Mündəricat
- Endoskopik dərin üz gərmə və qabaqcıl üz yeniləməsi
- Müasir Plastik Cərrahiyyə
- Alın Germe — Gənc və Açıq Baxış üçün Müasir Həll
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
Alın Germe — Gənc və Açıq Baxış üçün Müasir Həll
Alın Germe nədir?
Alın germe (brow lift və ya forehead lift) — qaşların və alın dərisinin aşağıya düşməsi nəticəsində yaranan yorğun və qəmgin ifadəni aradan qaldırmaq üçün tətbiq olunan estetik əməliyyatdır. Müasir texnikalar sayəsində bu prosedur həm təbii görünüş, həm də uzunmüddətli nəticə təmin edir.
Kimlər üçün uyğundur
Alın germe əməliyyatı əsasən:
qaşların aşağı enməsi,
alın qırışlarının dərinləşməsi,
yuxarı göz qapağının dərisinin sallanması,
üz ifadəsinin yorğun görünməsi hallarında tövsiyə olunur.
30 yaşdan yuxarı qadın və kişilər arasında geniş tətbiq olunur, lakin bəzi hallarda gənc yaşda da həyata keçirilə bilər.
Endoskopik Alın Germe — Minimal İzlənən Texnika
Ən müasir üsul — endoskopik alın germedir. Bu metodda:
saç içindən cəmi 3–5 kiçik kəsiklə daxil olunur,
kamera və incə alətlər vasitəsilə toxumalar qaldırılır,
qaş və alın əzələləri təbii mövqeyinə bərpa olunur.
Əməliyyat sonrası sağalma daha sürətli, izlər isə demək olar ki, görünməz olur.
Əməliyyatın gedişi və sağalma
Prosedur ümumi anesteziya altında aparılır və orta hesabla 1–1.5 saat davam edir.
Pasiyent eyni və ya növbəti gün evə buraxılır.
İlk günlərdə yüngül şişlik və gərginlik hissi ola bilər, lakin bu hallar 1–2 həftə ərzində tam keçib gedir.
Nəticə 2–3 həftə sonra aydın görünməyə başlayır, tam formalaşması isə təxminən 2–3 ay çəkir.
NəticələrQaşların təbii və harmonik qalxması
Alın qırışlarının hamarlaşması
Baxışın açılması və gənclik effekti
Üz simmetriyasının bərpası
Əməliyyatın effekti uzunmüddətlidir — 8–10 il və ya daha çox davam edə bilər.
Kombinasiya Olunan Əməliyyatlar
Alın germe tez-tez digər prosedurlarla birlikdə icra olunur:Endoskopik Midface Lift
Blefaroplastika (Göz qapağı əməliyyatı)
Facelift (üz gərmə)
Bu kombinasiyalar ümumi cavanlaşma effektini maksimum dərəcədə artırır.
