Mündəricat
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
- Əməliyyatdan sonrakı sağalma dövründə xəstələrin tipik emosional reaksiyaları

Üz gəncləşdirmə əməliyyatından əvvəl xəstələrin ən çox verdiyi suallardan biri:
“İz qalacaqmı?”
Bu, tamamilə normal narahatlıqdır. Heç kim gözəl nəticənin üzərində görünən cizgilərin qalmasını istəmir.
İzin Yeri Haradadır?
Dərin plan facelift zamanı kəsiklər qulaq ətrafında, saç dibində və bəzən də çənə altında edilir. Bu nahiyələr təbii qatlarda və kölgədə yerləşdiyi üçün, izlər gözlə seçilməz olur.
Niyə Bu İzlər Daha Yaxşı Sağalır?
Əvvəlki üsullarda dəri çox dartılırdı və nəticədə izlər qalın görünə bilirdi.
Dərin plan texnikasında isə dərinin altındakı təbəqələr qaldırılır, dəriyə əlavə gərginlik düşmür. Bu səbəbdən yaranan izlər daha incə, yumşaq və tez solan olur.
Sağalma Prosesi
- Əməliyyatdan dərhal sonra: izlər bir qədər qızarır və yüngül qalın görünə bilər.
- Bir neçə ay sonra: rəngi açılır, dəri ilə qarışmağa başlayır.
- Təxminən 1 il sonra: əksər hallarda izlər çox çətin görünür, bəzən isə ümumiyyətlə seçilmir.
Sağalmanı Necə Sürətləndirmək Olar?
- Günəşdən qorunmaq, SPF krem istifadə etmək.
- Həkimin tövsiyəsinə görə silikon gel və ya iz kremlərindən istifadə etmək.
- Siqaretdən uzaq durmaq – çünki sağalmanı ləngidir.
- Həkimin bütün göstərişlərinə əməl etmək.
Nəticə
Dərin plan facelift əməliyyatı düzgün aparıldıqda və sonrakı qulluq qaydalarına əməl olunduqda izlər minimum, gizli və demək olar ki, görünməz olur. İnsanlar əksər hallarda sadəcə sizin daha gənc və təbii göründüyünüzü hiss edir, izləri isə heç görmürlər.