Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
Boyun gərmə əməliyyatı haqqında
Boyun gərmə əməliyyatı nədir?
Sadəcə dərialtı əzələlərin quruluşu elədir ki, onların tonusunu dəyişmək, qırışmış “qarmoşka”nı ləğv etmək üçün dartmaq kəsiksiz mümkün deyil. Platizma – nazik əzələ təbəqəsi – körpücüklərdən yuxarı gedir. Onun lifləri ayrılaraq alt çənə bağlarında bərkidilir.
Bu, sahəcə böyük, lakin çox nazik əzələ üstdən zərif dəri ilə örtülüdür. Hansı ki, ötmüş illərin (yaşın) acımasız zərbəsini ilk olaraq öz üzərinə götürür. Qırışlar, qatlar, sallanmalar əmələ gəlir. Platizmoplastika əməliyyatı nın icra metodlarına görə qiyməti dəyişə bilər. Qiymətləri öyrənmək üçün əvvəlcə metodların özlərinə nəzər salmaq lazımdır.
Kəsiksiz boyun gərmə
Boyun germe emeliyyati praktik olaraq “skalpelsiz” (deşiklər və ya çox kiçik kəsiklər vasitəsilə) aparıla bilər, əgər:
• Boyun nahiyəsindəki piy yığıntıları və “ikinci buxaq”dan qurtulmaq istəyirsinizsə;
• Dəriniz sallanmır və yaxşı dolğunluğa (elastikliyə) malikdirsə.
Boyundakı artıq piyi götürmək üçün liposaksiya etmək kifayətdir. Gənc qadınlarda piy yığıntıları götürüldükdən sonra dəri öz-özünə sərbəst dartılır. Bu effekti gücləndirməkdən ötrü yumşaq toxumaların plastik cerrahiyye olmadan gərilməsi metodlarını (aparatla, sap və s. ilə gərilmə) tövsiyə etmək olar.
Platizmoplastika olmadan boyun dartma
Servikoplastika boyundakı artıq dərinin (dəri artıqlarının) götürülməsi əməliyyatıdır. Dəri artıqları dərialtı əzələ boşalması ilə birləşirsə, platizmoplastika – boyunun dərialtı əzələ (platizma) gərilməsi icra edilir. Artıq piy olduqda boyun və buxaq liposaksiyası edilir. Yuxarıda sadalanan bütün boyun dartma emeliyyati növləri tək və kombinə olunmuş şəkildə aparıla bilər.
Platizmaplastika ilə boyun gərmə
Gərəksiz yerə və fərdi xüsusiyyətləri nəzərə almadan edilmiş platizma plastikası bir sıra problemlərə, o cümlədən, çətin nəfəsalama və boyunda daimi basqı (təzyiq) hissinə (xüsusən də qalxanabənzər vəz patologiyalı pasiyentlərdə) səbəb ola bilər.
Boyun gərmə əməliyyatı necə keçirilir?
Boyun dartma emeliyati ümumi anesteziya altında keçir. Əməliyyatın korreksiya metodikası, qaydası və gedişatı boyun-buxaq bölgəsi toxumalarının vəziyyəti, pasiyentin fərdi xüsusiyyətləri və korreksiya məqsədlərindən asılıdır.
Əməliyyat orta hesabla 1 saatdan 3 saatadək və korreksiyanın həcmindən asılı olaraq daha artıq çəkə bilər. Boyun toxumaları gərilməsi həmişə üzün aşağı bölgəsi korreksiyası ilə kompleks şəkildə icra edilir.
Reabilitasiya (bərpa)
Nəticə
Platizmoplastika emeliyyati sonrası yekun nəticələr əməliyyatdan 3 ay sonra – toxumaların daxili sağalma etapı bitdikdə dəyərləndirilə bilər. Platizmoplastikadan alınmış nəticə pasiyenti 5-10 il ərzində sevindirməyə davam edir. Bütün bu əməliyyatlar Bakıda peşəkar plastik cerrah Dr. Mübariz Məmmədli tərəfindən ustalıqla həyata keçirilir.