Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı

Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı – Yeni texnika dünya mütəxəssislərinin marağına səbəb oldu Azərbaycan estetik tibb sahəsi daha bir beynəlxalq uğura imza atdı. Tanınmış estetik cərrah, tibb elmləri namizədi Mübariz Məmmədli ABŞ-ın Nyu York şəhərində keçirilən nüfuzlu beynəlxalq master-klassda iştirak edərək özünün uzun illərin təcrübəsinə əsaslanaraq inkişaf etdirdiyi yenilikçi endoskopik üz gərmə texnikasını dünya üzrə aparıcı plastik cərrahlara təqdim edib. Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən gəlmiş yüksək ixtisaslı mütəxəssislər qarşısında çıxış edən Mübariz Məmmədli təqdim etdiyi texnika ilə estetik cərrahiyyədə yeni bir yanaşma nümayiş etdirib. Bu texnika minimal invaziv metodlara əsaslandığı üçün xəstələrin bərpa müddətini xeyli azaldır, eyni zamanda daha təbii və davamlı nəticələr əldə etməyə imkan yaradır. Mübariz Məmmədli tədbirdən sonra sosial media hesabında paylaşım edərək bu uğurun onun üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb: “Bu texnikanı dünya mütəxəssislərinə təqdim etmək mənim üçün böyük qürur anı oldu. Azərbaycanı belə bir səviyyədə təmsil etmək həm məsuliyyətli, həm də ilhamverici idi.” O, həmçinin bildirib ki, Azərbaycan estetik tibb sahəsinin beynəlxalq miqyasda tanınması və peşəkarlar tərəfindən yüksək qiymətləndirilməsi onun üçün böyük fəxrdir: “Estetik cərrahiyyə sahəsində Azərbaycan məktəbinin formalaşması və dünyada qəbul olunması artıq reallıqdır. Bu yolda çalışan bütün həmkarlarıma uğurlar arzulayıram.” Qeyd edək ki, Mübariz Məmmədli uzun illərdir estetik cərrahiyə sahəsində fəaliyyət göstərir, bir sıra beynəlxalq konqres və elmi forumlarda ölkəmizi layiqincə təmsil edir. Onun pasiyentlərinə yanaşması və daim yeniliklərə açıq olması həm yerli, həm də xarici pasiyentlər arasında etibar qazanmasına səbəb olub.

Onlayn randevu al

AZE_FLAG +994