Bədən plastikası

Abdominoplastika ( qarın gərmə )

Abdominoplastika qarnın ortasından və alt hissəsində artıq yağ və sallanmış dərinin çıxarılması və qarın əzələlərinin gərilərək möhkəmlənməsi ilə nəticələnən cərrahi əməliyyatdır. Abdominoplastika obezitenin müalicəsi deyil. Bu əməliyyatdan əvvəl obez insanlar bacardıqları qədər arıqlamalıdırlar. Abdominoplastika digər bədən xətləri üçün korreksiya əməliyyatları ilə birlikdə də edilə bilər.

Lipoabdominoplastika

Bu əməliyyat zamanı boşalmış əzələlər orijinal yerlərinə qaytarılır və tikilir. Qarın gərmə ehtiyacı olan xəstələrdə ümumiyyətlə qasıq bölgəsində də sallanmalar olur ki, sözügedən əməliyyat bu problemi də ciddi dərəcədə arada qaldırmağa kömək edir. 

Liposaksiya

Liposaksiya "lipos = yağ" və "suction = əmmək" sözlərinin birləşməsindən əmələ gəlir və "vakuumla yağ əmmək" deməkdir. Xüsusi olaraq vakuum nasosuna qoşulmuş kanallar vasitəsilə bədənin müxtəlif yerlərindən yağlar bu müdaxilə zamanı udulur. Bu yolla liposaksiya təxminən dörddə bir əsrdir tətbiq olunur. Bu növ əməliyyatların məqsədi bədənin konturlarını dəyişdirməkdir.

Lipomodelləşmə əməliyyatı ( bədənə əzələ quruluşun verilməsi )

Zamanla deformasiyaya uğramış və ya ümumiyyətlə gözəl görünməyən bədən quruluşunun yenidən modelləşdirilməsinə xidmət edən bu əməliyyat lipoplastika sahəsində nisbətən yeni proseduralardan hesab olunur. Onun mahiyyəti piy toxumasının bərabər paylanmasını təmin edərək bədən quruluşunun yenilənməsindən ibarətdir.

6 Pack Lipo ( kişilərdə )

Kişilərin qarın nahiyəsində yerləşən 6 əzələnin daha gözəçarpan hala gətirilməsi üçün tətbiq olunan estetik əməliyyata 6 pack lipo əməliyyatı deyilir. İdman və diyeta proqramı ilə istədiyi nəticəni ala bilməyənlər bu əməliyyat üçün müraciət edə bilərlər.

2 pack Lipo ( qadınlarda )
Qadınların qarın bölgəsindəki 2 əzələnin paralel şəkildə üzə çıxarılaraq gözəçarpan formaya gətirilməsi 2 pack lipo əməliyyatıdır. Bu estetik müdaxilə vasitəsilə fit görünüşə qovuşmaq istəyənlər əsasən gənc və ya orta yaşda olmalı və obez olmamalıdırlar. 
BodyLift

Bədən gərdirmə - bodylift, bədənin formalaşması üçün birləşmiş əməliyyatlara verilən addır. Vücud qaldırma əməliyyatı ilə qarın, omba, bud, çənə, qol və pubik bölgələrdən yağ çıxarılması və dəri gərdirilməsi həyata keçirilə bilər. Bədənin gərilməsi ilə bir əməliyyatda bir neçə fərqli əməliyyatın təsirini birləşdirə və tək bir bərpa dövrü ilə istədiyiniz bədənə daha sürətli şəkildə qovuşa bilərsiniz.

Genişləndirilmiş Abdominoplastika

Bu növ abdominoplastika da digər abdominoplastikada olduğu kimi qarın divarındakı orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısının dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur. Genişləndirilmiş abdominoplastika eyni zamanda bədənin bel nahiyyəsində piylənmədən əziyyət çəkən pasiyentlərdə də icra edilir. 

Reverse Abdominoplastika

Ənənəvi abdominoplastika və ya qarın çəkmə həm yuxarı, həm də aşağı qarın boşluğunu əhatə etsə də, reverse abdominoplastika, yəni qarın boşluğunun tərs çəkilməsi bundan fərqlidir. Bu kosmetik əməliyyat zamanı qarının yuxarı hissəsindəki artıq, boş dərinin təmizlənməsi baş verir.

Endoskopik Abdominoplastika

Bu əməliyyatın vasitəsilə qarın nahiyəsindəki artıq piy toxuması və dəri çıxardılır və qarının estetik görünüşü bərpa olunur. Plastik korreksiyanın müasir forması olan endoskopik abdominoplastika videoendoskop və xüsusi manipulyatorlar vasitəsilə icra edilir. 

Bel Gərmə

Bel bölgəsində istənməyən qalınlaşmanın qadınlar üçün qorxulu bir yuxu olduğunu söyləsək yanılmarıq. Bütün estetik əməliyyatlarda olduğu kimi bel gərmə əməliyyatının səbəbi də əsasən insanın arzu etdiyi bədən görünüşünə qovuşmasıdır. Həddindən artıq çəki bədənindən utanmağa qədər müxtəlif psixoloji problemlərə yol açır. Bu səbəbdən əməliyyatdan sonra insanlar özlərini daha yaxşı hiss edir və demək olar ki, özünə inamlarını təzələyirlər.

Bədən şəkilləndirmə

Yaşlanma, doğum və sairə faktorların təsiri ilə bədən imicinin itirilməsi qadınları xüsusən narahat etməkdədir. Bədəndə meydana gələn deformasiyalar yerinə və növünə görə fərqləndirilərək bir neçə növ bədən şəkilləndirmə əməliyyatından biri seçilə bilər. Bu əməliyyatların vəziyyətdən asılı olaraq bir neçəsinin eyni anda keçirilməsi də mümkündür.

