkilir. Xəstənin qanı yoluxucu və viral xəstəliklərin olması üçün yoxlanılır, laxtalanma səviyyəsi, Rh faktoru müəyyən edilir.Xəstə alınan bütün dərmanlar haqqında həkimə xəbərdarlıq etməli və əməliyyatdan 2 həftə əvvəl qan laxtalanmasına təsir edən dərmanları tamamilə dayandırmalıdır. Pasient anestezioloqla əlavə məsləhətləşmələr aparır. Əməliyyatın məqsədləri və istədiyi nəticələr xəstə ilə müzakirə edilir.
əməliyyatın davam etmə müddəti : 2-3 saat;
Anesteziya: lokal anesteziya və ya ümumi anesteziya;
Üz gərmənin növləri aşağıdakılardır:
- tam üzgərmə;
- üzün yuxarı 3də bir hissəsinin qalxması ( Alın gərmə, qaşqaldırma );
- aşağı üzgərmə( buxaq hissəsinin tamamilə azaldılması ,boyun gərilməsi );
Estetik plastik cərrahiyyədə üzgərmə ən çətin lakin incə bir əməliyyat hesab olunur.
Əməliyyat bir neçə mərhələdən ibarətdir:
- Əməliyyat sahəsi öncədən işarələnir;
- kəsiklər saçlı dəridən kəsilir, skalpellə kəsiklər aparılır;
- xüsusi alətlərin köməyi ilə toxumaların ayrılma prosesi aparılır.
- Smas qatı sərbəstləşdirilərək gərilib tikilir
- qulaq daxilindən başlayaraq artıq dəri aşkarlanır və kəsilib çıxarılır;
- yaraların kənarları diqqətlə birləşdirilir, qat-qat tikişlər qoyulur;
- drenaj qoyulur;
- əməliyyatın sonunda xəstənin üzünə xüsusi bir korset taxılaraq palataya köçürülür.
Əməliyyatdan sonraki dövr
Əməliyyatdan sonra pasient 1 gün xəstəxanada qalır, narahatlıq hiss olunmasın deyə . İlk 5 gündə tədricən artan, sonra da tədricən azalan şişlər olması normaldır. Əməliyyatdan bir həftə sonra göyərtilər görünə bilər. Heç bir müalicə almadan özləri gedəcəklər. Kosmetikadan istifadəyə 3 həftədən sonra başlamaq mümkün olacaq. Xəstə tam nəticəni yalnız 4-6 aydan sonra görə biləcək.
Boyun üzün gənc görünməsində vacib rol oynayır. Yaşlanma ilə boyundakı dəri və əzələlər boşalır və bəzi insanlarda artıq yağ yığılır. Platisma plastika əməliyyatı vasitəsilə çənənin altında və ya qulağın arxasında kiçik bir kəsiklə platisma ( boyun əzələsi ) və boyun yağ toxumasına giriş təmin edilir. Bunun sayəsində boyun əzələlərinin sallaqlığı aradan qaldırılır və artıq yağ çıxarılır.
Alın və qaş nahiyəsində tez-tez yaşlanmanın nəzərə çarpan izləri görülür. Bu nahiyələrdə genişlənmə, qaş düşməsi, göz qapaqlarının sallanması, alın qırışıqları, qaş çatlama izlərinə səbəb ola bilər. Qaş qaldırma cərrahiyyəsində bu problemlər üçün səbəb olan strukturların sıxışdırılmasıdır və ya alın yumuşaqlığının deyişdirilməsidir, qaşlar yuxarı qaldırılır, qaş çatma izləri tekmilləşdirili. Qaş qaldırma tək başına və ya üz gərmə və ya göz qapağı cərrahiyyəsi kimi digər əməliyyatlarla kombinə olaraq edilə bilər.
Qaş qaldırma əməliyyatı ilə bağlı son nailiyyətlər, endoskopiya da daxil olmaqla fərqli yanaşmalarla prosedurları həyata keçirməyə imkan verir. Qaş qaldırma əməliyyatı hər bir xəstə üçüm fərdidir. Ehtiyaclarınızdan asılı olaraq cərrahınız tərəfindən bir neçə cərrahi kəsik üsulundan biri seçilə bilər. Qaşların qaldırılması qocalma müddətini dayandırmır. Müalicənin müxtəlif formaları; qaş qaldırma əməliyyatı və alında qaşın üst nahiyısində boşalmanın müalicə edilməsi daxildir. Dəri zəifliyinin və cizgilərin yaxşılaşdırılması cərrahi müdaxilə və ya digər müalicə üsullari ilə ola bilər. Risk və ya mümkün komplikasiyalar müalicə və ya cərrahinin müxtəlif formaları ilə əlaqələndirilir
Qaş qaldırma əməliyyatında risklər:
Hər bir cərrahi prosedur müəyyən dərəcədə risk tələb edir. Qaş qaldırma əməliyyatının risklərini anlamaq vacibdir.
