Mündəricat
- Endoskopik dərin üz gərmə və qabaqcıl üz yeniləməsi
- Müasir Plastik Cərrahiyyə
- Alın Germe — Gənc və Açıq Baxış üçün Müasir Həll
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
Dr. Mubariz Məmmədli üz cavanlaşdırma sahəsində beynəlxalq səviyyədə tanınan, yüksək peşəkarlığa malik plastik cərrahdır. Deep plane facelift (dərin plan üz gərmə) peşəkarlığı ilə tanınan Dr. Məmmədli dünyanın aparıcı estetik cərrahiyyə konqreslərində daimi çıxış edən mütəxəssislərdəndir.2025-ci il mayın 22-dən 25-dək, Dr. Məmmədli iki nüfuzlu beynəlxalq tədbirdə — Istanbulda keçirilən Deep Plane Brasil ve Rhino Istanbul Konqresində öz müəllif texnikalarını təqdim edib. Onun yanaşması yüksək dəqiqlik, minimal travma və tamamilə təbii nəticələrə yönəlib.
Dr. Məmmədli həmçinin Endoskopik Lift adlı innovativ texnikanın müəllifidir. Bu metod müasir endoskopik texnologiyaları üz anatomiyası üzrə dərin biliklərlə birləşdirərək orta üz hissəsinin effektiv və izsiz cavanlaşdırılmasına imkan verir. Onun canlı əməliyyatları və kadavr üzərində tədris sessiyaları həmişə yüksək elmi və vizual dəyəri ilə fərqlənir.
Beynəlxalq səviyyədə fəaliyyət göstərən klinikasına rəhbərlik edən Dr. Məmmədli, üz gərmə sahəsində dünya üzrə həm gənc, həm də təcrübəli cərrahların tedrisinde fəal iştirak edir. Onun işi – elmi yanaşma, estetik baxış və hər bir pasiyentə fərdi diqqətin vəhdətidir.
ölkəmizi xarici ölkədə təmsil etməkdən qürur duyuruq.