Mini üz gərmə əməliyyatı

Mündəricat

    Mini üz gərmə əməliyyatı


    Mini üz gərmə əməliyyatı nədir?

    Mini  üz gərmə əməliyyatı – estetik liftinqdir, onu orta və aşağı dərəcəli boşalmış dərisi olan pasiyentlərə etmək olar. Bu, estetik prosedur olub, üz konturlarını daha dik və gərilmiş edir. Bütün yaş qrupları üçün tətbiq etmək olar.

    Mini üz gərmə əməliyyatına verilən üstünlük və tələbatdan asılı olaraq, pasiyentlər həm də gözaltı torbaları götürə, qaş qaldırma və almacıqlara yağ iynələri etdirə bilərlər. Kombinə olunmuş əməliyyatlarla birgə, mini üz gərmə çox effektli nəticə verərək, pasiyentlər daha gənc üz ifadəsi bəxş edir.

    Mini üz gərmə əməliyyatı kimlərə uyğundur?

    Mini üz gərmə əməliyyatı orta yaş qrupuna daxil olan insanlarda bürüşüklüyü önləmək üçün həyata keçirilir. Yaş amili, günəş, pəhriz, dəri keyfiyyəti və siqaret istifadəsi dəri bürüşüklüyündə mühüm rol oynayır. Zamanla dəridə  kollagen miqdarı azalır və dəri bərpa oluna bilmir. Ağırlıq gücünə məruz qalan üz cizgiləri yaşlanmış və yorğun görkəm alır.

    Bunun qarşısını almaq üçün mini üz gərmə əməliyyatı həyata keçirilir. Aşırı bürüşüklük dərəcəsi mini üz gərmə ilə aradan qalxmır, yalnız minimal müdaxilə edilir. Nəticə tam üz gərmədə olduğundan daha təbiidir. 50-60 yaşadək xanımlar mini üz gərmə əməliyyatına üstünlük verirlər.

    Mini üz gərmə əməliyyatı necə həyata keçirilir?

    Mini üz gərmə əməliyyatı yerli anesteziya altında icra edilə bilər. Lakin bu əməliyyat digər estetik müdaxilələrlə birləşdirildikdə ümumi anesteziya tətbiq edilir. Mini üz gərmədə kəsik düz qulaq məməsi (sırğalıq) qarşısında edilir ki, bu da qulaqda gizlədilə və baş dərisinə qədər uzadıla bilər.

    Kəsiyin uzunluğu 5-7 sm-dir. Buradan yerini dəyişmiş və dəri altına sallanmış piy yastıqcıqları  və yumşaq toxumalar yuxarı çəkilir, onların yeni yeri isə tikişlə işlənir.

    Əməliyyat üçün edilmiş kəsikdən dəri yuxarı və yanlara dartılır ki, daha təbii və gənc üz ifadəsi yaransın. Əgər lazımdırsa, artıq dəri kəsilir və dəri bərpa edilir. 
    Mini üz gərmədə yalnız müəyyən bir dəri toxuması götürüldüyü üçün təbii üz ifadəsi pozulmur. Əməliyyat zamanı sinirlər kəsilmir, ona görə də əməliyyat sonrası üz həssaslığı itirilməsi baş vermir. Əməliyyat orta hesabla 2,5 saat davam edir.

    Mini üz gərmə əməliyyatı

    Mini uz germe emeliyyatinin üstünlükləri

    Mini üz germe emeliyyati adi üz gərmə əməliyyatına nisbətən daha qısa müddətdə keçirilir. İnsanın sağalma sürəti tez olur. Əməliyyat sonrası dəridə baş verən göyərmələr və şişkinliklər tez keçir və insan öz gündəlik həyatına tez qayıdır.

    Mini üz gərmə əməliyyatı gənc insanlara aparıldığı üçün adi üzgərmə əməliyyatı ilə müqayisədə əməliyyatdan sonra dəri daha tez bərpa olunur. Lakin endoskopik üz gərmə daha effektiv üsuldur.

    Mən plastik cərrah Mübariz Məmmədli öz komandamla birgə Azərbaycan və Bakı üzrə mini üz gərmə əməliyyatını və digər estetik-plastik əməliyyatları peşəkarcasına icra edirəm.


    Onlayn randevu al