Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
ÜZÜN AŞAĞI ÜÇDƏ BİR HİSSƏSİNİN GƏRİLMƏSİ
Üzün aşağı üçdə bir hissəsinin gərilməsi nədir?
Alt çənə, çənəaltı (buxaq) və boyun hissəsi insan bədəninin ilk qocalma əlamətləri meydana çıxan nahiyələridir. Çünki bu bölgələrdə əzələ və birləşdirici toxuma karkası çox zəif, dərinin özü isə olduqca quru və nazikdir.
Üzün aşağı üçdə bir hissəsinin gərilməsi əməliyyatı, başqa sözlə, aşağı zona üz gərmə bu cür yaş dəyişikliklərini ləğv etmək məqsədi ilə həyata keçirilir və dərin plan üz gərmə əməliyyatının tərkibində icra edilir.
Üzün aşağı üçdə bir hissəsinin gərilməsi əməliyyatı üçün göstərişlər
Üzün aşağı üçdə bir hissəsinin gərilməsi əməliyyatı üçün göstərişlərə aşağıdakılar daxildir:
• İkinci buxağı əmələ gətirən hədsiz piy qatları;
• Dəri tonusunun düşməsi, onda artıqların və sallaqlıqların (“hindquşu boynu”) əmələ gəlməsi;
• Boyun-çənəaltı küncünün düzləşməsi;
• Boyunda qeyri-estetik görünən xətlərin yaranması;
• Üz konturlarının dəqiqliyinin itməsi;
• Alt çənə kənarları boyunca sallaqlıqlar əmələ gətirən dəri sallanmaları;
• Dodaq künclərinin düşməsi.
Üzün aşağı üçdə bir hissəsinin gərilməsi əməliyyatı üçün əks-göstərişlər
Üzün aşağı üçdə bir hissəsinin gərilməsi əməliyyatı üçün əks göstərişlərə aşağıdakılar daxildir:
• Hamiləlik və laktasiya (süd vermə) dövrü;
• Korreksiya bölgəsində dəri xəstəlikləri;
• Qan laxtalanmasında pozuntular;
• Dirəncli qan təzyiqi artımı;
• Kəskin fazada olan bütün xəstəliklər.
Aşağı zona üz gərmə əməliyyatı necə aparılır?
Üzün aşağı hissəsinin liftinqindən öncə pasiyent əks göstərişlərin aşkarlanması və orqanizmin fərdi xüsusiyyətlərinin müəyyənləşdirilməsi üçün ümumi müayinədən keçməlidir. Hazırlıq üçün müdaxilədən ən azı 1 həftə əvvəl qan laxtalanmasına təsir edən bütün vasitələrin qəbulu dayandırılmalıdır.
Əməliyyatın özü 2,5 - 3,5 saat davam edir və ümumi narkoz altında həyata keçirilir. Bütün tikişlər gözdən gizli sahələrdə yerləşdirildiyindən əməliyyatdan sonra heç görünmür. Müdaxilə stasionar şəraitdə keçirilir. Müsbət nəticələr və pasiyentin vəziyyəti stabil olduqda növbəti sutka pasiyent evə göndərilir.
Reabilitasiya (bərpa olunma) dövrü
Əməliyyatdan sonrakı bərpa dövrünə aşağıdakılar daxildir:
• İlk 7-10 gün ərzində əməliyyat nahiyəsindəki yumşaq toxumaları effektli şəkildə fiksə edərək onların tərpənməsini və tikişlərin dartılmasını önləyən kompessiyaedici sarğıda gəzmək mütləqdir;
• Tikişlər müdaxilədən təxminən 1 həftə sonra sökülür;
• Artıq 2 həftə sonra normal həyat tərzinə geri dönmək mümkündür;
• Aktiv fiziki iş, sauna, solyari və hovuza getmək əməliyyatdan sonra ən azı 4 həftə istisna edilməlidir.
Üzün aşağı üçdə bir hissəsinin gərilməsi necə effekt verir?
Aşağı zona üz gərmə əməliyyatı və reabilitasiya dövründən sonra pasiyent aşağıdakı effektləri əldə edir:• Dəqiq, estetik boyun, çənəaltı və alt çənə konturları;
• “Hindquşu boynu” sindromunun aradan qalxması;
• Gözəl cizgili və ifadəli boyun-çənəaltı küncünün formalaşması;
• Dodaq, çənəaltı və boyun nahiyəsində dərinin hamarlanması;
• Sallaqlıqların yoxa çıxması.
Mən plastik cərrah Mübariz Məmmədli öz komandamla birlikdə Azərbaycan və Bakı üzrə Üzün aşağı üçdə bir hissəsinin gərilməsi əməliyyatını və digər estetik-plastik əməliyyatları yüksək peşəkarlıqla həyata keçirirəm və effektivliyinə tam zəmanət verirəm.
