POLİDAKTİLİYA ƏMƏLİYYATI

Mündəricat

    POLİDAKTİLİYA ƏMƏLİYYATI


    Polidaktiliya nədir?

    Polidaktiliya – əllərdə və ayaqlarda əlavə barmaqların mövcudluğunu bildirən tibbi termindir. Bu, genetik, yaxud xarici amillərin təsiri ilə ətrafların formalaşmasındakı pozuntulara bağlı anadangəlmə patologiyadır. Erkən hamiləlik müddətində təsirlər daha çox əhəmiyyət kəsb edir. Çünki artıq hamiləliyin 41-43-cü günlərində USM-də barmaqlar görünür, 53-cü gündə isə onlar tam formalaşmış olur.

    Bu strukturlu qüsuru yalnız plastik cərrahiyyə yardımı ilə düzəltmək mümkündür. Müdaxilə tipi və onun vaxtı polidaktiliyanın formasından asılıdır. 2 yaşa qədər əməliyyat keçirildikdə ətrafın normal funksiyasını saxlamaq və psixoloji travmadan qaçmaq mümkün olur.

    Polidaktiliyanın növləri

    Əlavə barmağın yerləşməsindən asılı olaraq, polidaktiliyanın 3 tipini müəyyən edirlər:

    1. Preaksial polidaktiliya (yaxud böyük barmağın ikiləşməsi)
    2. Pistaksial polidaktiliya (yaxud çeçələ barmağın ikiləşməsi)
    3. Mərkəzi polidaktiliya (orta barmaqların ikiləşməsi, çox nadirən rast gəlinir)

    Preaksial polidaktiliya patologiyanın daha geniş yayılmış növü olub, 1000-10000 uşaqda bir təsadüf olunur. Adətən, bu, irsiyyətlə əlaqəsi olmayan tək-tək hallardır.

    Polidaktiliya təhlükəkidirmi?

    Əlavə barmağın mövcud olması ağrı vermir və uşağı narahat etmir. Müəyyən yaşa qədər uşaq özündə nəyinsə qaydasında olmadığını anlamır. Sonralar, o özünü digər uşaqlarla müqayisə etdikdə patologiya diskomfort yarada və cəmiyyətə adaptasiya olmaqda problemlərə gətirib çıxara bilər. Beləliklə, polidaktiliyanın ilk neqativ fəsadı – psixoloji travmadır.

    İkinci – funksional pozuntulardır. Özəlliklə də bu, baş barmağın ikiləşməsi və əlavə falanqaların əmələ gəlməsi halına aiddir. Bu halda yazı yazarkən, kiçik əşyalarla (məsələn, qəpiklərlə) təmasda, ayaqqabı bağlarını bağlayarkən çətinliklər meydana çıxır.

    Nadir hallarda ağır anatomik dəyişikliklər qan dövranı, həssas və hərəkətli sinir ucları funksiyalarının pozulmasına gətirib çıxarır. Bu isə öz növbəsində keyimə və digər hissiyyat pozuntuları, zədəli barmaqda hərəkətin olmaması, hətta toxumaların nevrozu ilə nəticələnə bilər.

    Polidaktiliyanın müalicəsi

    Polidaktiliya müalicəsinin ən effektiv metodu cərrahi korreksiyadır. Əməliyyat uşağın xarici görünüşünü və əl funksiyasını yaxşılaşdırmağa imkan verir. Cərrahi müalicə özündə təkcə əlavə barmağın götürülməsini deyil, həm də yumşaq toxumaların, oynaqların, qan damarlarının və sinir uclarının, vətər və bağların rekonstruksiyasını da birləşdirir.

    Plastik cərrahiyyə planlaşdırıldıqda mütləq kosmetik nəticə nəzərə alınır.
    Cərrahi müdaxilənin əsas məqsədi daha az funksiyalı əlavə komponentin (barmaq, yaxud falanqanın) götürülməsi və normal olanın bərpasıdır:

    •    Əgər əlavə barmaq əl ilə təkcə yumşaq toxumalar vasitəsilə bağlıdırsa, onu “kiçik” əməliyyat, yaxud bağlama yardımı ilə götürmək olar;
    •    Əgər əlavə barmaq düzgün formalaşmışsa, əməliyyat sümük strukturlarının, oynaqların və bağ aparatının korreksiyasını əhatə edir;
    •    Mərkəzi polidaktiliya zamanı cərrahlar faktiki olaraq bütün əli yenidən formalaşdırırlar.

    Həmçinin müdaxilənin aparılması üçün daha uyğun yaşın seçilməsi də vacibdir:

    •    Böyük olmayan əlavə barmaqlar (özəlliklə də biləklə təkcə yumşaq toxumalar vasitəsilə bağlı olanlar) doğuşdan dərha sonra, 3-4 həftəlik olduqda götürülə bilər;
    •    Yaxşı formalaşmış əlavə çeçələ barmaqların götürülməsi adətən 6-12 aylıqda aparılır;
    •    Yaxşı formalaşmış digər əlavə barmaqların götürülməsi gec – 12-18 aylıqda aparılır;
    •    Əlavə barmaqların götürülməsi əməliyyatını erkən yaşda icra etmək mümkün olmayıbsa, bu, böyüklərdə istənilən vaxt aparılır.


    polidaktiliya əməliyyatı



    Reabilitasiya (bərpa) dövrü

    Böyük olmayan sümüksüz əlavə barmaqların götürülməsi sonrakı reabilitasiya və ya analgetiklərin qəbulunu tələb etmir. İnfeksiya ağırlaşmalarının profilaktikası üçün antibakterial preparatlar təyin olunur.
    Daha geniş əməliyyatlar klinikada, stasionar şəraitdə aparılır. Belə müdaxilələr ümumi anesteziya tələb edir və bu, uşağın yaşı və çəkisinə görə uyğunlaşdırılır.

    Əməliyyatdan sonra müəyyən zaman dönəmində uşaq gips sarğı daşımalıdır. Yoxlanışa getdikdə həkim əl biləyinin funksional vəziyyətini dəyərləndirir. Zəruri olduqda pasiyentə fiziki çalışmalar kompleksi təyin edilir. 
    Həmçinin daha diqqətli müayinədən keçmək lazımdır. Çünki çox vaxt polidaktiliya ürək qüsurları, kəllə-üz anomaliyaları, qan xəstəlikləri və s. ilə müşayiət olunur.

    Mən – plastik cərrah Mübariz Məmmədli polidaktiliya əməliyyatı, həmçinin digər plastik-estetik və rekonstruktiv əməliyyatları Bakı və Azərbaycan üzrə peşəkar səviyyədə icra edirəm.


    Onlayn randevu al