Bella Eyes



Son illərin dəbinə çevrilmiş Bella Eyes əməliyyatı

Təbii görünən dik qaşlar və badam şəkilli maili gözlər bütün dünyada ən çox arzulanan görünüşdür. Qeyri-cərrahi yolla mümkün olmayan bu görünüşə artıq 1 saatlıq əməliyyatla nail olmaq olar.

Bella Eyes tam olaraq nədir?

Ən çox bəyənilən simalardan biri, şübhəsiz ki, model Bella Hadiddir. Onun ən çox bəyənilən nahiyəsi isə gözləridir. Dik qaşlar və çəkik gözlər həm üzü daha dinamik və sağlam göstərir,  həm də ümumi duruşu cazibədar edir.

Əməliyyat, yoxsa kliniki prosedur?

Bella Eyes əməliyyatdır. Təqribən 1 saat davam edən bu əməliyyatın ən avantajlı cəhəti üzün görünən bölgələrinə heç bir kəsiyin icra olunmamasıdır. Xüsusilə ənənəvi üsullarda, yalnız badam gözünə yönəlmiş texnikalarda gözün xarici hissəsindən kəsik edilir və bu kəsik bəzən sağalma dövründə pasiyentləri narahat edirdi. Bella Eyes əməliyyatında isə hər şey içəridə qalır. Endoskopik qaş qaldırmada olduğu kimi  ½ sm kəsiklə baş dərisindən daxil olunaraq yerinə yetirilir. Həm qaşlara, həm də göz quruluşuna eyni anda müdaxilə edilir.

Sağalma ( bərpa ) dövründə pasiyenti nə gözləyir?

Kifayət qədər rahat bir bərpa dövrü var. Çox vaxt hətta göyərmə belə olmadan sadə ödem ilə müşayiət olunur. Əgər şəxs çox həssasdırsa, təxminən 4-5 gün çəkəcək göyərmə/ödem ola bilər, lakin hamısı sağalır. 7-10 gün istirahət kifayətdir. Ən həvəsləndirici cəhət odur ki, nəticə əməliyyatdan dərhal sonra göz qabağında olur.

Onlayn randevu al