Üz əməliyyatları

Üz əməliyyatları

Üz əməliyyatları


Üz gərmə (dartma) əməliyyatı (feysliftinq)


Feysliftinq və ya üz gərmə (dartma) əməliyyatı 40 yaşdan yuxarı kişi və qadınlara tövsiyə olunan plastik əməliyyatdır. Bu əməliyyat sayəsində yaş dəyişiklikləri aradan qaldırılır. Uz germe emeliyyatinin köməyi ilə üzə kontur dəqiqliyi verilir. Yumşaq toxumaların sallanması problemi də həll edilir. Pasiyent 10-12 yaş cavanlaşır. Bu əməliyyat barədə ətraflı oxumaq üçün daxil olun.

üz gərmə əməliyyatıuz germe emeliyyati

Endoskopik qaş qaldırma və alın gərmə əməliyyatı (browlifting)

Brow lifting əməliyyatı bir neçə üsulla həyata keçirilə bilər. Uyğun üsul pasiyentin orqanizminin fərdi xüsusiyyətləri əsasında seçilir. Son dövrlər endoskopik qaş qaldırma və Bella Eyes daha çox dəbdədir. Yaşlanmanın və yerin cazibə qüvvəsinin təsiri ilə qaşların aşağı düşməsinə gətirib çıxarır. Həm də üst göz qapağı sallanır. Qaşüstü nahiyədə kəsiklərin aparılması eyni vaxtda bir neçə problemi həll etməyə imkan verir. Bu müdaxilənin yardımı ilə piy və yumşaq toxuma artıqlarından müvəffəqiyyətlə qurtulmaq olar. Dəri hamarlanmasına nail olunur və qaşlar qaldırılır. Daha geniş məlumat üçün klikləyin.

qaş qaldırmaqaş qaldırma əməliyyatı
Blefaroplastika

Blefaroplastika – göz qapağı dərisi gərilməsinin icra olunduğu plastik əməliyyatdır. Çoxları üçün bu, göz qapaqları yırtıqları və şişliklərindən qurtulmağın nəticəsi olan tək yoludur. Gözlər real yaşı bildirir. Buna görə də cərrahi korreksiya zahiri görünüşü xeyli yaxşılaşdırmağa imkan verir. Bu prosedur əsasən orta yaşlı pasiyentlərdə tələbatlıdır. İnsanı yaşlı göstərən gözaltı qırışlar və torbalar yaş dəyişikliklərinin ilk əlamətləridir. Bəzən bu prosedur daha gənc yaşlarda, sallanma və yırtıqların formalaşmasına anatomik meyillilik olduqda tələb olunur. Ətraflı məlumat üçün buraya daxil olun.

blefaroplastika

Otoplastika (qulaq plastikası)


Gözəl qulaq forması daim insanın “vizit kart”larından biri olmuşdur. Anadangəlmə və ya qazanılma qulaq seyvanı qüsurlarının aradan qaldırılması əməliyyatı otoplastika adlanır. Bu metod qulaq seyvanına aid istənilən problemi effektiv surətdə həll edir. Əməliyyat palazqulaqlıq, qeyri-proporsional (hədsiz kiçik, yaxud böyük) sırğalıq (qulaq məməsi), bəzən də qulag seyvanının tam və ya qismən yoxluğunda tətbiq olunur. Əməliyyat barədə daha ətraflı buradan oxuyun.

Otoplastika qulaq plastikası


Burun əməliyyatı (rinoplastika, septoplastika)


Burun əməliyyatı mürəkkəb plastik əməliyyatlardan biridir. Bu əməliyyat burun donqarlığını götürür. Onu kiçildir, formasını dəyişir. Digər plastik əməliyyatların çoxu  kimi burun plastikası da çox vaxt mahiyyətcə insanın psixoloji səhhətini dəyişir. Plastik burun əməliyyatı burun çəpəri əməliyyatı ilə birgə edilə bilər. Yəni burun emeliyati həm estetik, həm də sağlamlıq problemini – tənəffüs funksiyasını həll etmiş olur. Daha geniş və ətraflı məlumat oxumaq üçün klikləyin.

Rinoplastika əməliyyatı


Çənə (buxaq) korreksiyası (mentoplastika)


Mentoplastika (ikinci adı - genioplastika) çənəaltı (buxaq) formasını korreksiya etmək imkanı verir. Üzün aşağı hissəsi doğuşdan böyük ola bilər. Bu, genetikdir. Çox vaxt çənə altı yaş dəyişikliyi yanlış həyat tərzi ucbatından yaraşıqsız görkəm alır. Səbəbdən asılı olmayaraq, cene plastikası situasiyanı düzəltməyə kömək edir. Daha ətraflı bilgi toplamaq üçün bura tıklayın.

Mentoplastika


Boyun gərmə (dartma) əməliyyatı (platizmoplastika)


Boyun yaşlanmasını qeyri-cərrahi metodlarla dayandırmaq çətindir. Ona görə yox ki, onlar çox pisdir. Sadəcə dərialtı əzələlərin quruluşu elədir ki, onların tonusunu dəyişmək, qırışları ləğv edəcək qədər gərmək müdaxiləsiz mümkün deyil. Platizma – nazik əzələ plastı - körpücükdən yuxarı gedir. Onun lifləri ayrılaraq alt çənə bağlarına bərkidilmiş olur. Buna müdaxilə etmək yalnız cərrahi yolla, boyun germe emeliyati ilə mümkün olur. Daha geniş oxumaq üçün klikləyin.

Boyun gərmə əməliyyatı


Onlayn randevu al

AZE_FLAG +994