Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
Üst blefaroplastika əməliyyatı
Üst blefaroplastika nədir?
Üst blefaroplastika unikal və bu gün üçün çox tələbatlı plastik estetik əməliyyat olub, üst göz qapaqları sallanmasının ləğvinə və gözlərin daha ifadəli görünməsinə imkan verir. Göz qapaqları plastikasının mahiyyəti yumşaq toxuma artıqlarını ləğv etməyə yönəlmişdir. Çox pasiyentlər göz qapağı əməliyyatları icrasından sonra cavanlaşma effekti görürlər. Bu, təəccüblü deyil. Axı sallanan göz qapaqları kimi yaş dəyişiklikləri belə plastika keçirilməsinə birbaşa göstərişdir.
Ust blefaroplastika necə aparılır?
Ust blefaroplastika emeliyyati və ya üst göz qapağı əməliyyatı adətən lokal anesteziya altında aparılır. Yalnız zəruri hallarda ümumi anesteziya həyata keçirilir. Manipulyasiyanın müddəti orta hesabla 30 dəqiqədir.
Çox vaxt üst blefaroplastika digər blefaroplastika növləri ilə birləşdirilir. Bu halda əməliyyatın vaxtını əlavə cərrahi müdaxilələr müəyyənləşdirir.
Əməliyyatdan əvvəl plastik cərrah bəzi işarələr qoyur. Kəsik xətlərini və çıxarılacaq dəri sahələrini qeyd edir. Kəsik skalpel və ya lazerlə edilə bilər.
Goz qapagi emeliyyati qiymeti barədə əvvəlcədən dəqiq danışmaq olmaz. Bu, pasiyentin orqanizminə, onun fərdi xüsusiyyətlərinə görə dəyişə bilər.
Göstərişlər
- Dəri artıqları;
- Sallaq göz qapağı (anadangəlmə özəllik);
- Boşalmış dəri;
- Qırışlar;
- Göz qapağı nahamarlıqları, asimmetriya.
Əks göstərişlər
- Kəskin fazada xroniki və infeksion xəstəliklər;
- Pis qan laxtalanması;
- Onkoloji xarakterli xəstəliklər;
- Kompensasiya olunmayan şəkərli diabet;
- Göz quruluğu;
- Ürək-damar sistemi xəstəlikləri;
- Hamiləlik, laktasiya (südvermə);
- Yüksək gözdaxili təzyiq.
Reabilitasiya (bərpa) dövrü
Blefaroplastika kifayət qədər asanlıqla bərpa olunan əməliyyatdır. İlkin bərpa müddəti təxminən 2 həftədir. Tikişlər 5-ci gün sökülür. Şişlik və göyərmə ilk həftədə yox olur. Bu prosesi sürətləndirmək üçün həkimin məsləhət gördüyü kompreslər etmək, həmçinin fizioterapiya və kosmetik prosedurlardan keçmək tövsiyə olunur.
Çapıq çox incə olduğundan və yuxarı göz qapağının təbii qırışığında yerləşdiyindən zamanla daha az nəzərə çarpır. Nəticə 1,5-2 aydan sonra daha mükəmməl bəlli olur. Reabilitasiya dövründə fiziki işlərdən, isti mühitdən, habelə alkoqol və nikotindən uzaq durmaq məsləhət görülür.
Mən plastik cerrah Mübariz Məmmədli Bakıda peşəkar səviyyədə bu əməliyyatı icra edirəm. Mərkəzimizə müraciət edə bilərsiniz.