Popoplastika ( piylə )

Popoplastika omba böyütmə əməliyyatıdır. Kürək, bel və göbəkdən alınan yağlardan istifadə üsulu ilə olunan popoplastika Braziliya omba estetikası adlanır (Brasilian Butt Lift). Qarın, bel, kürək bölgələrindəki yağlardan istifadə etməklə də dolğun və yumru ombaya sahiblənmək olar ki, bunun nəticəsində bel də incəlir. Bu bölgələrdən liposaksiya üsulu ilə alınan yağlar filtrləndikdən sonra müvafiq hissələr köçürülür.

Composit Popoplastika ( implant+Piy )

Ombanın ölçüsünü əsasən iki üsulla bədəndən alınan yağlar və silikon yerləşdirməklə böyütmək mümkündür ki qeyd olunan üsul bu ikisinin bir arada keçirildiyi əməliyyat - composit popoplastikadır. Bu əməliyyat piylə popoplastikadan daha effektiv hesab olunur, səbəbi isə bu zaman bədənin yağı sovurub özünün əvvəlki formasına qayıtması ehtimalıdır.

Popo Kiçiltmə

Böyük popo bütün bədənin simmetriyasını pozmağın səbəblərindən biridir. Paltar tapmaqda, gəzməkdə və idman etməkdə çətinlik çəkən insanlar, bu bölgədə kiçiltmə əməliyyatı ilə daha uyğun və dinamik bir görünüş əldə edə bilərlər. Böyük popo bütün bədənin simmetriyasını pozan səbəblərdən biridir. Popo kiçiltmə əməliyyatları ümumiyyətlə liposaksiya üsulu ilə aparılır. Yağ çıxarma üsulu ilə edilən bu tətbiqdə, bədəndən artıq yağ çıxarılaraq daha kiçik bir popoya sahib olmaq məqsəd qoyulmuşdur.

Qol Gərmə

Yaşlanma, aralıq kilo itkisi və başqa səbəblərdən qolun arxa və daxili hissələrində sallanmalar meydana gəlir. Sallanma ilə yığılmış yağ toxumasının miqdarı insandan insana dəyişdiyinə görə hər bir xəstə fərdi olaraq qiymətləndirilməlidir. Qol gərmə əməliyyatı tək və ya digər bədən kontur əməliyyatları ilə birlikdə edilə bilər. Bu əməliyyat nəticəsində qolda yara izləri əmələ gələcəyi üçün əhəmiyyətli deformasiyaya uğramış insanlar üçün tövsiyə edilən bir müdaxilədir.

Ayaq gərmə

Yaşlanma və çox arıqlama nəticəsində qadınların çoxu, xüsusən də budun daxili hissəsində boşalma və sallanma hiss edə bilər. Xüsusilə ətək geyinərkən, gəzinti zamanı ayaqların iç tərəfləri sürtünərək tərləmə və qaşınmaya səbəb ola bilər. Bədəndə estetik baxımdan xoşagəlməz bir görünüş yaradan bu deformasiyaların səbəb olduğu çətinliklər ayaq gərmə əməliyyatı ilə düzəldilir.

Baldır estetikası ( implant, Piy )

Baldır estetikası ümumiyyətlə nazik və zəif baldırlara həcm vermək üçün edilir. Bu nahiyədə həcm artımına ehtiyac olarsa, həmin şəxsin öz bədənindən alınan piy istifadə edilə bilər. Liposaksiya ilə artıq sahələrdən alınan yağ toxuması lazımi prosedurlardan sonra baldırlarda lazım olan sahələrə verilir. İncə baldıra qalıcı müdaxilə üsulu isə silikon implantın istifadəsidir.

Bədəndə müxtəliv növ Rekonstruktiv əməliyyatlar

Bəzən diyeta saxlamaq və mütəmadi idmanla məşğul olmaq görünüşün istənilən forma və ölçülərə gəlməsinə kömək olmaya bilir. Bu kimi hallarda bədəndə rekonstruktiv, kombinə əməliyyatların tətbiqi ilə bədəni yenidən şəkilləndirib formaya salmaq olar.

Lipoödem cərrahiyyəsi

Lipoödəm, hər iki ayağı təsir edən dərialtı yağın qalınlaşması ilə müşayiət olunan ağrılı bir vəziyyətdir. Həddindən artıq yağlanma sindromu olaraq da bilinən lipoödəm, xəstələrdə omba və bütün ayaq boyunda həddindən artıq yağlanma və qalınlaşma müşahidə olunur. Bu xəstəliyin dərmanla müalicəsi demək olar ki olmadığından effektiv nəticəyə çatmağın tək yolu cərrahiyyədir.

Body Tite bədən şəkilləndirmə

Body Tite yeni nəsil bədən formalaşdırma və sıxılşdırma üsulu olaraq bilinir. Bu zaman dərini bərkitmək və sallanmaları aradan qaldırmaq üçün istifadə edilən radio tezliyi köməkli yağ çıxarma proseduru aparılır. Nizamsız qidalanma və hərəkətsizlik nəticəsində əmələ gələn qalıcı dərialtı yağların aradan qaldırılması və sıxılması üçün istifadə olunan bədən şəkilləndirmə etibarlı və yüksək təsirli bir müalicə üsuludur.

Onlayn randevu al