Rinoplastika əməliyyatı

Mündəricat

    Rinoplastika əməliyyatı

    Rinoplastika nədir?
    Rinoplastika nedir? Burun estetik emeliyyati haqqinda nələri bilirik? Rinoplastika emeliyyatindan sonra nə baş verir? Bütün bu suallara cavab vermək üçün bu haqda məqalə yazmağa qərar verdim.

    Rinoplastika burun tənəffüsü xətasını bərpa edir. Pasiyentin üz detallarına optimal estetik forma verir. Burunun ən vacib vəzifəsi nəfəs alma funksiyasıdır. Buna görə əməliyyatın başlıca məqsədi bu funksiyanın qorunması və yaxşılaşdırılmasıdır. Rinoplastika həm funksionallıq, həm də estetika məqsədilə aparılır.

    Çox insan burun əməliyyatı üçün Iranda və Turkiyede cərrah axtarır. Lakin mənim tərəfimdən Azərbaycanda, Bakida rinoplastika əməliyyatı peşəkar səviyyədə həyata keçirilir.
     

    Rinoplastika kimlərə edilir?
    Burun çəpəri əyriliyi, burunda artıq ət, burun ceperi eyriliyi və s. dövrümüzdə çox sıx rastlaşdığımız problemdir. Amma bu əməliyyatın başlıca səbəbi burun quruluşundan narazılıqdır.

    Öz burun formasından məmnun olmayan və sağlamlıq baxımından əməliyyat üçün yararlı olan hər bir pasiyentə rinoplastika etmək olar. Donqarlıq, uzunluq və burun ucu forması, həmçinin deşik forması, yaxud asimmetriya rinoplastika aparılması üçün əsas şikayətlərdir.

    Rinoplastika sayəsində burnunuzu uzatmaq və ya qısaltmaq, deşik ölçülərini kiçiltmək, burun ucunu dəyişmək, burun səmtini dodaq və alına doğru (krunos) dəyişmək olar. Bu əməliyyat zamanı həm də burundakı tənəffüs çətinliyinə səbəb olan sümük və qığırdaqlardakı əyrilikləri düzəltmək mümkündür. Bundan başqa, burun formasında  travma, qəza və zərbə nəticəsində yaranmış xəta hallarında burun rekonstruksiyası əməliyyatı aparılır.

    Estetik burun əməliyyatı üçün yaş neçə olmalıdır?
    Adətən pasiyentlərin əksəriyyətində 18 yaşa doğru sümük toxumalarının böyümə bölgəsi genişlənməyi dayandırır, yekun forma alır. Lakin bu fizioloji proses də ayrılıqda hər bir pasiyentin genetik xüsusiyyətlərindən asılıdır.

    Bəzilərində boy artımı 20 yaşında da müşahidə edilə bilər. Bu halda rinoplastika əməliyyatından imtina olunacaq. Digərlərində sümük toxuması inkişafı 18 yaşından tez yekunlaşır. Həkim boy artımı dayanması əlamətləri aşkarlasa, rinoplastika əməliyyatı 18 yaşında keçirilə bilər.

    Burun əməliyyatı üçün analizlər
    Rinoplastika keçirilməsinə əsas tələb – ümumi sağlamlıq vəziyyəti və mümkün əks göstərişləri üzə çıxarmaqdır. Bunun üçun pasiyent analizlər verməli və müayinələrdən keçməlidir:
    • Qanın ümumi analizi.
    • Qanın biokimyəvi analizi (ümumi zülal, ALT, AST, ümumi bilirubin, kreatinin, sidik cövhəri, qlükoza, elektrolitlər).
    • Sidiyin ümumi analizi.
    • Qan qrupu və rezus-faktor analizi.
    • Qanda İİV, sifilis və B və C hepatitləri (HBsAg, HCV) analizi.
    • Qanda koaquloqram analizi.
    • EKQ.
    • Flüroqrafiya.
    Əməliyyata hazırlıq barədə nəticəni terapevt verir. Uyğun xəstəliklər mövcuddursa, profol mütəxəssisisi ilə konsultasiya tələb olunur. Narkoza hazırlıq üçün anestezioloqa da baş çəkmək lazımdır.
     
    Rinoplastika qiyməti
     
    Ən çox verilən suallardan biri rinoplastika qiymeti və əməliyyatsız burun korreksiyasının qiymətləri barədədir. Bütün əməliyyat və ya prosedurların qiymetleri klinika, həkim, plastik cərrah və digər aspektlərə görə dəyişir.
     
