Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
Karma rinoplastika əməliyyatı
Karma rinoplastika, başqa adla qarışıq rinoplastika açıq və qapalı rinoplastikaların qarışığıdır. Bu metodun ən böyük üstünlüyü burunun ucunu saxlayan pitangium bağının kəsilməməsidir. Nəticədə burun ucunun hissiyyatı, elastikliyi və hərəkətli olmasına heç bir zərər gəlmir. Eyni zamanda toxumalar az zədələndiyi üçün reabilitasiya dövrü də olduqca qısa çəkir.
Tələb olunan analizlər
Qanın ümumi analizi;
Qanın biokimyəvi analizi (ümumi zülal, ALT, AST, ümumi bilirubin, kreatinin, sidik cövhəri, qlükoza, elektrolitlər) ;
Sidiyin ümumi analizi;
Qan qrupu və rezus-faktor analizi;
Qanda İİV, sifilis və B və C hepatitləri (HBsAg, HCV) analizi;
Qanda koaquloqram analizi;
EKQ;
Flüroqrafiya.
Göstərişlər
burun kürəyinin dik, enli və ya yastı olması;
asimmetriya;
donqarlıq və çökəklər;
yuvarlaq, sallaq və ya çox dik burun ucu.
Əks göstərişlər
pasiyentin yaşının 18-dən az olması (istisnalar mövcuddur, yaralanma zamanı rinoplastika daha erkən yaşlarda edilə bilər) ;
iltihablaşmış KBB xəstəlikləri;
aktiv fazalı herpes;
dekompensasiya olunmuş şəkərli diabet;
qan laxtalanma pozuntuları;
menstruasiya;
ürək-damar sistemi xəstəlikləri, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı;
qaraciyər və böyrək xəstəlikləri;
planlaşdırılan cərrahi müdaxilə nahiyəsində follikulit;
kəskin viral xəstəliklər;
onkoloji xəstəliklər.
Reabilitasiya
Karma rinoplastikadan sonra ilk 1-2 günü xəstəxanada qalmaq mütləqdir. İlk nəticəni gipsi çıxardıqdan sonra qiymətləndirmək olar. Lakin burun hələ də şişmiş görünəcək. Əməliyyatdan 1,5 ay sonra nəticə daha aydın seziləcək. Ən azı iki ay idmandan imtina etmək vacibdir. Plastik cerrahiyye sonrası burun diqqətli müalicə və hətta minimal zədələrin tam istisna edilməsini tələb edir. Reabilitasiya dövründə aşağıdakılardan çəkinmək mütləqdir:
Qaçmaq və digər ağır fiziki fəaliyyətlə məşğul olmaq;
Üzmək;
Həddindən artıq çeynəmək;
Gülmək və ya digər hərəkətli mimikalar;
Eynək taxmaq;
Sərt diş fırçalamaq;
Sauna və buxar hamamından istifadə etmək.