Bir insanın cərrahi yol seçimi risklərin və əməliyyatdan sonrakı dəyişiminin müqayisəsinə əsaslanır. Baxmayaraq ki, xəstələrin əksəriyyəti aşağıda bəhs edəcəyimiz ağırlaşmalarla qarşılaşmasalarda plastik cərrahınızla müzakirə edin; risklər, potensial ağırlaşmaları ( fəsadlarını ) və nəticələrini tam başa düşmək vacibdir.
Qanama: Nadir hallarda olsa da, əməliyyat zamanı və ya sonrasında qanaxma problemi ilə qarşılaşıla bilər. Əməliyyatdan sonra qanaxma baş verərsə, təcili drenaj müalicəsi və ya qan köçürülməsi tələb oluna bilər. Əməliyyatdan on gün sonra qanaxma riskini artırdıqları üçün aspirin və ya anti inflamatuar dərmanlar əvvəlcədən dayandırılmalıdır Tibbi konturolda olmayan təzyiq əməliyyat zamanı və ya sonrasında qanaxmaya səbəb ola bilər D ərinin altından qanaxma sağalmanı gecikdirə və ya pis yara izlərinə səbəb ola bilər.
İnfeksiya: Bu əməliyyatdan sonra çox hallarda infeksiya gözlənilmir. Nadir hallarda infeksiya inkişaf edərsə əlavə antibiotik müalicəsi və ya cərrahi müdaxilə tələb oluna bilər.
Dəri həssaslığında dəyişiklik: Üzdə və baş dərisində qaş qaldırma əməliyyatından sonra dəri həssaslığında azalma və ya itki ola bilər. Zamanla keçə bilər. Alın gərilməsindən, qaşların qaldırılmasından sonra baş dərisində və qaşlarda xroniki qaşınma baş verə bilər.
Dəri xətlərində düzensizlik: Qaş qaldırma sonra dəridə nizamsızlıq, xətlər, çökmə, qırışlar meydana gələ bilər.
Pis yara izləri( scar ): Cərrahi müdaxilədən sonra yaxşı bir yara sağalması gözlənilsə də, dəridə və daha dərin toxumalarda anormal çapıq meydana gələ bilər. Bu yara izləri ətrafdakı dəridən fərqlidir və xoş görünməyə bilər. Tikişlərin görünən izlər buraxma ehtimalı var. Əlavə müalicə tələb oluna bilər.
Qaşların qaldırılması üçün cərrahi yanaşmalardakı dəyişikliklər:
Bəzi hallarda, sadəcə cərrahi əməliyyat zamanı aşkar edilən faktorlara bağlı olaraq cərrahınız qaş qaldırma əməliyyatında cərrahi texnikasında dəyişikliklər etməyə məcbur ola bilər. Bu, endoskopik ( qapalı ) prosedurdan standart ( açıq ) qaş qaldırma proseduruna dəyişiklik şəkilində ola bilər.
Sinir zədələnməsi: Qaş qaldırma və alın gərmə əməliyyatı zamanı həm motor, həm də duyğu sinirlərinin zədələnmə ehtimalı var. Qaş qaldırma və ya alın hərəkətlərində itki və ya zəiflik əməliyyatdan sonra baş verə bilər. Bir çox insan motor funksiyasının geri döndüyünü görür. Qalıcı zəiflik nadirdir. Alın, baş dərisi və temporal hiss sinirlərində zədə meydana gələ bilər. Azalmış hissiyat ( Qaş qaldırma ) əməliyyatından sonra baş dərisində həssaslığın azalması ( sensasiya ) ola bilər. Daimi uyuşma və ya ağrılı sinir izləri nadir hallarda olur.
Daha dərin toxumaların zədələnməsi: Əməliyyatdan sonra göz, qan damarları, kəllə sümükləri, əzələlər və sinirlər kimi daha dərin toxumalar da zədələnə bilər. Bunun baş vermə potensialı tipinə görə dəyişə bilər. Bu zədələnmələr müvəqqəti və ya daimi ola bilər.