    Açıq rinoplastika
     
    Aciq rinoplastika burun emeliyyati burunun deşiklərarası aşağı hissəsindəki kiçik kəsikdən icra olunur. Bu hissədən giriş plastik cerrah üçün daha geniş görüntü imkanları açır. Rinoplastika sümük, qığırdaq və burun əzələlərinin tam müşahidəsini tələb etdiyi üçün kəsik burunun iç hissəsində edilir.

    Kəsik burun ucundan başlayaraq burun çəpərinədək davam edir. Sonradan bu kəsik qağayı qanadı ya w hərfi formasında əks tərəfə keçir. Başqa sözlə, kəsiyin görünən hissəsi burun çəpəri yanında 2 mm-dən ibarət olur. Zamanla bu çapıq da görünməz olur.
     
    Qapalı rinoplastika
     
    Qapali burun emeliyyati burunun iç hissəsindəki kəsiklərdən icra olunan rinoplastika metodudur. Əməliyyat deşiklərdəki kəsiklərdən və burun tam açılmadan keçir. Skalpel yardımı ilə xaricdən deyil, burun daxilində 3-4 santimetrlik kəsik edilir.

    Beləliklə, cərrah üçün burunun sümük və qığırdaqları əlçatan olur. Plastik cerrah manipulyasiya yerində dərini qaldırır və qığırdaq hissələrini ya götürür, ya da əlavə edir. Əməliyyat sonrası kəsiklərə tikiş qoyulur.
     
    Karma rinoplastika
     
    Karma rinoplastika, başqa adla qarışıq rinoplastika açıq və qapalı rinoplastikaların qarışığıdır. Bu metodun ən böyük üstünlüyü burunun ucunu saxlayan pitangium bağının kəsilməməsidir. Nəticədə burun ucunun hissiyyatı, elastikliyi və hərəkətli olmasına heç bir zərər gəlmir. Eyni zamanda toxumalar az zədələndiyi üçün reabilitasiya dövrü də olduqca qısa çəkir.
     
    Təkrar rinoplastika
     
    Tekrar rinoplastika cərrahi nöqteyi-nəzərdən birinci rinoplastikadan daha mürəkkəb hesab edilir. Əvvəla, burun anatomiyası dəyişir. İkincisi isə, buruna forma vermək üçün gərəkli olan qığırdaq toxuması yetməyə bilər. Öz növbəsində, üçüncü rinoplastika daha da mürəkkəb sayılır. Bu cür əməliyyatlar mütləq məhz bu sahədə gərəkli cərrahi təcrübəsi olan mütəxəssislər tərəfindən icra olunmalıdır.
     
    Profiloplastika
     
    Profiloplastika plastik cerrahiyye əməliyyatı zamanı pasiyentin profilinə daha estetik görünüş vermək üçün alın, burun və çənəaltı künclərinə xüsusi diqqət ayrılır. Profiloplastika zamanı təkcə burun estetikasına deyil, həm də onun dodaqlar, çənə, dodaqlar və burun arası boşluqdakı yerləşmə mövqeyinə diqqət yönəldilir.
     
    Septoplastika nədir?
     
    Septoplastika septum deviasiyası, yəni burun çəpəri əyriliyi zamanı tətbiq edilən əməliyyatdır. Buna burun ceperi emeliyyati da deyirlər. Çox vaxt əyrilik qığırdaqlarda, həmçinin sümüklərdə də baş verə bilər. Burun çəpəri əyilməyibsə, septoplastikaya ehtiyac qalmır. Burunda əyrilik, sınıq, yaxud boşluq varsa, septoplastika labüddür.

    Burun kollapsı nədir?
     
    Burun kollapsının səbəbi adətən ya burun divarını dəstəkləyən qığırdaq yetməzliyi, ya da burun sümüyünün çox kəsilməsidir. Kollaps burundakı şişkinlik yatdıqdan sonra bilinir. Kollaps rekonstruksiyası üçün bəzən qabırğa istifadəsi kimi metodlara əl atmaq lazım gəlir.
     
    Lazerlə burun əməliyyatı
     
    Burun balıqqulağı sümüyünün ölçülərini kiçiltmə məqsədi ilə bəzən lazer istifadə edilir. Lazer qurğusunun optik toxuma zondu vasitəsilə buruna yönəldilən lazer enerjisi sırf burun balıqqulaqları ölçülərinin kiçildilməsi üçün tətbiq olunur. Bu təhlükəsiz manipulyasiya 10 dəqiqəyə yaxın çəkir.
     

