Mündəricat
Endoskopik üz gərmə əməliyyatının açıq əməliyyatdan fərqi
Endoskopik feysliftinq üz gərmənin endoskopik metodikaların tətbiqi ilə icrasına deyilir. Bu müdaxilənin açıq əməliyyatdan əsas fərqi toxumanın kəsilib-yonulması deyil, onun repozisiyasıdır.
Üz gərmə ələmiyyatının bu variantı daha ehtiyatlıdır və üz ifadəsi dəyişikliyini istisna edir. Dərin dairəvi üz gərmə ilə müqayisədə o, xeyli az travmatikdir – kəsik səthi on dəfələrlə daha kiçikdir.
Endoskopik üz gərmə əməliyyatının aparılması üçün göstərişlər
Əməliyyat bu yaş dəyişikliklərinin aradan götürülməsi üçün məsləhət görülür:
- Dəri sallaqlığı və atoniyası;
- Əzələ və fasiya düşüklüyü (sallaqlığı);
- Bilinən (görünən) burun-dodaq qatları;
- İkiqat buxaq (çənə altı);
- "Buldoqluq"ların yaranması; yanaqların sallaqlığı və s.
Endoskopik üz gərmə əməliyyatı necə icra edilir?
Endoskopik üz gərmə üzün yuxarı və aşağı bölgələrində icra edilir. Mövcud göstərişlərdən asılı olaraq, sizə təkcə endoskopik alın və qaşgərmə aparıla bilər, eləcə də ancaq üzün orta hissəsinin liftinqi və yaxud bu iki manipulyasiya eyni vaxtda icra oluna bilər.
Endoskopik alın gərmə və qaş qaldırma zamanı plastik cərrah tüklərin bitişi boyunca 4-5 kəsik edərək, oradan dəri altına endoskop yeridir. Onun yardımı ilə estetik cərrah daha çox sayda kəsiklərə əl atmadan görmək və dərialtı toxumalara təmas göstərmək imkanı əldə edir. Endoskopla yanaşı, dəri altına yumşaq toxumaları bir-birindən ayırmaq, dartmaq və istənilən vəziyyətdə düzəltmək üçün zəruri olan alətlər də yeridilir.
Bu əməliyyatda qanaxma baş verməsi ehtimalı minimuma endirilmişdir. Üzün yuxarı hissəsinin endoskopik liftinqində, ənənəvi gərmə metodikalarından fərqli olaraq, sinir uclarına, tük soğanaqlarına və damarlara xoşagəlməz təsir imkanı istisna edilir.
Üzün orta üçdə birinin endoskopik gərilməsi zamanı gicgah nahiyələrində və üst dodağın altındakı ağız boşluğunda böyük olmayan dəliklər icra edilir. Kəsiklərdən dəri altına yeridilmiş xüsusi endoskopik alət yardımı ilə həkim üz toxumalarını aralayır. Növbəti addım – üst dərialtı layların lazımi vəziyyətə qaldırılması və onların almacıq, ya da gicgah zonasında fiksə edilməsidir.
Reabilitasiya (bərpa) dövrü
Endoskopik üz gərmə əməliyyatının
nisbətən aşağı invazivlik dərəcəsi klassik liftinqində olduğundan daha qısa – 2 həftəyə yaxın reabilitasiya dövrünü şərtləndirir. Müdaxilədən sonra ilk günlər ərzində kompressiyaedici sarğı geyilməsi zəruridir.
1 həftə sonra şişkinlik və göyərmə xeyli azalır; bu zaman fiziki aktivlikdən çəkinmək lazımdır. Endoskopik üz gərmədən sonra yekun estetik nəticəni 2-4 həftə sonra müşahidə etmək olar. Tam nəticə 6 ay 1 ilə olur, Bizim texnika ilə nəticə 10-15 il qalıcıdır.
Nəticə
Yekun olaraq endoskopik üz gərmə əməliyyatının üstünlüklərini aşağıdakı kimi ifadə etmək olar:
- Kəsiklərin açıq əməliyyata nisbətən çox kiçik olması;
- Kəsiklərin üzün nəzərə çarpmayan hissələrində (saç içində) olması;
- Əməliyyatın daha az travmatik olması;
- Əməliyyatdan sonra reabilitasiya və sağalma dövrünün daha tez olması.