Mündəricat
Endoskopik qaş qaldırma və alın gərmə əməliyyatı
Yaş artdıqca burunüstü nahiyədə dərin qatlar yaranır. Ağır qaşlar altındakı baxış üzü yorğun və qüssəli edir. Bu dəyişikliklər qaşların fəal mimikası və ağır alın toxumalarına yerin cazibə qüvvəsinin təsirinin nəticəsidir.Brow lifting nədir?
Brow lifting əməliyyatı bir neçə üsulla həyata keçirilə bilər. Uyğun üsul pasiyentin orqanizminin fərdi xüsusiyyətləri əsasında seçilir. Hər metodun öz üstünlük və mənfi cəhətləri var. Hər biri müəyyən estetik problemlərdən qurtulmağa imkan verir.Əksər qadınlar qocalma əlamətlərinin olmadığı üz arzulayırlar. Qırışlar, “qaz ayaqları”, sallanmış dəri – bütün bunlar gözəllik artırmır. Özgüvəni azaldır. Müasir plastik cərrahiyyə qadınlara gözəllik və gəncliyi saxlamaq üçün xeyli imkanlar təklif edir. Onlardan biri də qaş liftinqidir.
Qas qaldirma əməliyyatına daha çox 40 yaşdan sonra üz tutulur. Məhz bu dövrdə yaş dəyişiklikləri çox gözə çarpan həddə olur. Şəxsi motivlər və mütəxəssis tövsiyəsi ilə liftinqi daha erkən etmək də olar. Bu gün mütəxəssislər zahiri görünüşü yaxşılaşdırmaq üçün çoxlu variantlar təklif edirlər.
50 yaşdan sonra üz dərisi və əzələləri daha zəif olur. Bu, qaşların aşağı düşməsinə gətirib çıxarır. Həm də üst göz qapağı sallanır. Qaşüstü nahiyədə kəsiklərin aparılması eyni vaxtda bir neçə problemi həll etməyə imkan verir. Bu müdaxilənin yardımı ilə piy və yumşaq toxuma artıqlarından müvəffəqiyyətlə qurtulmaq olar. Dəri hamarlanmasına nail olunur və qaşlar qaldırılır.
Əməliyyata göstərişlər
Qaş və alin gerilmesi qadınlara olduğu kimi kişilərə də tövsiyə edilir. Əsas göstərişlərə aiddir:- Qaşların vizual olaraq yaş artıran ptozu ( "toxumaların sürüşməsi" ) ;
- Alında üfüqi və burun körpüsündə şaquli " həyəcan qırışları" adlanan qırışlar;
- Qaşlararası qırışlar - "hirs qırışları";
- Qaşların vəziyyətinin dəyişməsi sayəsində üst göz qapaqlarının ptozu;
- Görmə problemləri yaradan qaş sallanması;
- Gözlər və qaşların kənar künclərinin enməsi ( sallanması );
- Göz künclərində qırışlar - " qaz ayaqları".
Klassik metodlar
Qaş qaldırma əməliyyatı qiyməti icra edilən metoda görə dəyişir. Klassik metodlar aşağıdakılardır:Qaş üstündə kəsik icrası. Çox nadir hallarda bu metoda əl atılır. Çünki o, köhnəlmiş hesab olunur. Bu əməliyyat sayəsində qaşüstü hissələr dartılır. Həmçinin artıq qırışlar ləğv edilir. Prosedurun mənfi cəhəti əməliyyat sonrası çapığın qalmasıdır. Müdaxilə ümumi narkoz altında aparılır.
Korruqatorun yonulması (onun sayəsində insanda qaş çatılması əzələsi götürülür) botoks tətbiqi ilə müqayisə edilən effekti yaradır. Amma inyeksiya tətbiqindən fərqli olaraq effekt ömür boyu saxlanılır.
Transpalpebral liftinq. Plastik cerrahiyye ilə üst göz qapağı qatında kəsik icra edilir. Oradan da artıq piy və digər toxumalar xaric olunur. Nəticədə dəri örtüyü hamarlanır, qaş üstləri isə qaldırılır.
