Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
40 YAŞDAN SONRA CAVAN QALMAQ ÜÇÜN 14 MƏSLƏHƏT
40 yaşdan sonra qadınlar bəzən özləri qəbul etməsələr belə, “40 yaş sindromu”nu yaşayırlar. Onlar öz xarici görkəmləri ilə bağlı müəyyən narahatlıqlar yaşayır, bir sıra komplekslərə düşürlər. Buna səbəb yaşın insan bədənində yaratdığı xoşagəlməz dəyişikliklər – qırışlar, sallanmalar və s.-dir.40 yaşdan sonra bədənə, xüsusən də dəriyə qulluq daha böyük məna kəsb edir. Əgər siz 40 yaşdan sonra öz bədəninizin, əsas da dərinizin qayğısına necə qalacağınızı bilmirsinizsə, bu 14 məsləhət məhz sizin üçün nəzərdə tutulub.
Bol-bol su için.
Bu fikir artıq şablon kimi səslənsə belə, həqiqətdir. Hər gün çoxlu su içmək ümumi sağlamlıq üçün çox vacibdir. Bu sizin orqanlarınız, energetik səviyyəniz, eləcə də, bədən və üz dəriniz üçün yaxşıdır. Daxili hidratasiya dərinin nəmliyinin saxlanmasına kömək edir. Siz yaşa dolduqca bu çox vacibdir. Çünki dəriniz əvvəlki onilliklərdəki qədər nəmlik saxlaya bilmir. Həm də insan yaşlandıqca onun bədəni daha çox qurumağa meyilli olur. Ümumi araşdırmalara görə, gündə 2000 kalori ehtiyacı olan qadınlar 2 litr, 2500 kalori qəbul etməli olan kişilər isə 2,5 litr su içməlidirlər.Yuxunuzu tam alın.
Keyfiyyətli yuxu, əlbəttə ki, sizin ümumi sağlamlığınız və əqli, fiziki, emosional rifahınız üçün çox mühümdür. Lakin 40 yasdan sonra gənc qalmaq üçün bu daha da zəruridir. Yetərsiz yuxu və çoxlu alkoqol istifadəsi bu yaşda əvvəlkindən daha çox özünü büruzə verir. Ona görə də tam gecə istirahətini tənzimləmək, yaxşı qidalanmaq və qan dövranını stimullaşdırmaq, bədəni tonusda saxlamaq üçün fiziki hərəkətlə məşğul olmaq hədsiz vacibdir. Sutkada 7-9 saat yatdığınızdan əmin olun. Belə etsəniz, öz bədəniniz sizə minnətdar olacaqdır.
Eyni zamanda o da qeyd edilməlidir ki, xüsusilə saat 22:00 ilə 00:00 arasında yuxuda olmaq çox vacibdir. Çünki məhz bu saatlarda insan orqanizmi üçün xeyirli və yalnız yuxuda effektiv ola bilən proseslər, o cümlədən boy hormonunun ifrazı baş verir. Bu aralıqda yatmağınız arıqlamağınıza da yardımçı olacaq.

Keyfiyyətli məhsullardan istifadə edin.
Bədənə qulluq üçün keyfiyyətli vasitələr seçmək həmişə vacibdir. Amma 40 yaşdan sonra bunu xüsusi bir diqqətlə etmək lazımdır. Effektivliyi elmi cəhətdən sübut edilmiş təbii inqrediyentli tibbi kosmetikaya üstünlük verin.
Nişastalı tərəvəzlərin istifadəsini azaldın.
Hansısa bir məhsul tərəvəz adlanır deyə onu tam faydalı hesab etmək yanlışdır. Dietoloqlar 40 yasdan sonra nişastalı tərəvəzlərin istifadəsini məhdudlaşdırmağı tövsiyə edirlər. Ona görə də kartof və qarğıdalını az miqdarda istifadə edin.
Kollagen və elastin istehsalını stimullaşdırın.
40 yaşdan yuxarı qadınlarda orqanizm tərəfindən kollagen və elastin istehsalı yavaşlamağa başlayır. Buna görə də bu prosesi peptidlərin, həmçinin dərini daha elastik edən antioksidantların yardımı ilə stimullaşdırmaq lazımdır.
Dəri hüceyrələri əvvəlki kimi fəal yenilənə bilmir və bu, quruluğa, həm də nazik xətlərə və qırışlara gətirib çıxarır. Retinol yenilənmə prosesinin sürətlənməsində və üz rənginin yaxşılaşmasında həlledici məna kəsb edir. Ölmüş hüceyrələrin artıq təbəqələri üzündən dəri az nəmlənmiş olur və rütubətini itirir. Buna görə də dəri tipinizdən asılı olaraq, dərinin rehidratasiyası və qidalanması üçün yağsız vasitələrdən keramid və gialuron turşulu daha sərt nəmləndirici məhsullara keçməyin əsl vaxtıdır.
Skrab və pilinqləri unutmayın.
40 yaşdan sonra üz və bədən dərisinin gənc qalmasını dəstəkləmək üçün buynuzlaşmış hüceyrələri 20-30 yaşlarda etdiyinizdən daha mütəmadi şəkildə qaşımaq lazımdır. Çünki bu yaşdan sonra dəri hüceyrəsinin yenilənməsi yavaş gedir. Mütəmadi pilinqlər və skrab yaş əleyhinə gözəl bir silahdır.
Boynunuzun qayğısına qalın.
