Otoplastika əməliyyatı


OTOPLASTİKA VƏ YA ŞƏLPƏ QULAQ ƏMƏLİYYATI

Hamıya məlumdur ki, şəlpə qulaqlar heç kimə yaraşmır. Onlar uşaqlarda olduğu kimi çox vaxt böyüklərdə də komplekslərə səbəb olur. Bu gün bu problem otoplastika edən plastik cərrah yardımı ilə asanlıqla, sürətlə və təhlükəsiz həll edilir.

Otoplastika Əməliyyatı Dr. Günel Məmmədli tərəfindən icra edilir , postun sonunda həkimin instagram səhifəsin izləyib nəticələrə baxa bilərsiniz.

Оtoplastika nədir?

Otoplastika nedir? Bu növ plastik cərrahiyyə hələ eramızdan əvvəl V əsrdə qədim Hindistanda sınaqdan keçirilməyə başlamışdır. O vaxtdan bəri otoplastika əməliyyatı təkmilləşmiş və çox tələbatlı prosedur olmuşdur. Hal-hazırda bu əməliyyat üçün digər ölkələrə getməyə ehtiyac yoxdur. Otplastika Bakıda təcrübəli cərrahlar tərəfindən yüksək peşəkarlıqla həyata keçirilir.

Tibbi terminologiyada qulaq seyvanı toxumalarına onların mövcud formasını korreksiya edən müəyyən bir müdaxilə otoplastika adlanır. Bu əməliyyata şəlpə qulaq əməliyyatı, palaz qulaq əməliyyatı və çömçə qulaq əməliyyatı da deyirlər. Belə əməliyyatlar sayəsində sallaq qulaqlar normal, estetik olaraq yaraşıqlı görkəm alır. Elə olur ki, genetik sapmalar səbəbilə qulaqların yerləşmə yeri üz ölçülərinə uyğun gəlmir.

Belə hallarda da əməliyyat təyin olunur. Keçirilmiş travma nəticəsində qulaq seyvanının bəzi hissələri zədələndikdə də otoplastika lazımdır.
Korreksiya səbəbi nə olur-olsun, bu, həmişə qulaq seyvanına yaraşıqlı görkəm verməyə yönəldilir. Bu gün qulaq korreksiyası üzrə plastik cerrahiyye öz münasib qiyməti ilə seçilən təhlükəsiz bir prosedurdur.

Otoplastikanın növləri
Plastik əməliyyatın qulaqlarda həll edəcəyi tapşırıqlardan asılı olaraq, otoplastikanın iki əsas növü var: Estetik və rekonstruktiv.

Estetik otoplastika
Plastikanın bu növü kosmetik qüsurların ləğvini nəzərdə tutur. Bu kateqoriyaya sallaq (şəlpə) qulaqlar, böyük qulaq seyvanları və ya qeyri-simmetrik yerləşmiş qulaqlar daxildir. Qəbul olunmuş ümumi norma kriteriyalarına nümunəvi uyğunluq estetik plastika icrası üçün göstərişdir.

Beləliklə, əgər:
•    Qulaq məməsinin aşağı nöqtəsi burunun aşağı hissəsi ilə eyni səviyyədədirsə;
•    Qulağın yuxarı nöqtəsi və xarici göz küncü eyni üfüqi xətt üzərindədirsə;
•    Qulaq məməsi (sırğalıq) uzunluğu 2 sm və daha azdırsa;
•    Burun hamarlığı (yastılığı) və baş korpusu arasındakı bucaq 30 dərəcədən çox deyilsə;
qulaq forması normal sayılır.

Estetik otoplastikaya bu hallarda müraciət edilir:

•    Qarşı qıvrımın natamam inkişafında;
•    Qulaq qığırdaq toxumasının hədsiz inkişafında;
•    Qulağın ətli hissəsinin (qulaq məməsi) qabarıqlığında;
•    Hədsiz böyük qulaq seyvanı olduqda.
Bütün bu faktorlar estetik qüsurlar olub, uşaq və böyük yaşlarda otoplastika yardımı ilə asanlıqla aradan qaldırılır.

Rekonstruktiv otoplastika


Bu növ plastika eşitmə orqanının xaric hissəsinin natamamlığından, onun zədələnməsindən, hətta tamamilə olmamasından yaranan mürəkkəb qüsurları ləğv edir. Makrotiya, mikrotiya, atoniya, qulaq məməsi və qıvrımı deformasiyaları kimi xəstəlikləri də bu siyahıya daxildir.
Xarici korpus rekonstruksiyası bir sıra mürəkkəb əməliyyatlardan ibarətdir ki, bu da müasir və özəl korreksiya metodlarını ehtiva edir. Məsələn, qulaq hissəsinin bərpası üçün qabırğadan qığırdaq kəsilir və onun əsasında transplantant böyüdülür. Nəticədə dəri də ona bitişir.

