Alt blefaroplastika

Alt blefaroplastika əməliyyatı


Alt blefaroplastika nədir?

Alt və üst blefaroplastika nedir? Hansı daha təhlükəsizdir? Hansının qiyməti daha münasibdir? Bütün bunlar pasiyentləri düşündürən və narahat edən suallardandır. Bunu nəzərə alaraq alt blefaroplastika barəsində ayrıca məqalə yazmağa qərar verdim.
Ətraf mühitin təsiri, bədənin yaşlanması ilk növbədə göz qapaqlarının zərif dərisinə təsir göstərir. Gözlərin xarici künclərinin sallanması göz altında torbalar əmələ gətirir. Bu həm üzə yorğun görünüş verir, həm də insanı yaşlı göstərir. Alt blefaroplastika əməliyyatı bütün bunları aradan qaldıran plastik cərrahiyyə üsuludur.

Alt blefaroplastika əməliyyatı necə aparılır?

Alt blefaroplastika əməliyyatı lokal anesteziya altında aparılır. Əməliyyatın iki əsas metodu mövcuddur:

  • Klassik metod
  • Transkonyuktival metod
  • Klassik metod

Klassik göz qapağı əməliyyatı zamanı kirpik kənarından azca çıxaraq, təbii qatların uzunu boyu kəsik edilir. Bu manipulyasiya piy torbalarının lokalizasiya yerinə, dairəvi göz əzələsinə çıxış açmaq üçün lazımdır. Sonra cərrah dərini ehtiyatla əzələdən ayırır və piy yırtıqlarını ya götürür, ya da yenidən paylaşdırma aparır. Gərək olarsa, artıq dəri kəsilir.
Klassik üsulla alt blefaroplastika emeliyyati sonunda kəsik sahəsinə kosmetik tikiş qoyulur. Blefaroplastikadan sonra alt göz qapağının tərsinə çevrilməsini önləmək üçün çox vaxt əməliyyatda kantopeksiya aparılır. Klassik alt blefaroplastika əməliyyatının müddəti təxminən 1 saat çəkir.

Transkonyuktival metod

Transkonyuktival metod əsasən alt göz qapağında az artıq dərisi olan cavan pasiyentlər üçün göstərişdir. Transkonyuktival blefaroplastika keçirilməsi yaxşı, daram və elastik dəri mövcudluğunu nəzərdə tutur. Yaş dəyişiklikləri olmayan, ancaq daimi və keçməyən gözaltı torbalar və ya şişlikləri olan gənc kişi, yaxud qadın (qız) ideal pasiyentdir.
Əməliyyatın üstünlüyü onun xarici kəsik olmadan aparılmasıdır. Giriş kəsik və ya göz konyuktivində dəlik (punksiya) vasitəsilə aparılır. Sonra artıq yağ toxuması çıxarılır. Selikli qişa çox tez sağaldığından heç bir tikiş tələb olunmur. Əməliyyat müddəti təqribən 1 saat davam edir.

alt blefaroplastika əməliyyatı

Göstərişlər

  • Görünən gözaltı torbalar (piy yırtıqları və ya piy torbaları) (Buna hətta gənc insanlarda da rast gəlinir) ;
  • Paraorbital piy artıqları;
  • Gözətrafı qırışlar;
  • Alt göz qapaqları nahiyəsində dəri artıqları;
  • Alt göz qapaqları nahiyəsi və göz künclərində dərin qatlar (qırışlar);
  • Alt göz qapaqları nahiyəsində çökəklər.

Əks göstərişlər

  • Yüksək göz və arterial təzyiqi;
  • Şəkərli diabet;
  • Qalxanabənzər vəzi xəstəliyi;
  • Qan laxtalanmasının pozulması;
  • Onkoloji törəmələr;
  • Quru göz sindromu.

Reabilitasiya (bərpa) dövrü

Alt blefaroplastika yüngül əməliyyat hesab olunur. Ertəsi gün siz mərkəzimizi gün eynəyi taxmaq şərti ilə tərk edə bilərsiniz. Tikişlər 5 gün, nadir hallarda isə bir həftə sonra sökülür. Bərpa dövründə fiziki fəaliyyət və kompüterdə uzun müddət işləməkdən imtina etmək lazımdır. Alkoqol və qəhvə içmək qəti qadağandır. Şişkinlik keçdikdən sonra, təxminən 10 gündən sonra kosmetika tətbiq oluna bilər.
Təcrübəli plastik cərrah tərəfindən edilən əməliyyatdan sonra fəsadlar baş vermir. Nəticə yalnız 1,5 aydan sonra qiymətləndirilə bilər. Bu, tam bərpa üçün tələb olunan dövrdür. Bir həftədən sonra tərəddüd etmədən ictimaiyyət qarşısına çıxa və adi həyat ritminə qayıtmaq olar.
Mən plastik cerrah Mübariz MəmmədliAzərbaycanda, Bakıda alt blefaroplastika əməliyyatını peşəkar səviyyədə həyata keçirirəm. Gəncliyinizi geri qaytarmaq üçün mərkəzimizə müraciət edə bilərsiniz.



Onlayn randevu al

AZE_FLAG +994