Asimmetriya: Normal insan üzü asimmetrikdir. Qaş qaldırma əməliyyatından sonra iki tərəf arasında fərq ola bilər.
Cərrahi anesteziya: Həm lokal, həm də ümumi anesteziya risk daşıyır. Hər hansı bir cərrahi anesteziya və ya sedasyon növü komplikasyon, zədələnmə və hətta ölüm riski daşıyır.
Allergik reaksiyalar: Nadir hallarda istifadə olunan plastra, tikiş materiallarına və ya topikal dərmanlara yerli allergiyanın bildirildiyi çox nadir hallarda vardır. Əməliyyat zamanı və ya sonrasında istifadə olunan dərmanlarla daha ciddi sistemik reaksiyalar baş verə bilər. Allergik reaksiyalar əlavə müalicə tələb edə bilər.
Sağalmanın gecikməsi: Yaranın ayrılması və ya sagalmanın gecikməsi mümkündür. Baş dərisinin və qaşın bəzi sahələri anormal və yavaş sağalabilər. Dərinin bəzi sahələri ölə bilər. Tez-tez sarğı tələb oluna bilər və ya sonradan sağalmayan toxumaların çıxarılması üçün cərrahi əməliyyat tələb oluna bilər. Siqaret çəkənlərin dəri itkisi və yaranın gec sağalması kimi ağırlaşmalar riski daha yüksəkdir.
Seroma: Maye toplanması nadir hallarda dərinin altında ola bilər. Bu problem baş verərsə, mayenin boşaldılması ( çıxarılması ) üçün prosedurlar tələb oluna bilər.
Uzunmüddətli təsirlər: Yaşlanma, günəş şüalarına məruz qalma, çəki artımı və ya azalması və bəzi digər şərtlər nəticəsində qaş qaldırma əməliyyatı ilə əlaqəsi olmayan qaşların və alnın görünüşündə dəyişikliklər ola bilər. Qaş qaldırma əməliyyatı nə qocalmanı dayandırır, nə də qaş bölgəsinin gərginliyini qalıcı şəkildə qoruyur. Qaş qaldırma əməliyyatının nəticələrini qorumaq üçün gələcəkdə yeni əməliyyatlar və müalicələr tələb oluna bilər.
Gözün qıcıqlanması: Qaş qaldırılma əməliyyatından sonra və ya xəstə eyni zamanda göz qapağı əməliyyatı keçirmişsə göz quruluğu və ya qıcıqlanma meydana gələ bilər.
Ağrı: Çox nadir hallarda xroniki ağrı qaş qaldırma əməliyyatından sonra baş verə bilər
Saç tökülməsi: Saç tökülməsi cərrahi kəsik boyunca və ya baş dərisində baş verə bilər. Bunun baş verəbiləcəyini proqnozlaşdırmaq olmaz. Saç tökülməsi yavaş - yavaş bərpa oluna bilər və ya nadir hallarda qalıcı ola bilər.
Metal materiallar və dərin tikişlər: Bəzi cərrahi texnikalarda alın quruluşlarını dəstəkləmək üçün kiçik steplerlər və ya daimi dərin dikişlər istifadə olunur. Çox nadir hallarda, vida kəllə sümüyündən girə bilər. İntrakranial zədə nadirdir, lakin mümkündür. Bu baş verərsə, əlavə müalicələr tələb oluna bilər. Vaxt keçdikcə dərin tikişlərin və ya metal materialın çıxarılması lazım ola bilər.
Göz qapaqları xəstəlikləri: Göz qapağı ilə göz dairəsi arasında kifayət qədər düşmə ( ektropion ) və ya yuxarı göz qapağının sallanması ( ptoz ) kimi göz qapaqlarının funksiyalarını təsir edən xəstəliklər, alın və qaş strukturlarının aşağı düşməsi ilə eyni vaxtda meydana gələ bilər. Qaş qaldırma əməliyyatı bu problemləri düzəltməyəcək. Əlavə cərrahi müdaxilələr tələb oluna bilər.
Qeyri - qənaətbəxş nəticələr: Qaş qaldırma əməliyyatının yaxşı nəticə verməyəcəyi ehtimalı vardır. Bu, qəbuledilməz görünən deformasiyalar, funksiya itkisi, yaranın pisləşməsi və duyğu itkisi kimi risklər daşıyır. Əməliyyatın nəticəsi sizi məyus edə bilər. Daha yaxşı nəticələr üçün nadir hallarda əlavə cərrahi əməliyyat tələb oluna bilər.