Boynunuzu nəzərdən qaçırmayın. Hər gün bu nahiyəyə gündən qoruyucu krem çəkin, həm də onu nəmləndirin. Boyuna gecə zərdabı (serum), nəmləndirici krem və üzünüzə tətbiq etdiyiniz istənilən digər məhsulları çəkin. Təkcə üzünüzün qayğısına qalsanız, onda boynunuz nəinki yalnız yaşınızı, həm də gənclik illərində günəş altında keçirdiyiniz zamanın miqdarını, dərinizə qulluq zamanı buraxdığınız səhvləri də göstərmiş olacaq.
Gündən qoruyucu krem istifadə etməyi unutmayın.
Gündən qoruyan krem profilaktika üçün vacib əhəmiyyət kəsb edir. O həmçinin günəş ləkələrinin yaranmasını, piqmentasiya dəyişikliklərini və retinol istifadəsinə bağlı həssaslığı da minimuma endirmək üçün çox vacibdir.
Günəşdən qoruyan kremlər mineral və kimyəvi olmaqla iki cür olur. Mineral tərkibli vasitələrdən istifadə etmək sağlamlıq üçün təhlükəsizdir. Bu cür kremlər sink oksidi və ya titan dioksid kimi komponentlərdən ibarət olur. Düzgün istifadə edildiyi təqdirdə bu mineral formul təkcə həssas dəriyə sahib olan böyüklər üçün yox, hətta uşaqlar üçün də effektiv və təhlükəsiz sayıla bilər.
Antioksidantlar və nəmləndirici kremlərin əhəmiyyətini yadda saxlayın.
Sizin gündəlik bədən qulluğunuzda sərbəst radikallarla mübarizə apararaq dərini daha sağlam və təravətli edən antioksidant tərkibli məhsulların olmasından əmin olun. Antioksidantlar və nəmləndirici vasitələr bütün yaşlar üçün mütləqdir. Çünki onlar turşuma stresini önləyərək, dəriyə daxili parıltı verir. Eyni zamanda kollagen və elastin istehsal edir.
Fermentləşdirilmiş qida ilə dostlaşın.
Probiotik əlavəli məhsulları rasiona daxil etməklə bədəni tonusda saxlamaq asandır. Laval Universiteti tədqiqatçıları aşkar etmişlər ki, probiotik əlavəli pəhriz saxlayan qadınlar nəzarət qrupundakı qadınlardan daha artıq çəki itirmişlər.
Faydalı fermentləşdirilmiş qidaların içərisində kələm turşusunun yerini xüsusilə qeyd etmək lazımdır. Bu qida orqanizmin özü tərəfindən sintez olunmayan amin turşularını sintez etmək qabiliyyətinə malikdir.
Yoqa ilə məşğul olmağa başlayın.
40 yaşdan sonra özünüzü formada saxlamaq üçün yüksək intensivliyi olan məşqləri icra etmək mütləq deyil. Elastikliyi qorumaq və stress səviyyəsini azaltmaq üçün yoqa kimi aşağı intensivliyi olan məşqlərə diqqət yetirin.Rəqsə yazılın.
Travma qazanmadan arıqlamaq istəyirsinizsə, öz qrafikinizə rəqs dərslərini də əlavə etməyi sınayın. Fukuoki Universiteti tədqiqatçıları aşkar etmişlər ki, aerobik rəqs piylənməsi olan orta yaşlı qadınlar arasında çəki azalması üçün effektlidir. Bundan əlavə, rəqslərdə travma riski də aşağıdır.
Qida qəbullarını daha müntəzəm edin.
Gündə 3 dəfə yemək əvəzinə porsiya miqdarını azaldaraq, qida qəbulu sayını artırın. İdealda sizin gününüz çoxlu göyərti, zülal və faydalı yağla (zeytun yağı, avocado və s.) zəngin olan 4 və ya 5 kiçik qida qəbullarından ibarət olmalıdır.Plastik cərrahiyyəyə müraciət edin.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, bu məsləhət cavan qalmaq üçün yox, məhz cavanlaşmaq üçündür. Yuxarıdakı məsləhətlərə əməl etməyə tənbəllik edən xanımlar üçün ən effektiv çıxış yolu plastik əməliyyatlardır. Estetik əməliyyatların köməyi ilə istənilən yaş dəyişiklərindən və bundan qaynaqlanan komplekslərdən birdəfəlik azad olmaq mümkündür. Amma mütləq nəzərə almaq lazımdır ki, hamı peşəkar deyil və təcrübəsiz əllər çox ağır fəsadlara yol aça bilər. Əgər bədəninizin hər hansı bir nahiyəsinə plastik əməliyyat etdirmək qərarına gəlmisinizsə, bunu həyata keçirəcək plastik cərrahı düzgün seçməlisiniz.
Plastik əməliyyatlar yalnız estetik deyil, həm də rekonstruktiv xarakter daşıyır. Belə ki, bu üsulla həm də anadangəlmə (dovşandodaqlıq, qurd ağızlıq və s.) və ya sonradan qazanılmış qüsurları (doğuşdan sonra qarın sallanması, uşaq əmizdirdikdən sonra döş sallanması və s.) aradan qaldırmaq, eyni zamanda təcrübəsiz cərrahların buraxdığı səhvləri düzəltmək mümkündür.
Bu işdə illərin təcrübəsinə malik olan və bununla kifayətlənməyib daim yeni araşdırmalar aparan, tez-tez qabaqcıl xarici ölkələrin təcrübəsinə müraciət edən mən – plastik cərrah Mübariz Məmmədli istənilən növ estetik-plastik əməliyyatı peşəkarcasına icra edir və nəticənin müsbət olacağına zəmanət verirəm. Sizi qalereyamıza keçid edərək, əl işlərimə – əməliyyat nəticələrimə baxmağa dəvət edirəm.


