Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
Septorinoplastika və ya burun çəpəri əməliyyatı
Septoplastika nədir?
Septoplastika nedir? Burun tənəffüs edilən havanı nəmləndirmək və təmizləmək kimi həyati funksiyanı yerinə yetirir. Burun septumunun, yəni burun çəpərinin əyriliyi ilə bu funksiya çətinləşir və bu da sinusit, oksigen çatışmazlığı, xroniki baş ağrıları, yuxu pozğunluğu, təngnəfəslik və s. ilə nəticələnir. Bu baxımdan septoplastika estetik deyil, ilk növbədə müalicəvi əməliyyatdır.
Septoplastika burnun formasını dəyişdirmir. Lakin pasiyenti burun formasından tam razı salmaq üçün çox vaxt estetik rinoplastika ilə birlikdə icra edilir. Əməliyyatın qiyməti də məhz bu incəliklərə görə dəyişə bilir.
Burun çəpəri əyriliyinin səbəbləri
Burun çəpəri burunun sümüklü, qığırdaqlı hissəsidir. O, selikli qişa ilə örtülür və burnu iki hissəyə bölür. Burun çəpərinin əyilərək yer dəyişməsi bir sıra səbəbdən qaynaqlana bilər:
- anadangəlmə xüsusiyyət;
- zədələr;
- neoplazmalar, poliplər, burun boşluğundakı yad cisimlər və s.
Burun çəpərinin deformasiyası demək olar ki, hər birimizdə müşahidə olunmasına baxmayaraq, bütün hallarda septoplastika tələb olunmur. Dəqiq diaqnoz yalnız sinusların öyrənildən və daxili müayinə aparıldıqdan sonra qoyula bilər. Əməliyyat əks göstərişlər olmadıqda təyin edilir.

Əməliyyata hazırlıq
Əməliyyatda və əməliyyatdan sonra fəsadların qarşısını almaq üçün ilkin konsultasiya zamanı cərrahı qəbul edilən dərmanlar barədə məlumatlandırmaq lazımdır. Əməliyyatdan bir neçə həftə əvvəl onlardan bəzilərini (məsələn, qan durulaşdırıcıları) dayandırmaq lazım ola bilər. Bəzən damarların kövrəkliyinin qarşısını almaq üçün xüsusi dərmanlar təyin edilməsi mümkündür.
Septoplastika öncəsi lazım olan analizlər
- EKQ;
- KBB konsultasiyası;
- sidik və qanın ümumi klinik analizi;
- qanın biokimyəvi analizi;
- paranazal sinusların KT müayinəsi;
- Rh faktoru, qan qrupu;
- koaquloqramma;
- hepatit, HIV və sifilis üçün qan testi;
- flüoroqrafiya.
Reabilitasiya (bərpa) dövrü
Septoplastika əməliyyatından sonra sağalma dövründə burun keçidləri tıxanır. Tamponlar əməliyyatdan sonra qanaxma ehtimalını azaldır və burun septumunun düzgün mövqeyini sabitləşdirir. Onlar çıxarıldıqdan sonra aşağıdakılara əməl etmək lazımdır:
- Fiziki fəaliyyəti mümkün qədər məhdudlaşdırmaq;
- İsti içkilərdən çəkinmək;
- Siqareti dayandırmaq;
- Bir neçə həftə ərzində saunaları, hamamları, isti vannaları və s. istisna etmək.
Septoplastika əməliyyatının qiyməti
Bakıda septoplastikanın qiyməti əməliyyatın mürəkkəbliyindən asılıdır.
Ən əsası öz sahəsində mütəxəssisə və çox təcrübəli cərraha etibar etməkdir.
Günel Məmmədli böyük təcrübəyə və bir çox cərrahların sahib olmadığı texnikaya malikdir.
Əməliyyata ehtiyac olduğunu müəyyən etmək üçün Günel Məmmədli ilə məsləhətləşməyi məsləhət görürük.
Günel Məmmədli burun çəpərlərinin korreksiyası, eləcə də estetik və funksional fokuslu mürəkkəb əməliyyatlarda geniş praktik təcrübəyə malikdir. Həmçinin Günel Məmmədli septoplastikanın müasir üsullarını mükəmməl bilir. O, mütəmadi olaraq ABŞ və Avropa ölkələrinin tibb müəssisələrində öz ixtisasını artıraraq öz bacarıqlarını artırır. O, əməliyyatın aşağı travmatik üsullarından istifadə edir ki, bu da reabilitasiya müddətini əhəmiyyətli dərəcədə azaldır.