Üz gərmə əməliyyatı

Üz gərmə əməliyyatı


20 yaşda üzünüzü sizə təbiət verir. 30-da onu həyat düzəldir. 50 yaşda isə onu siz özünüz qazanmalısınız...
İnsanın daxili yaşı onun zahiri yaşı ilə nadir hallarda üst-üstə düşür. Cavanlıq arxasınca qaçaraq çoxları plastik cərrahlara müraciət edirlər. Bu da əbəs deyil!
Üz gərmə əməliyyatı ən populyar və cərrahlardan ən çox soruşulan bir əməliyyatdır. Bu məqalədə mən sizə əməliyyat haqda maksimum əlçatan, qısa, məzmunlu informasiya verməyə çalışacağam.


Feysliftinq nədir?
Feysliftinq bütün yaş dəyişikliklərini götürür. Üzə kontur dəqiqliyi verir. Cazibədarlığı qaytarır. Geniş plastik əməliyyatlar spektrini özündə birləşdirir. Cərrahi feysliftinqin aparılması 40 yaşdan yuxarı kişi və qadınlara tövsiyə olunur. Daha gənc yaşda bir sıra əməliyyatsız üsullar yardımı ilə üz dərisində liftinq effektinə nail olmaq mümkündür. Üzün dairəvi gərilməsi sayəsində yumşaq toxumaların sallanması probleminin də öhdəsindən uğurla gəlmək olar. Bu zaman üz 10-12 yaş cavanlaşa bilər.

Üz gərilmə (üz dartma) əməliyyatının aparılması üçün göstərişlər
Əməliyyat bu yaş dəyişikliklərinin aradan götürülməsi üçün məsləhət görülür:

  • Dəri sallaqlığı və atoniyası;
  • Əzələ və fasiya düşüklüyü (sallaqlığı);
  • Bilinən (görünən) burun-dodaq qatları;
  • İkiqat buxaq (çənə altı);
  • "Buldoqluq"ların yaranması; yanaqların sallaqlığı və s.

Savadlı aparılmış plastik cərrahiyyə sonrası üz konturları və üz  ovalı bərpa olunur. Yaşın yaratdığı çatışmazlıqlarla birgə zahiri yorğunluq və "qaşqabaqlı" üz ifadəsi də yox olur.

Üzün aşağı üçdə birinin gərilməsi qırışları götürür. Sallanmış yanaqları ləğv edir. Burun-dodaq qatlarını hamarlayır. Bu zaman peşəkar plastik cerrah tərəfindən icra olunan yanaq korreksiyası estetik cəhətdən yaraşıqsız "buldoq" bənzərliyindən də qurtulmağa kömək edir. 

Yaşlı pasiyentlərdə üzün aşağı üçdə birinin gərilməsi adətən boyungərmə ilə müşayiət olunur. Bu halda boyun-çənəaltı nahiyədəki qırışlar və "ikinci" buxaq ləğv edilir.

Üzün üst (yuxarı) hissələrinin korreksiyası üçün frontliftinq metodikası tətbiq edilir. Qaşlar və göz qapaqlarının gərilməsi baxışı daha gənc və aydın edir. Gözləri "açır". Alıngərmə isə qaşlararası dərin qatları və köndələn (əks) qırışları hamarlayır.
Bütün üz və boyun səthindəki yaş dəyişikliyi korreksiyası üçün üzün dəyirmi gərilməsi (dairevi uz germe) metodikası tətbiq edilir.

Üz dartma əməliyyatı necə aparılır və əməliyyat sonrası dövr
Uz germe emeliyyati ümumi narkoz altında keçirilir. Keçirilmə müddəti və qiyməti gərilmənin növündən asılı olur. 30 dəqiqədən 7 saatadək sürə bilər. 
Feysliftinq zamanı kəsik yerləri təbii qat bölgələrində seçilir. Bu da əməliyyat sonrası çapıqları görünməz edir. Plastik cerrahiyye əməliyyatından sonra 24 saat stasionarda tibbi personal nəzarətində qalmaq tövsiyə edilir. Hematomalar 14 günə sorulur. Plastik cərrah tərəfindən təyin edilmiş reabilitasiya dövrü 2 aydan 6 ayadək çəkir.
Bu əməliyyatdan sonra xanım pasiyentlər görünüşcə 10-15 yaş "cavanlaşırlar".

İlk növbədə - konsultasiyadir.
Yazılın və yanıma konsultasiyaya gəlin.  Nüanslar və cavabsız qalan suallarınıza konsultasiyada aydınlıq gətiriləcək. Həmçinin yeniliklərdən xəbərdar olmaq üçün saytımı izləyin, Facebook İnstaqram səhifələrimi izləməyi unutmayın.

Foto Əvvəl və Sonra
üz gərmə əməliyyatıuz germe emeliyyatiüz gərməuz germeüz gərmə əməliyyatı əvvəl sonra_1üz gərmə əməliyyatı əvvəl sonra_2üz gərmə əməliyyatı əvvəl sonra_3üz gərmə əməliyyatı əvvəl sonra_4üz gərmə əməliyyatı əvvəl sonra_5üz gərmə əməliyyatı əvvəl sonra_6

Onlayn randevu al

AZE_FLAG +994