Əlavə cərrahi əməliyyatın lazımlığı: Risklər və potensial cərrahi ağırlaşmaların yanında, qaş qaldırma əməliyyatının nəticəsinə təsir edəcək bir çox faktorlar vardır. Risklər və ağırlaşmalar ümumi olmasa da, qaş qaldırma əməliyyatı ilə əlaqədar olanlar burada qeyd olunur. Digər risklər və komplikasiyalar daha az hallarda olur. Ağırlaşmalar inkişaf edərsə əlavə cərrahi əməliyyat və ya müalicə tələb oluna bilər. Yaxşı nəticələr gözləməklə yanaşı heç bir zəmanət yoxdur.
Ən çox edilən tətbiqlərdən biri də orta üz gərmə əməliyyatıdır. Üzün əsas nöqtəsi olan bu bölgə yaşlanmağa meyilli olduğu üçün daha erkən yaşlanma əlamətləri göstərir. Orta üz gərmə əməliyyatı 30-55 yaş arası qadın xəstələrə tətbiq edilir. Yanaq sallanması, göz altı torbalarının əmələ gəlməsi, zəif yanaq sümükləri kimi hallarda bu prosedur həyata keçirilərək üzün əsas nöqtəsinə həcmli və gənc bir görünüş verilir.
Endoskopik alın gərmə əməliyyatlarında, üzün yuxarı hissəsi dartılmaqla daha gənc və daha dinamik bir görünüş əldə edilir. Alın əməliyyatında alın və gicgah sahələri uzanır və lazım olduqda qaşlar qaldırılır. Müasir estetik cərrahiyyədə önəmli bir yerə sahib olan endoskopik alın gərmə əməliyyatı klassik alın gərmə əməliyyatından daha az yara izi buraxır və sağalma prosesi daha sürətlə irəliləyir.
Tibb dilində badam göz əməliyyatı olaraq bilinən kantoplastika, göz ətrafındakı sallanmaları aradan qaldırmaq üçün edilən bir əməliyyatdır. Bu prosesdə gözlər daha çox əyilir və açılır. Beləliklə, kiçik bir müdaxilə ilə yaşlandıqca ortaya çıxan və sizi narahat edən bu problemi ortadan qaldıra bilərsiniz. Qeyd edək ki, prosedur yalnız qadınlara deyil, kişilərə də tətbiq olunur.
Alın, qaşların, gicgahların, orta üzün və ağız künclərinin üz əzələlərini və toxumalarını təbii yerlərinə endoskopik üsulla yerləşdirmək və sıxmaq ( baş dərisinə kəsilmiş kiçik kəsiklər vasitəsilə ) bu tətbiqin əsasını təşkil edir. Əməliyyat göz qapağı plastikası və/və ya yağ inyeksiyası ilə müşayiət oluna bilər. Endoskopik tam üz gərmə əməliyyatının nəticələri uzun müddət qalıcıdır və yaşlanmanı gecikdirir.
Hər kəs üz gərmə ilə daha gənc görünmək istəyir, amma heç kim üz gərmə əməliyyatı keçirdiyinin bilinməsini istəmir. Buna SMAS metodundan istifadə etməklə nail olmaq mümkündür. Bu üsulda üzdə "plastik" ifadə meydana gəlmir. SMAS, üz və boyundakı əhəmiyyətli əzələləri əhatə edən əhəmiyyətli bir təbəqədir. Üz gərmə zamanı təkcə dəri deyil, həm də bu təbəqə ayrı bir təbəqə kimi uzadılaraq üzə daha təbii bir görünüş verir.
Üz cavanlaşdırma əməliyyatlarında "dərin plan" adlanan cərrahi tətbiq SMAS təbəqəsinin altına aiddir. Bu təbəqədə əməliyyat zamanı nəinki xəstənin dərisini, həm də yaşlanma və cazibə qüvvəsi səbəbiylə boşalan və əyilən bütün yumşaq toxuma kütləsini hərəkətə gətirə, formasını geri qaytara bilərik.
Üzdə plastik əməliyyat effektindən daha çox təbii ifadəni saxlayan üz gərmə növü - SMAS Face Lift-in daha inkişaf etmiş forması olan bu texnika ilə bütün üz orta səthlə birlikdə gərdirilə bilər. Bu zaman üzün aşağı və orta hissəsində deformasiyalar da aradan qaldırılır. High-SMAS Facelift 3-5 saat çəkən bir əməliyyatdır.
