Mündəricat
Abdominoplastika əməliyyatı
Qarın gərmə əməliyyatı və ya abdominoplastika nədir?
Bir çox qadın yaşından asılı olmayaraq, gözəl və cazibədar görünmək, bədən formasından zövq almaq, başqalarının baxışlarını özünə çəkmək istəyir. Bu gün plastik cərrahiyyənin inkişafı ilə üz və bədənin korreksiyasına yönəlmiş müxtəlif əməliyyatlar və prosedurlar getdikcə daha əlçatan olur. Qadınlar və kişilər üçün bədən konturlarını düzəldən belə məşhur plastik əməliyyatlardan biri də abdominoplastika əməliyyatıdır.Abdominoplastika əməliyyatı imkan verir:
- Qarın və bel formasını yaxşılaşdırmağa;
- Dəri-piy “önlüy”ünü ləğv etməyə;
- Dəri vəziyyətini yaxşılaşdırmağa;
- Dəri bürüşməsini, genəlmələri (striyaları), yırtıqları ləğv etməyə;
- Ön qarın divarı əzələlərini möhkəmləndirməyə.
Abdominoplastika əməliyyatı: göstərişlər
- Hamiləlik nəticəsində ön qarın boşluğunun boşalıb genəlməsi;
- Kəskin bədən kütləsi dəyişikliyi və nəticə olaraq, dəri daralmasının çəki dəyişikliyinə uyğunsuzluğu;
- Ön qarın divarında yırtıqların mövcud olması.
Abdominoplastika əməliyyatı: əks göstərişlər
Qarın gərmə əməliyyatı əsasən uzun çəkir. Buna görə bütün bilinən əks göstərişlər nəzərə alınır. Xüsusən də: sistemli kompensasiya olunmayan formada olan, məsələn, ürək, böyrək, tənəffüs yolları, endokrin xəstəliklərdə əməliyyat riski yüksəkdir. Yadda saxlamaq lazımdır ki, bu, estetik əməliyyatdır və onu pasiyentin həyat və sağlamlığı üçün bütün mümkün riskləri istisna etdikdən sonra etmək olar. Kiçik də olsa, əgər risk varsa, heç bir cərrah və anestezioloq əməliyyat keçirilməsinə razılıq verməyəcəkdir.Abdominoplastika qiymeti
Qarın gərmə əməliyyatı üçün bir neçə metod mövcuddur. Metod seçimi konkret bir pasiyentin konstitusional xüsusiyyətlərindən və qarşısına qoyduğu məqsədlərdən asılıdır. Misal üçün, gənc doğmamış qadınlar və yaşlı pasiyentlər üçün plastuka metodu seçimi fərqlənə bilər. Abdominoplastika qiymetleri də metod seçimindən asılı olaraq dəyişə bilir.Abdominoplastika emeliyyati necə keçir?
Abdominoplastika əməliyyatı həm yerli, həm də ümumi narkoz altında aparıla bilər. Yerli keyitmə kimi epidural (bel) anesteziya tətbiq olunur. Ən həcmli əməliyyat “lövbər” adlı texnologiya əsasında, lövbərvari kəsiklərlə aparılır. Daha aydın desək, əməliyyat gedişində göbək yeri dəyişdirilməsi, dərinin aşağı dartılması və üfüqi çapıq formalaşması edilir. Həmçinin daha bir şaquli kəsiklə bel yeri formalaşdırılır.Bu, klassik variantdır. Lakin başqa texnikalar da var. Bəzən əzik dəri əməliyyatı şaquli kəsik olmadan da göbək yerdəyişməsi etməyə imkan verir (əgər bel nahiyəsində hər şey yaxşıdırsa). Bu halda tikiş yalnız göbək ətrafında və üfüqi, bikini xətti boyunca olacaq.
Mini abdominoplastika yalnız üfüqi çapığa yol verir, göbəyə toxunulmur. Bəzən əzələ karkasını da (bel yeri yaratmaq üçün) qısaltmaq (daraltmaq) lazım gəlir. Bu həcmdə əməliyyatda 3-4 ay ərzində pressə fiziki gərginliyi məhdudlaşdırmaq lazımdır. Klassik əməliyyatda əzələ karkasına toxunulmur və 2 ay sonra məşq etmək olar.
Reabilitasiya
Qarin germe emeliyyati sonrası pasiyent 2 gün klinikanın stasionarında qalır. Bu günlərdə müayinələr, sarğılar, tikişlərin gigiyenası aparılır. Müddət sona yetdikdən sonra pasiyent evə yazılır. Reabilitasiya dövrünün vacib tələbləri bunlardır:
əməliyyatdan sonra 2 ay ərzində kompressiya edici geyim;
2 ay ərzində istənilən fiziki gərginlik və ya isidici prosedurlar (hamam, sauna, solyari və s.).
Mən plastik cərrah Mübariz Məmmədli öz komandamla birlikdə Azərbaycan və Bakı üzrə qarın gərmə və digər estetik-plastik əməliyyatları yüksək peşəkarlıqla həyata keçirirəm.
Bağla
Bizi sosial mediada izləyin