Endoskopik orta üz gərmə

Endoskopik orta üz gərmə

Endoskopik orta üz gərmə əməliyyatı

Heç kim üçün sirr deyil ki, üzün hər nahiyəsi müxtəlif cür yaşlanır. Buna görə də gəncləşdirmə korreksiyaları təkcə kompleks şəkildə deyil, vəziyyət və göstərişlərdən asılı olaraq, hər bölgə üçün ayrıca aparıla bilər.

Üzün orta üçdə biri nədir?

Üzün orta üçdə biri burun-dodaq qırışları da daxil olmaqla, gözlərdən dodaqlara qədər olan bölgəni əhatə edir. Bu bölgədə yaş dəyişiklikləri xüsusilə nəzərə çarpan olur. Çünki bütün mimik fəallıq məhz oraya düşür. Yəni həm mənfi, həm də müsbət bütün emosiyalarımız məhz bu bölgədə əks olunur.

Kiçik dəyişiklikləri kosmetoloji prosedurların yardımı ilə düzəltmək olar. Amma elə məqam da olur ki, kosmetoloji tədbirlər artıq yetərsizdir, tam dairəvi üz gərmə isə hələ göstəriş deyil. Məhz bu zaman endoskopik orta üz gərmə əməliyyatı həyata keçirilir.

Endoskopik orta uz germe üçün göstərişlər
Endoskopik orta üz gərmə bu hallarda aparılır:

  • Həmin nahiyənin yumşaq toxumalarının öz elastikliyini itirməsi;
  • Yanaqların həcminin itirilməsi;
  • Almacıq sümükləri və yanaqlar nahiyəsində enmələrin əmələ gəlməsi ilə burun-dodaq xətləri və sallanmaların yaranması;
  • Almacıq sümüklərində şaquli qırışların yaranması.
endoskopik orta uz germe


Endoskopik orta üz gərmə əməliyyatı necə aparılır?

Endoskopik orta üz gərmə əməliyyatı ümumi narkoz altında aparılır və 2 saata qədər çəkir. Əməliyyat zamanı kəsik saç içindən edilir və orta üz nahiyəsi qaldırılır. Buna paralel olaraq alın və qaş da qaldırıla bilər. Endoskop yardımı ilə plastik cərrah yaxşı görüntü və problemli sahələrə əlçatanlıq əldə edir. Kiçik kəsiklərdən cərrah alətləri və videoassistеnt yeridilir. Sonra plastik cerrah toxumaların götürülərək daha yüksək vəziyyətə yerləşdirilməsi və fiksə edilməsini yerinə yetirir.

Çox vaxt endoskopik orta üz gərmə əməliyyatı alın gərmə və blefaroplastika ilə birləşdirilir. Bu zaman əməliyyatın qiyməti də fərqli olur. İstəkdən asılı olaraq pasiyentlərə orta üz gərmə əməliyyatı ilə birlikdə bella eyes, pişik göz, fox eyes, göz dartma əməliyyatı da icra edilə bilər.

endoskopik orta üz gərmə

Nəticə

Əməliyyat nəticəsində burun-dodaq üçbucağı, burun-dodaq xətləri, qırışları hamarlanır. İtirilmiş almacıq nahiyəsi həcmi bərpa edilir. Üz daha təravətli və dincəlmiş görkəm alır.
Əməliyyat az travmalıdır. Videoassistent tətbiqi isə toxumaların əlavə travmasını istisna etməyə imkan verir. Əməliyyat nəticəsi ömürlük qalır, kəsik isə saç içində edildiyi üçün görünmür.

Reabilitasiya

Stasionarda pasiyent 1 sutka qalır, 1 həftə boyunca xüsusi kompressedici sarğı (maska) geyinmək zəruridir ki, bu da əməliyyat olunmuş nahiyəni qorumaq və şişkinliyi önləmək imkanı verir. Bu müddətdə pasiyent evdə qalmalı, fiziki gərginlikdən çəkinməli, günəş vannası qəbul etməməli, saunaya və s. getməməlidir. Həkim tövsiyələrinə ciddi əməl etmək və özünü qorumaq lazımdır.
10-cu gün tikişlər sökülür. Amma toxumalar hələ normaya dönməlidir. Gərilmənin yekun nəticəsi əməliyyatdan 3 ay sonra dəyərləndirilə bilər.

Mən plastik cərrah Mübariz Məmmədli öz komandamla birlikdə Azərbaycan və Bakı üzrə endoskopik üz gərmə və digər estetik-plastik əməliyyatları yüksək peşəkarlıqla icra edirəm.

endoskopik orta uz germe emeliyyati

Onlayn randevu al

AZE_FLAG +994