Mündəricat
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
- Əməliyyatdan sonrakı sağalma dövründə xəstələrin tipik emosional reaksiyaları
Piezo rinoplastika əməliyyatı
Piezo rinoplastika nədir?
Piezo rinoplastika – burun sümükləri ilə işləmək üçün ultrasəs piezo aparatının yardımı ilə icra edilən rinoplastikadır. Bu aparat yumşaq toxuma, damar və sinirləri zədələmədən burun düzəltməyə imkan verir. Burun kürəyinin qığırdaq hissəsinin zədələnməsini istisna edir. Əməliyyat ümumi anesteziya altında keçirilir. Təxminən 3 saat davam edir.
Rinoplastika faktiki olaraq bütövlükdə üzdə harmoniya yaratmaq, öz xarici görünüşü ilə əlaqədar psixoloji diskomfortdan qurtulmaq imkanı verir. Özünəinam hissini gücləndirir.
Piezo aparat istifadəsi rinoplastikada əməliyyat risklərini azaltmağa, şişkinlik, hematomaları minimuma endirməklə reabilitasiya dövrünü xeyli qısaltmağa imkan verir. Kəski və çəkic tarixə döndü.
Göstərişlər
- burun deformasiyaları;
- müxtəlif ölçülərdə burun donqarlığı;
- asimmetriya;
- burun kürəyinin aşağı olması (asiya burnu) ;
- burun dəliklərinin həddindən artıq iri olması;
- irəli çıxmış kolumella.
Əks göstərişlər
- iltihablaşmış KBB xəstəlikləri;
- aktiv fazalı herpes;
- dekompensasiya olunmuş şəkərli diabet;
- qan laxtalanma pozuntuları;
- menstruasiya;
- ürək-damar sistemi xəstəlikləri, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı;
- qaraciyər və böyrək xəstəlikləri;
- planlaşdırılan cərrahi müdaxilə nahiyəsində follikulit;
- kəskin viral xəstəliklər;
- onkoloji xəstəliklər.
Reabilitasiya
Piezo rinoplastikada bərpa dövrü 6 aydan 1 ilə qədər davam edə bilər. Bu müddətdə aşağıdakılardan çəkinmək məsləhət görülür:
- Qaçmaq və digər ağır fiziki fəaliyyətlə məşğul olmaq.
- Üzmək.
- Həddindən artıq çeynəmək.
- Gülmək və ya digər hərəkətli mimikalar.
- Eynək taxmaq.
- Sərt diş fırçalamaq.
- Sauna və buxar hamamından istifadə etmək.