Günümüzdə üz gərmə əməliyyatları minimalistləşdirilir və müəyyən nöqtələrə tətbiq olunur. Bütün üz üçün əməliyyat etmək əvəzinə, mini üz qaldırma texnikası sayəsində daha az kəsik və sürətli bir sağalma prosesi əldə edilə bilər. Bu prosedur yalnız aşağı üz, yanaq bölgəsi və çənənin alt hissəsində həyata keçirilir. Tətbiqin erkən yaşlarda ( 40-50 ) üzün müxtəlif yerlərində yaşlanma və sallanma əlamətləri irəli səviyyəyə çatmadan edilməsi daha məqsədəuyğundur.
Ponytail Lift əməliyyatı endoskopik orta üz gərmə əməliyyatına çox bənzəyir, lakin əhatə dairəsi bir qədər məhduddur. Bu səbəbdən, endoskopik orta üz gərmə əməliyyatlarında görülən həddindən artıq/uzun müddətli şişlik daha az miqdarda və qısa müddətdə bu əməliyyatda görülür. Əməliyyat nəticəsində üzün yuxarı, alın nahiyəsi dartılaraq üzə gərilmiş, dolğun və gənc görüntü verir.
Blefaroplastika gözləri gəncləşdirən, onlara uzun müddətlik sağlam və mənalı ifadə verən cərrahi müdaxilədir. Alt və üst göz qapaqlarının estetikası dedikdə, göz qapaqlarının alt və üst nahiyələrində artıq dəri və piy toxumalarının kənarlaşdırılması nəzərdə tutulur.
Blefaroplastika, altdakı yağ toxuması ilə birlikdə həm yuxarı, həm də aşağı göz qapaqlarından artıq dəri və əzələlərin çıxarıldığı bir cərrahi əməliyyatdır. Blefaroplastika aşağıya əyilmiş dərinin formasını qaytarır. Bu əməliyyat üst göz qapaqları əyilmiş yaşlı xəstələrdə görmə qabiliyyətini yaxşılaşdırmağa kömək edir. Blefaroplastika cərrahiyyəsi hər bir xəstənin xüsusi ehtiyaclarından asılı olaraq dəyişir.
Kantopeksiya kimi bir cərrahi müdaxilə yuxarı və aşağı göz qapaqlarını korrektə etmək, gözlərin şəklini dəyişdirmək üçün edilir. Göz altındakı "torbaları" çıxarmağa, göz qapaqlarını qaldırmağa, yaralanmaların nəticələrini aradan qaldırmağa və s. kimi məqsədlərə xidmət edən kantopeksiya proseduru 18 yaşından başlayaraq istənilən yaşda edilə bilər.
Günümüzdə çox populyar olan badam göz əməliyyatı, üzün mərkəz nöqtəsi olan gözlərdəki yorğun ifadəni aradan qaldırır və daha gənc və cazibədar bir görünüş verir. Bu cərrahiyyə ilə gözlərin xarici küncləri bir qədər qaldırılaraq gözlərin daha böyük və daha dərin bir ifadə qazanmasına imkan verir və beləliklə insanlar daha cazibədar və sabit göz şəklinə sahib ola bilərlər.
Pişik gözləri adlanan əyilmiş gözlər, insana daha təravətli və daha cazibədar bir görünüş verir, eyni zamanda cazibə qüvvəsinə qarşı üzü qaldıran tətbiqlərdən biridir. Pişik göz ifadəsini gözlərə vermək üçün sadəcə gözün küncünü kiçik bir kəsiklə yuxarı qaldırmaq lazımdır ki, bu əməliyyat da pişik göz əməliyyatı adlanır.
Göz qapaqlarının sağlamlığı həm estetik, həm də funksional baxımdan çox vacibdir. Göz qapağının xarici amillərdən qorunmasında və sağlamlığının qorunmasında böyük əhəmiyyəti vardır. Tibbi ədəbiyyatda göz qapağının sallaqlığı ptoz kimi təyin olunur. Sistemli bir xəstəlik olmadığı üçün, ptoz xəstəliyinin yeganə müalicə üsulu cərrahiyyədir.
Bu əməliyyat zamanı alt göz qapağındaki sallanmalar korrektə olunur. Kəsiksiz prosedur olan alt blefaroplastika ağrısız olduğu üçün pasiyentlərin daha çox müraciət etməyə meyilli olduğu bir əməliyyatdır.