    Əməliyyatsız burun korreksiyası
     
    Emeliyyatsiz burun korreksiyasi və ya emeliyyatsiz burun kiciltme günümüzdə ən çox maraq göstərilən mövzulardandır. Plastik cərrahiyyə olmadan bir neçə üsul mövcuddur:
    • Filler inyeksiyaları – burun bölgəsinə özünəməxsus implantlar funksiyası yerinə yetirən bərk (dolğun) gel – fillerlərin dərialtı yeridilməsidir. Onlar donqarlığı düzətmək, çökəkləri doldurmaq, burunu daha düz etmək imkanı verir.
    • Botulotoksin inyeksiyaları müəyyən əzələ gərginliklərini götürməyə kömək edir. Prosedurdan sonra burun deşikləri daralır, burun ucu dikəlir.
    • Drenaj mezokokteyl inyeksiyaları. Tərkib individual olaraq seçilir. Burun şişkinliyini götürməyə, onu daraltmağa, problemdən asılı olaraq, arzuolunan formanı əldə etməyə kömək edir.
    • Saplar – burunu “dartmağa”, qısaltmağa, ucunu qaldırmağa imkan verən yeni metoddur.
     
    Piezo (pyezo) rinoplastika
     
    Ultrasonik piezo rinoplastika cərrahiyyə metodu deyil. Sümük toxumalarının kəsilməsi üçün ultrasəs aparatı, yəni piezo-aparat istifadəsilə edilən əməliyyatlar piezo rinoplastika adlanır. Sümük toxumalarını kəsmək üçün ultrasəs aparatının özəlliyi ondadır ki, o, yumşaq toxumaları zədələmir.

    Lakin burunda həcmli aparatla manipulyasiya aparmaq üçün dəri və toxumaları qaldırmaq gərəkdir ki, bu da əməliyyat sonrası şişkinliklərə səbəb ola bilər. Bu yanaşma ideal burun formasına zəmanət vermir və lazım gəldikdə istifadə olunur.
     
    Burun ucu rinoplastikası
     
    Bu əməliyyatlar burun ucu korreksiyası üçün edilir və məhz 1 sm uca toxunur. Burun ucu rinoplastikası minimal burun travması ilə keçən əməliyyatdır. Belə əməliyyatlar zamanı sümüklə heç bir manipulyasiya aparılmır. Əməliyyat yalnız burun ucu korreksiyası istəyən pasiyentlərə tətbiq olunur.

    Bu əməliyyat cərrahi metodika deyil və klassik rinoplastika əməliyyatlarından az zaman alır. Təxmini əməliyyat müddəti 1 saatadəkdir. Adətən ağrı və göyərmələr pasiyenti narahat etmir. Pasiyent gündəlik həyatına tezliklə dönə bilər. Bundan başqa, belə əməliyyat cərrahiyyə şəraitində yerli narkoz tətbiq etməklə keçirilə bilər.
     
    Burun əməliyyatından sonra masaj etmək lazımdırmı?
     
    Rinoplastika emeliyyati sonrasi masaj burun kürəyi və yanlarını göz künclərinə doğru eynitərəfli hərəkətlər şəklində olduğu halda məsləhət görülə bilər. Belə masajın məqsədi mexaniki təzyiq hesabına qan dövranını yaxşılaşdırmaqdır. Sirkulyasiyanın yaxşılaşması yaraların sürətlə bərpasına səbəb olur.

     
    Reabilitasiya
     
    Rinoplastikadan sonra ne etmeli ? Rinoplastikadan 1 ay sonra nə baş verir? Rinoplastikadan sonra siskinlik çox qalırmı? Qeyd etmək lazımdır ki, rinoplastokadan dərhal sonra ilk günü pasiyent stasionarda keçirməlidir. Burundan axıntılar və şişkinliklər mümkündür. O, təkcə burun nahiyəsinə deyil, göz qapaqlarına da yayılır.

    Gipsi 1-2 həftə sonra çıxarmaq lazımdır. Rinoplastika sonrası bərpa orta hesabla 1 ayadək çəkir. Bu müddət müdaxilə miqyası və pasiyentin sağlamlığına, baxım xüsusiyyətlərinə görə dəyişir. Rinoplastika vaxtı yalnız yumşaq toxumalar işlənibsə, reabilitasiya əməliyyatdan sonra 1-2 həftə sürür. Sümüyə toxunulubsa, reabilitasiya daha uzun çəkir.

    Rinoplastika sonrası idman 6-12 həftəliyə məhdudlaşır. Rinoplastikadan sonra boksla məşğul olmaq əməliyyatın mürəkkəbliyindən asılıdır. Adətən, travma təhlükəli idman bir neçə aylığa məhdudlaşdırılır.



    Onlayn randevu al