Qapalı rinoplastika

Qapalı rinoplastika əməliyyatı


Açıq və qapalı rinoplastika
 
Aciq ve qapali rinoplastika nedir? Onların qiyməti fərqlidirmi? Bu suallar pasiyentləri tez-tez düşündürür. Qapalı rinoplastika əməliyyatı endonazal girişdən istifadə edilən rinoplastika üsuludur. Metodun əsas fərqi elə adın özündədir. Bütün kəsiklər yalnız burun içərisində edilir. Bəs aciq ve qapali rinoplastika arasındakı başqa nə fərqlər var?

Açıq rinoplastikada plastik cərrah kolumellanın (burun dəlikləri arasındakı dərinin sahəsi) əsasında və hər burun dəliyinin içərisində kəsik edir. Bu üsul burunun bütün struktur elementlərini tam vizuallaşdırmağa və hətta ən mürəkkəb korreksiyanı maksimum dəqiqliklə həyata keçirməyə imkan verir. Bir çox hallarda bu texnika tövsiyə olunur. Kolumella bölgəsindəki kəsik bir neçə aydan sonra fərqlənmir.

Qapali rinoplastikada plastik cerrah burun dəliklərinin içərisində kəsiklər edir. Beləliklə, plastik əməliyyat sonrası nəzərə çarpan xarici kəsiklər olmur. Lakin bu plastik cerrahiyye üsulu rinoplastikanın bəzi problemlərinin həllində praktiki olaraq tətbiq edilmir.

Burun implantı qoyulacaqsa, həmçinin bəzi təkrar rinoplastika hallarında qapalı rinoplastika tövsiyə edilmir. Bütün cərrahlar qapalı rinoplastikadan istifadə edə bilməz: yüksək ixtisaslı həkim və böyük təcrübə, anatomik strukturlar haqqında qüsursuz bilik və cərrahi sahənin minimal vizuallaşdırılması ilə işləmək bacarığı tələb olunur.
 
Qapalı rinoplastika və ya qapalı burun əməliyyatı necə aparılır?
 
Qapali burun emeliyyati ümumi anesteziya altında aparılır. Cərrah burun dəliklərinin hər birində kiçik bir kəsik edir. Əməliyyat zamanı dəqiq manipulyasiyalar aparmaq üçün miniatür ölçülü cərrahi alətlərdən istifadə etmək lazımdır. Plastik cərrah əməliyyat planından asılı olaraq, toxumaları, sümükləri, qığırdaqları düzəldir və çıxarır. Bəzən burun implantları istənilən burun formasını əldə etmək üçün istifadə olunur.

Cərrahi korreksiya prosesində endoskopik avadanlıqdan istifadə edilə bilər. Plastik cərrahiyyə daxili tikişlərin və xarici fiksasiya bandajının tətbiqi ilə tamamlanır.
 
qapali rinoplastika

 
Göstərişlər
 
Qapalı rinoplastika qapalı burun estetik əməliyyatı olaraq bilinir. Onun üçün göstərişlər digər rinoplastika növləri ilə eynidir:

  • asimmetriya;
  • yuvarlaq, sallaq və ya çox dik burun ucu;
  • burun kürəyinin dik, enli və ya yastı olması;
  • donqarlıq və çökəklər.
 
Əks göstərişlər
 
  • pasiyentin yaşının 18-dən az olması (istisnalar mövcuddur, yaralanma zamanı rinoplastika daha erkən yaşlarda edilə bilər) ;
  • iltihablaşmış KBB xəstəlikləri;
  • aktiv fazalı herpes;
  • dekompensasiya olunmuş şəkərli diabet;
  • qan laxtalanma pozuntuları;
  • menstruasiya;
  • ürək-damar sistemi xəstəlikləri, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı;
  • qaraciyər və böyrək xəstəlikləri;
  • planlaşdırılan cərrahi müdaxilə nahiyəsində follikulit;
  • kəskin viral xəstəliklər;
  • onkoloji xəstəliklər.
 
Reabilitasiya (bərpa) dövrü
 
Daha az toxuma zədələnməsi səbəbindən qapalı rinoplastikadan sonra reabilitasiya müddəti nisbətən azdır. Bununla belə, bir aya qədər burun nahiyəsində xarici şişkinlik hələ də davam edir. İlk iki həftədə kifayət qədər aydın görünür. Ümumi narahatlıq və bədənin zəifləməsi müşahidə oluna bilər. Bu hal normaldır və bir həftə ərzində yox olur.

Əməliyyatın ertəsi günü burun tamponları çıxarılır. 10-11-ci gündə xarici bərkidici sarğı açılır. Bu zaman əməliyyatın nəticəsini görəcəksiniz. Ancaq onu bir ay sonra tam qiymətləndirmək olar. Tam sağalma 6 aydan bir ilə qədər davam edə bilər.

Qapalı rinoplastikadan sonra zədələrin qarşısını almaq üçün iki ay ərzində idmandan çəkinmək lazımdır. Altı ay ərzində təmaslı idman növlərini (boks, güləş və s.) unutmalısınız.

Qapalı rinoplastikadan sonra iki ay ərzində sauna və hamam da istisna edilməlidir. Eynək taxmaq barədə cərrahla məsləhətləşin. Əksər hallarda iki ay ərzində eynək taxmaq olmaz.


Onlayn randevu al

AZE_FLAG +994