Dodaq plastikası ilə dodaqlar yenidən şəkillənir və eyni zamanda həcm və nəm qazanır. Bunun üçün dermal dolğu maddələri və ya yağ toxumasının köçürülməsi üsulundan istifadə olunur.
"Dodaq Gərmə" olaraq da bilinən, üst dodaq qaldırma, üst dodaq qısalması kimi adlarla tanınan bu əməliyyat üst dodaq sahəsinin uzunluğundan razı olmayan insanlarda tətbiq edilən proseduradır. Bu zaman xəstənin üz nisbətini pozan dodaqla burun arasındaki məsafə qısaldılır.
Botoks vasitəsi ilə dəridəki qırışlar və xətlər müvəqqəti olaraq yox olur. Hamilə və ya əmizdirən qadınlar istisna olmaqla, demək olar ki, hər kəs botoksdan istifadə edə bilər. Çox qısa zaman alan botoks müalicəsi göz kənarındaki, alındakı, boyndakı qırışları azaltmaq, qaşları qaldırmaq və tərləmənin qarşısını almaq üçün istifadə edilə bilər. Prosedurdan sonra heç bir ağrı hiss olunmur. Xəstələr tətbiqdən dərhal sonra normal iş həyatlarına qayıda bilərlər.
Üzün dolğunluğu təmin etmək üçün istifadə edilə bilən üsullardan biri yağ və toxuma yeridilməsidir. Yanaqlar, alın, yanaq-dodaq xətti, dodaqlar, çənə ucu və digər batıq yerlər bu tətbiqin edildiyi nahiyələrə nümunə sayıla bilər. Adətən, adamdan alınan yağ, yuyulma və süzülmə kimi bəzi xüsusi proseslərdən keçərək, sonra nazik borularla müəyyən bir konsentrasiyaya gətirilir və lazımi sahəyə yeridilir.
Üz nahiyəsindəki nahamarlıqlar, batıqlar, sallanmalar və sairə kimi deformasiyaların aradan qaldırılmasına xidmət edən rekonstruktiv əməliyyatlar ən geniş yayılmış plastik əməliyyatlardır. Bu əməliyyatlar həm ayrı-ayrılıqda, həm də kombinə olaraq keçirilə bilər.
Burun görünüş və nəfəs alma baxımından çox əhəmiyyətli orqanımızdır. Buna görə də burun müdaxilələri hər cəhətdən incə şəkildə planlaşdırılmalı və həyata keçirilməlidir. Estetik burun əməliyyatı ilə burun ölçüsü, burun ucu kiçilə, forma dəyişdirilə bilər, eləcə də burun dəlikləri daraldıla və ya genişləndirilə bilər, üst dodaqla burun arasındakı bucaq dəyişdirilə bilər. Bu əməliyyat anadangəlmə qüsurlar, burun xəsarətləri və bəzi tənəffüs xəstəlikləri kimi problemləri aradan qaldırmaq üçün istifadə olunur.
Etnik Rinoplastika, insanların mənsub olduğu irq ( Afrika, Yaxın Şərq, Latın Amerikası, Asiya və İspan ) ilə əlaqəli xüsusiyyətlərə malik təbii bir estetik burun hazırlamaq sənətidir. Müxtəlif cərrahi üsullarla xəstənin istədiyi forma burundakı patologiyalar düzəldilərək hazırlanır.
Septorinoplastika, eyni əməliyyatda burnun xarici görünüşü ilə birgə orta hissəsindəki əyriliyin də düzəldilməsidir. Xəstənin burun şəklindəki deformasiyalarla yanaşı, nəfəs alma tempini pozan problemlər də aradan qaldırılır.
Yaşlanma səbəbindən üzümüzdə, xüsusən də gözlərimizin ətrafında bir çox deformasiyalar görünməyə başlayır. Bu gün göz altı torbaları, yağ yastıqlarının yırtığı səbəbindən dərialtı axıntı, göz qapaqlarının sallanması və qaşların sallanması kimi deformasiyalar üçün klinik mühitdə həyata keçirilə bilən təsirli müalicələr mövcuddur. Əməliyyat olmadan ən son texnologiyalardan biri olan Accutite tətbiqi, göz qapaqlarının sallanması, qaşların qaldırılması, göz altı torbalarına müdaxilə və üz bölgəsindəki yağ toxumasının azaldılması üçün təsirli bir üsuldur.
Bağla
Bizi sosial mediada izləyin