MİQRENİN CƏRRAHİ ÜSULLA MÜALİCƏSİ

Mündəricat

    Miqrenin cərrahi üsulla müalicəsi




    İnsanların əksəriyyəti müxtəlif növ və xarakterli baş ağrılarından şikayət edir. Güclü baş ağrıları insanların sosial həyatına mənfi təsir edir, ciddi iş qüvvəsi və fəallıq itkisinə yol açır. Miqren ən yayılmış və çox bilinən baş ağrısı səbəblərindən biridir. Miqren qadınlarda kişilərə nisbətən 3 dəfə artıq rast gəlinir və hesab edilir ki, insanların 10-15%-i miqrendən əziyyət çəkir.

    Miqren niyə inkişaf edir?
    Miqrenin müxtəlif inkişaf nəzəriyyələri irəli sürülsə də, xəstəliyin dəqiq səbəbi indiyədək məlum deyil. Məlumdur ki, miqrenin inkişafında genetik meyillilik və ətraf mühit amilləri mühüm rol oynayır. Müxtəlif elmi tədqiqatlar da göstərmişdir ki, miqrenli pasiyentlərdə baş beyin qabığında neyronlar sağlam adamlarda olduğundan daha yüngül stimulyasiya olur. Həmçinin göstərilmişdir ki, ağrı həssaslığını qəbul edən sensorlu reseptorların disfunksiyası da miqrenin inkişafına xidmət edir.

    Miqren 4 əsas tətik nöqtəyə malikdir. Birinci – üçlük sinirin burun arakəsməsində yerləşən qurtaracağıdır. Həmçinin, alın nahiyəsində güclü əzələlərin yığılması, ələlxüsus da, qaşların daxili və orta hissələrində, bu nahiyədəki həssas sinirlərin stimulyasına səbəb ola bilər. Miqren tutmaları həm də gicgah əzələsinin sensorlu sinirlərinin və boyun ardındakı yarıspinal əzələnin fəallığından yaranır.

    Miqrenin müalicəsi
    Başı ağrıyan hər pasiyent nevroloq tərəfindən müayinə edilməlidir. Damar xəstəlikləri, şiş kütlələri və beyin qansızmaları baş ağrısı səbəblərindəndir. Bu səbəblər diqqətə alınmalı və baş ağrısı diaqnozu kimi istisna edilməlidir.

    Miqren müalicəsini iki əsas kateqoriyaya bölmək olar: dərman və cərrahi müalicə.
    Dərman müalicəsi nevroloqlar (baş ağrısı üzrə ixtisaslaşmış təcrübəli nevroloqlar) tərəfindən aparılır və miqrenin müalicəsində, yaxud kəskin tutmaların tezliyinin azaldılmasında effektli ola bilər. Miqrenin qarşısını almaq üçün həm də həyat tərzini dəyişmək və siqaret, alkoqol və kofeindən imtina etmək lazımdır.

    miqren cerrahiyyesi


    Miqrenin botoksla müalicəsi
    Estetik məqsədlərlə istifadə edilən botulizm toksini inyeksiyaları (BOTOKS), pasiyentlərin söylədiyinə görə, miqren tutmalarının tezliyi və ağırlığını aşağı salır. Alın qırışlarının götürülməsi məqsədilə botoks tətbiqindən sonra pasiyentlər miqren ağrılarından qurtulurlar. Lakin botoks əslində təbiət mənşəli zəhərdir və orqanizm üçün ziyanı çoxdur. Yalnız oksigenin az və ya heç olmadığı bir mühitdə çoxalmağa qadir olan bu zəhər insan orqanizminə düşərək, vaxtında müalicə olunmazsa, letal sonluqla nəticələnə bilən botulizm xəstəliyi yarada bilər.

    Botoks –  rəngə, dada və qoxuya malik olmayan və clostridium botulinium adı altında bakteriyalar hasil edən zülal mənşəli neyrotoksindir. Daha aydın dillə desək, bu, müəyyən klostrid tipinin istehsal etdiyi təbiət mənşəli zəhərdir. O, sinir sisteminə –  daha dəqiqi isə, bu hüceyrələrdəki zülallara təsir göstərərək, göndərilən siqnalları blok edir. Botox müxtəlif altnövlərə malikdir və bu gün üçün məşhur üzvi zəhərlər içərisində ən güclüsü hesab edilir.

    Miqren cərrahiyyəsi
    Miqrenin müalicəsində ən effektiv və ziyansız üsul cərrahiyyədir. Məlum olduğu kimi, 4 əsas miqren nöqtəsi vardır: alın, gicgah, boyun ardının üst hissəsi, burun və göz ətrafı nahiyələr. Miqren cərrahiyyəsi bu nahiyələrdə yerləşən sensorlu sinirlərdə qıcıq yaradan amillərin ləğvi, yaxud azaldılmasına yönəldilmişdir. 

    Alın nahiyəsindəki həssas sinirlər qaşlar arasında yerləşən əzələ qrupu fəallığına cavab olaraq miqren tutmaları yarada bilər. Məlumdur ki, miqren tutmaları sinirlər ətrafındakı əzələlərin göz qapağı, alın nahiyəsi vasitəsilə götürülməsində, ya da bu sinirlərə təzyiqin azaldılması zamanı (dekompress terapiya) azalır.

    Həmçinin hesab edilir ki, burun balıqqulaqlarının hipertrofiyası (ət ölçülərinin böyüməsi), burunda həssas sinirlərin qıcıqlanmasına səbəb olan sümük və qığırdaq əyriliyi miqrenin inkişafına yol açır. Bu da məlumdur ki, bəzi pasiyentlərin baş ağrısı şikayətləri burun əməliyyatından sonra azalır.

    Miqren ağrılarının başladığı alın və burun nahiyəsi kimi müxtəlif tətik nöqtələr müəyyən edilmişdir və bu nahiyələrdə sinirlərin azad olması üçün cərrahi prosedurlar icra olunur.

    Gündəlik sosial həyatınızın axarına maneə törədən və digər tibbi müalicə üsullarına cavab verməyən miqren xəstəliyinin ən müasir və effektiv üsulu miqren cərrahiyyəsidir. Əməliyyatın müvəffəqiyyət faizi 90-dan çoxdur. Bu zaman yaranan kəsiklər çox kiçik olduğu üçün heç bir iz buraxmır. Mən – plastik cərrah Mübariz Məmmədli miqren cərrahiyyəsi, həmçinin digər plastik-estetik əməliyyatları Bakı və Azərbaycan üzrə peşəkar səviyyədə həyata keçirirəm.


    Onlayn randevu al