Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
Qaş qaldırma
Qaş qaldırma nədir?
Qaş qaldırma endoskopik qaş qaldırma və alın gərmə əməliyyatı tərkib hissəsidir. O, dərin qırışlardan qurtulmağa kömək edir. Problemli bölgələrdə dərini gərməyə imkan verir. Tətbiq ediləcək texnika seçimi pasiyentin üz quruluşunun anatomik özəllikləri ilə şərtlənir. Qiyməti də üsul və texnikaya görə dəyişir. Bu əməliyyatı mən plastik cerrah Mübariz Məmmədli Bakıda peşəkar şəkildə həyata keçirirəm. Beləliklə, xanımların bella eyes, tülkü göz, pişik göz, badam göz kimi xəyallarının gerçəyə çevrilməsi çox asandır.Qaş qaldırma əməliyyatı üçün göstərişlər
Prosedur çox vaxt 40 yaşdan sonra icra edilir. Qas qaldirma emeliyyati üçün birbaşa göstərişlər:
- Alın, qaşlararası nahiyələrdə boşalmış dəri;
- Sallaq göz küncü kənarlar;
- Dərin qırışların mövcudluğu;
- Qaşların sallanması;
- Üst göz qapaqları ptozu.
Qaş qaldırma necə aparıla bilər?
Klassik metodlarda alın və gicgah bölgəsində 3-4 kəsik edilir. Plastik cərrahiyyə ümumi narkoz altında yerinə yetirilir. Plastik cərrah dəri örtüyü altına artıq toxumaları götürməyə kömək edən endoskoplar yeridir. Bu metod zəif bilinən qaş sallanması, üfüqi qırışlar olduqda çox istifadə edilir. Güclü dəri sallanması zamanı və dərin qırışlar olduqda koronar gərmə edilir.
Cərrahi müdaxilə gedişində yumşaq toxuma artıqlarının götürülməsi icra olunur. Bu zaman kəsiklər gicgah nahiyəsi, yaxud uzanan saç xətti arxasında edilir.
Endoskopik qaş qaldırma
Endoskopik qas qaldirma ve alin germe emeliyyatinin əsas üstünlüyü onun azinvazivliyidir. Kəsik ölçüsü 1-1,5 sm-i keçmir. Bundan başqa, başın tüklü hissəsində yerləşdiyi üçün kəsik görünmür. Maksimal dəqiqlik üçün endoskopa quraşdırılmış və təsviri monitora əks etdirən kameradan istifadə edilir.
Kantoplastika
Göz küncləri yarıqları, həm də göz forması dəyişdirilməsinə yönəlmiş plastik əməliyyatları kantoplastika adlandırırlar. Kantoplastikanın 2 növü var:
- Lateral – gözün bayır (xarici) küncündə əməliyyat.
- Medial – gözün daxili (iç) küncünün əməliyyatı.
Cərrahi müdaxilə keçirilməsi üçün əsas göstərişlər hesab edilir:
- Alt göz qapaqları tonusunun düşməsi.
- Anadangəlmə gözün kənar (bayır) küncü sallanması (enməsi).
- Göz yarığı darlığı.
- Blefarofimoz və traxoma.
Sapla qaş qaldırma
Sapla qaş qaldırma azinvaziv gəncləşmə texnikasıdır. Buna əməliyyatsız qaş qaldırma da deyənlər vardır. Gücləndirici saplar kanula yardımı ilə yeridilir. Nəticədə dərini gərilmiş vəziyyətdə saxlamağa imkan verən möhkəmləndirilmiş karkas yaradılır. Prosedurun davametmə müddəti 30 dəqiqədən artıq deyil. Təxmini bərpa dövrü müddəti 2 həftədir.
Əməliyyatdan öncəki hazırlıq tədbirləri
Əməliyyatdan 1 ay qabaq siqaret çəkməkdən daşınmaq, alkoqollu içki istifadəsindən imtina etmək tövsiyə olunur. Bu dövrdə həkimlə öncədən razılaşmadan sonra dərman vasitələri qəbul etmək olar. Plastik cerrahiyye öncəsi bütün hazırlıq dövrü ərzində aspirin və qan laxtalanmasına təsir edə biləcək digər preparatların qəbulu qadağandır.

Əks göstərişlər
Qaş qaldırma hamiləlik və uşaq əmizdirmə dövründə əks göstərişdir.
Əməliyyat müdaxiləsindən imtina edilməlidir:
- xroniki xəstəliklər kəskinləşdikdə;
- qan laxtalanması problemlərində;
- bəzi endokrin pozuntularda (qalxanabənzər vəzi, şəkərli diabet xəstəliklərində);
- onkoloji xəstəliklərdə;
- ağır formada keçən ürək-damar sistemi patologiyalarında.
Reabilitasiya (bərpa) dövrü
Cərrahi qas qaldirma sonrası 1 ay ərzində qadağandır:
- siqaret çəkmək;
- üz masajı etmək;
- intensiv fiziki gərginlik;
- alkoqollu içkilərdən istifadə.
Qaş qaldırma əməliyyatı sonrası reabilitasiya dövründə isti vanna qəbulu əks göstərişdir. Bundan başqa, sauna və hamama getmək də qadağandır.
Bərpa dövrü vaxtı ağır əşya qaldırmaq, idmanla məşğul olmaq tövsiyə olunmur. Bir qayda olaraq, qaş qaldırma və alın gərmədən sonra tam fiziki aktivliyə qayıdış 1 aydan sonra baş verir. Bərpa müddətinin özü də fərdi xarakter daşıyır.
