Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
Mentoplastika və ya çənə korreksiyası
Mentoplastika nədir?
Mentoplastika nedir? Mentoplastika və genioplastika çənənin formasını düzəltmək üçün icra edilən plastik cərrahiyyə üsuludur. Çənə əməliyyatı və ya cene korreksiyasi həddən artıq çıxıntılı çənəni kiçildə, yarımçıqlığı olan çənəni böyüdə və üzü daha simmetrik etmək üçün çənə konturlarını dəyişdirə bilər.Mentoplastikanın növləri
Çənəaltı qüsurların ləğvi əməliyyatlarını 3 əsas növə ayırmaq olar:Korreksiyaedici;
Çənə kiçiltmə;
Çənə böyütmə.
Birinci növ üçün gialuron turşulu fillerlər, ya da piy toxuması istifadə edilir. Zəifləmiş əzələ gərilməsi, liposaksiya, mezoterapiya aparılır. Kompleks prosedurlar fərdi seçilir. Mentoplastika qiyməti bilavasitə onun növündən və pasiyent orqanizminin fərdi xüsusiyyətlərindən asılı ola bilər.
Çənə kiçiltmə
Bu zaman çənədən sümük parçaları götürülür ki, sonradan da onlar (yəni sümüklər) bir-birinə yaxınlaşır. Üzün aşağı hissəsi daha zərif forma alır. Lüzum varsa, plastik cerrah dəri gərilməsi də edir. Vaxtilə Ancelina Coli də çənə kiçiltmə əməliyyatı etmişdi. Onun fotolarına baxdıqda əvvəl və sonra mentoplastika nəticəsi aydın görünür.
Çənə böyütmə
Çənəni böyütmək üçün implantlarla korreksiya aparılır. Onlar silikon, yaxud burun, qulaq qığırdağı toxumasından ola bilər. Məhz buna görə proseduru hərdən çənə rinoplastikası da adlandırırlar. Yaxşı nəticənin parlaq nümayəndəsi – Cenifer Enistondur. İmplantlar gözlə görünən deyil. Prosedur sonrası çapıq və izlər qalmır.
Göstərişlər
- Anadangəlmə çənə və buxaq qüsurları;
- Buxaq bölgəsində yaş dəyişiklikləri;
- Buxaq və çənə travmaları;
- Çənə əyriliyi ;
- Hamar olmayan çənə forması;
- Yetərsiz çənəaltı inkişaf;
- Çənənin digər üz cizgiləri ilə harmoniya təşkil etməməsi.
Əks göstərişlər
- Qanın laxtalanmasının pozuntuları;
- Kəskin yoluxucu və digər xəstəliklər;
- Şəkərli diabet;
- Hamiləlik və südvermə.
Reabilitasiya (bərpa) dövrü
Mentoplastika əməliyyatı sonrası uğurlu reabilitasiyanın açarı həkimin göstərişlərinə dəqiq əməl etməkdir. İlk gündə klinika şəraiti lazımdır ki, bu da əməliyyat keçirən şəxsin ümumi vəziyyətini izləməyə imkan verir.Bərpa dövründəki vacib məqamlar:
- 2 həftə ərzində fiksasiya bandajı tətbiq olunmalıdır;
- İlk 7 gündə sulu yemək yemək lazımdır. Sonra tədricən çeynəmək lazım olan yeməklərə keçmək olar;
- Tam sağalana qədər çox bərk qidalardan istifadə etmək tövsiyə olunmur;
- İlk ayda idmandan və digər ağır işlərdən imtina etmək lazımdır;
- Dik yastıq şişkinliyi minimuma endirməyə kömək edəcək;
- Ağız gigiyenasına əməl etmək və pis vərdişlərdən (siqaret və s.) uzaq durmaq vacibdir.
Yarana biləcək fəsadlar
Mentoplastika emeliyyati sonrası ən çox rast gəlinən ağırlaşma və fəsadlara aşağıdakılar daxildir:
İltihablaşmağa başlayan yaralar;
Hematomalar;
Çapıqlar;
Həssaslığın pozulması;
Alt çənənin zədələnməsi;
Sümüyün birləşməməsi.
Ağırlaşmaların və fəsadların baş verməsinin qarşısını almaq üçün əməliyyat təcrübəli plastik cərrah tərəfindən aparılmalıdır. Bakıda və Azərbaycanda bu əməliyyatı icra edən ən peşəkar cərrahlardan biri Dr. Mübariz Məmmədlidir.