Alın gərmə əməliyyatı
Cərrah öncədən korreksiya yerinə kiçik kəsiklərin yerini bildirən xüsusi işarə qoyur. Keyitmə və dərinin antiseptik işlənməsindən sonra başın tüklü hissəsində (3 mm-dən uzun olmayan) bir neçə kəsik icra edir. Yaradılmış "keçid"lərin birindən endoskop yeridilir ki, onun da yardımı ilə cərrah böyük ekranda əməliyyatın gedişini müşahidə edir, bu - digər alternativ alın gərmə metodları ilə müqayisədə proseduru dəqiq və az travmatik edir.Digər mini kəsiklər vasitəsilə alın və gözüstü nahiyələrdə toxumaların götürülməsi, yerdəyişməsi və bərkidilməsi (fiksasiyası) icra olunur. Əməliyyatın yekun mərhələsində kəsiklər tikilir və pasiyentin başına xüsusi sarğı geydirilir.
Bella eyes və ya endoskopik qaş qaldırma əməliyyatı
Son zamanlar ən çox yayılmış və mənim də daha çox istifadə etdiyim metod endoskopik qas qaldirma emeliyyati adlandırılan prosedurdur. O, aşağıdakı estetik problemlərin ləğvinə yönəlib:- Qaşların ptozu və onların assimmetrik yerləşməsi;
- Yaraşıqsız forma;
- Gözətrafı qırışlar.
Endoskopik gərmənin əsas üstünlüyü azinvaziv olmasıdır. Kəsik ölçüsü 1-1,5 sm-i keçmir, bundan əlavə, başın tüklü hissəsində yerləşdiyi üçün onlar görünmür. Cərrah tərəfindən toxumaların çox zədələnməsini önləyən endoskop istifadə edilir. Plastik cerrah tərəfindən icra edilən əməliyyatların maksimal dəqiqliyini endoskopa quraşdırılmış və təsviri monitora əks etdirən kamera təmin edir.
Bu metod orqanizmlərində az sayda kollagen və elastin olan insanlara yaramır. Endoskopik gərməni alınları hədsiz qabarıq və ya hündür olan pasiyentlərə də icra etmirlər.
Reabilitasiya (bərpa)
Qaş qaldırma əməliyyatından sonra şişkinlik, göyərmələr və az ağrı hissi ola bilər. Onlar xüsusi müalicə tələb etmir və bir neçə gün sonra öz-özünə keçib-gedir.Bərpa dövründə həkimin verdiyi bütün tövsiyələrə riayət etmək vacibdir. Bundan başqa, sauna və ya hamama getmək, həmçinin liftinq nahiyəsində kosmetik prosedurlar icra etmək olmaz. Fiziki gərginliyi maksimum azaltmaq, intensiv mimik hərəkətlərdən vaz keçmək lazımdır.
Nəticə
Mən ancaq pasientlərimin real fotolarını paylaşıram. İllərlə qüsursuz işimlə qazandığım reputasiyamı qoruyuram.Yuxarıda təsvir olunan qaş qaldırma metodları qırışlar və qatlardan qurtularaq. Gənclik və təravəti qaytarmanıza imkan verir. İllərin təcrübəsinə malik bir plastik cərrah kimi hər pasiyentim üçün 100% nəticəyə çatmağa imkan verən optimal metod seçirəm.
Çalışdığım mühit ən müasir avadanlıqlarla təchiz edilib. Bu da ağırlaşma və yan effektləri sıfıra endirməyə imkan verir. Sizə məhz hansı korreksiya lazım olduğunu öyrənmək üçün mənim yanıma əyani konsultasiyaya yazılın. Necə görünmək istədiyinizin vizual nümunəsini sizə məsləhət görüm.
Həmçinin yeniliklərdən xəbərdar olmaq üçün saytımı izləyin, Facebook və İnstaqram səhifələrimizi izləməyi unutmayın.
Bağla
Bizi sosial mediada izləyin