Otoplastikanın icra üsuluna görə növləri


İcra üsulundan asılı olaraq, otoplastika 3 növə bölünür:

1. Skalpellə. Bu otoplastika emeliyyati növü köhnəlmiş hesab olunduğundan ucuzdur. Skalpel üsulu əməliyyat zamanı skalpeldən istifadəni nəzərdə tutur. Həmçinin uzun reabilitasiya dövrü və ağırlaşmalar ola bilər.
2. Lazerlə. Bu, yetərincə populyar əməliyyat üsuludur. Onun üstünlüyü əməliyyatın tezliyi, qısa reabilitasiya müddəti, kəsiklərin dəqiqliyi və toxumalara bakterisid təsirin olmasındadır. Şüanın təsiri altında qığırdaq toxuması yumşalır və kəsilməyə asanlıqla tabe olur. Lazer şüası sayəsində kəsik xətləri rahat, dəqiq və qansız icra olunur. Onlar tez sağalır, qan itkisi riski minimuma enir. Bu əməliyyatlarda qiymətlər skalpelli əməliyyatlardakı qiymetler dən yüksəkdir.
3. Radiodalğalı. Bu, əməliyyatların radiodalğa qurğusu ilə aparıldığı və az araşdırılmış üsuldur. Kəsiklər radiodalğa təsiri altında icra olunur. Kəsiklərin dəqiqliyi, aztravmalılıq, qansızlıq, yaraların tez sağalması və kəsik izlərinin olmaması həm pasiyent və həm də plastik cerrah üçün cəlbedicidir.

Göstərişlər

Aşağıdakı hallarda otoplastikaya göstəriş verilir:

•    Aşkar şəlpəqulaqlıq müşahidə edilir;
•    Qulaq ölçüləri çox böyükdür;
•    Qulaq məməsi çox böyük ölçüdədir;
•    Qulaq seyvanı kiçildilməlidir (bu problem tez-tez yaşlı insanlarda meydana çıxır);
•    Anadangəlmə qulaq qüsurları var (məsələn, qulaqlar kasayabənzər görkəmə malikdir);
•    Qulaq seyvanında çapıqlar əmələ gəlib;
•    Natamam qulaq forması və ya seyvanın olmaması (mikrotil) müşahidə edilir.

Uşaqları üçün həyəcan keçirən valideynlər hansı yaşda uşağa qulaq korreksiyasının mümkünlüyü ilə maraqlanırlar. Əlbəttə, valideynlərin bağça və məktəbdə övladlarını lağdan (gülüş hədəfi olmaqdan) qorumaq istəyi anlaşılandır. Lakin burada başa düşmək lazımdır ki, əməliyyat yalnız 4 yaşda – yəni qulaq seyvanı tam formalaşmış olduqda mümkündür. Uşaqlara qulaq korreksiyası 5-7 yaşlarda edilsə, daha yaxşı olar. Böyüklərdə qulaq qığırdaq toxuması daha möhkəmdir. Lakin bu amil plastik cerrahiyye zamanı yaxşı nəticələr əldə etməyə mane olmur.

Əks göstərişlər


Hər bir əməliyyat kimi otoplastika da cərrahi müdaxiləni qadağan edən bir sıra əks göstərişlərə malikdir. Əgər:

•    insanın onkoloji xəstəliyi var və müalicə kursu keçirsə;
•    QİÇS və ya hər hansı hepatit aşkarlanıbsa;
•    qanda yüksək şəkər dərəcəsi qeyd olunursa;
•    psixi sapmalar müşahidə edilirsə;
•    hər hansı bir qulaq xəstəliyi müşahidə edilirsə;
•    hemofiliya varsa;
•    menstrual dövr başlayıbsa;
•    pis qan laxtalanması qeyd olunursa;
•    xroniki xəstəlik kəskinləşibsə;
•    hamilləlik baş veribsə;
•    aşağı immunitet qeyd olunursa,
əməliyyata icazə verilmir.

Reabilitasiya ( bərpa ) dövrü
Otoplastikadan sonrakı reabilitasiya dövrü qısa çəkir. Tikişlərin tam sağalması 10-14 gündən sonra baş tutur. Amma saçlarınız uzundursa, adi həyat tərzinizə 2-3 gündən sonra dönə bilərsiniz. Bu halda tikiş materialı tam sorulanadək görünən tikişləri saçlarınız örtəcək.

İlk 2-3 sutkanı xüsusi qulaq sarğısı geymək lazımdır. Bundan sonra o, 1  ay ərzində yalnız yatan zaman geyinilir. İlk həftələr ağrı hissi ola bilər, lakin yüngül ağrıkəsici preparatlar qəbul etmək kifayətdir. Həkim tövsiyələrinə riayət edildikdə əməliyyatdan 2-3 həftə sonra onu sizə xatırladacaq heç bir şey qalmayacaq.


Əvvəl və Sonra fotosu
boyun gərmə əməliyyatıboyun germe emeliyyatiboyun gərmə əməliyyatı bakıdaboyun germe emeliyyati bakidaboyun gərmə qiymətiboyun dartmaplatizmoplastika










Daha çox nəticələr üçün instagram səhifəsinə daxil olun 👉 Op.DR.Gunel Mammadli

Onlayn randevu al

AZE_FLAG +994