
Qadınların arzusunda olduğu bədən quruluşunu əldə etmək üçün müraciət etdiyi geniş yayılmış plastik əməliyyatlardan biri də endoskopik sinə böyütmə əməliyyatıdır. Bu əməliyyat aşağıdakı səbəblərə görə edilə bilir:
- Sinənin şəxsi səbəblərə görə kiçik olduğunu düşünən qadınların bədən konturlarını düzəltmək;
- Hamiləlikdən sonra sinənin həcminin azalmasını düzəltmək;
- Ölçülərdə simmetriyanı təmin etmək;
- Müxtəlif vəziyyətlərdə sinəni yenidən qurmaq;
- Tibbi və ya kosmetik səbəblərdən sinə implantlarını (protez) dəyişdirmək üçün.
Dövrün estetik standartlarından daha böyük sinə qadınlarda bir sıra kosmetik, psixoloji və funksional problemlərə səbəb olur. Sinə kiçiltmə əməliyyatı bu cəhətdən ən çox rastlanan plastik cərrahi əməliyyatlardan biridir. Əməliyyat öncəsində təhlillərin düzgün aparılması prosesin uğurla başa çatmasına və istədiyiniz görüntüyə qovuşmanıza kömək edəcəkdir.
Sinə dikləşdirmə əməliyyatı olaraq da bilinən mastopeksiya, xüsusilə hamiləlik dövründə, körpəyə süd verən zaman, menopoz və çəki itkisindən sonra sinədəki toxumalarda meydana gələn problemlərin həll yollarındandır. Bu əməliyyat həcm itkisi, boş dəri və çatlaqlarla özünü göstərən sallanma ilə müraciət edən xəstələrdə estetik olmayan görünüşü düzəltmək üçün keçirilir.
Sinədəki həcm əksikliklərinin aradan qaldırılması üçün bu bölgəyə bədənin başqa bir nahiyəsindən alınmış piy yeridilə bilər. Bu yolla sinəni müəyyən ölçüyə qədər böyütək mümkündür. Nəzərə alınmalıdır ki bu növ əməliyyatların nəticəsi qalıcı olmaya bilər. Səbəb isə orqanizmin piy və yağları özünə çəkmə ehtimalıdır.
Rekonstruktiv məmə cərrahiyyəsi (rekonstruktiv mammoplastika) əməliyyatdan və ya zədədən sonra döşün bərpası əməliyyatıdır. Plastik cərrah döş xərçənginə görə mastektomiya (süd vəzisinin qismən və ya tam çıxarılması) əməliyyatı keçirmiş xəstələrdə belə bir əməliyyat həyata keçirir.
Ginekomastiya süd vəzi toxumasının həddindən artıq böyüməsindən irəli gələn, kişinin sinə şəklində dəyişiklik ilə müşahidə olunan bir xəstəlikdir. Bu problem daha çox 15-40 yaş arası bəylərdə müşahidə olunur. Aydın olduğu kimi bəylərdə diskomfort və estetik olmayan görüntüyə səbəb olan bu problemin cərrahi müdaxilə ilə həll edilməsi mümkündür.
Bağla
Bizi sosial mediada izləyin