Mündəricat
Tez arıqlamaq üçün 5 üsul 1 günə necə arıqlamaq olar?
Hər bir xanımın arıqlamaq və ideal bədən forması əldə etmək arzusu yay mövsümünün astanasında xüsusilə aktual olur. Bu məqalədə yaya doğru özünü necə tez formaya salmağın ən təsirli üsullarından yazmışam.
Düzgün qidalanma
İnsan artıq kilolarla mübarizə aparmaq qərarı qəbul edən zaman ilk növbədə pəhrizə oturmağa başlayır. Əslində isə, düzgün qidalanmaq lazımdır, ac qalmaq yox.
• Mayonezdən, mürəkkəb komponentli salatlardan, yarımfabrikatlardan, donuz ətindən, şirniyyatdan, fastfuddan, çörək-bulka məmulatlarından, qazlı sulardan, yağlı və qızartma yeməklərdən imtina etmək lazımdır.
• Az miqdarda zefir, pastila və ya marmelad istifadəsi icazə verilir. Tərkibi oxuyun, komponentlər təbii olmalıdır. Zülallı qidalara (ət, balıq, yağsız süd məhsulları) üstünlük verin. Tərəvəz və meyvə istifadəsini artırın. Onlar az kalorilidir, təbii qlükoza isə enerji verəcəkdir.
Fiziki aktivlik
Sürətli arıqlamaq üçün öz fiziki aktivliyini artırmaq olduqca vacibdir. Yağyandırmaya yönəlmiş məşqlər ən təsirlisidir. Onlar yüksək intensiv olması, güc və aerobika tapşırıqlarının vəhdəti ilə seçilir.
Bu gərginlik metabolizmi sürətləndirməyə yardımçı olacaq, nəticədə kalorilər məşq vaxtı və hətta ondan sonra da sürətlə yanacaq. Kardioməşqlər böyük miqdarda kalori məhv edir.
Daha çox su
Su yağın parçalanmasında mühümdür. O, maddələr mübadiləsini sürətləndirir və artıq mayeni orqanizmdən çıxarır. Yetərincə su içilməzsə, hətta pəhrizə riayət olunsa belə, kilolar getməyəcək. Ödemdən qaçmaq üçün suyun çox hissəsini günün birinci yarısında qəbul edin.
Lazımi su həcmini hesablamaq üçün bədən çəkisini 30 ml mayeyə vurmaq gərəkdir. Təmiz su və bitki çayı içmək faydalı olar.
Masaj
Çoxları masajı relaks və əzələlərdəki yorğunluğu çıxarmaq üçün prosedur hesab edir. Əslində isə bu metodun köməyi ilə artıq kiloları sürətlə yox etmək olar. Prosesdə o problemli bölgələr nöqtəbənöqtə işlənilir ki, onları idman hesabına yox etmək mümkün deyil. Mütəmadi masaj tezliklə elastik dəriyə nail olmağa kömək edir.
O, qan axınını stimullaşdırır və hüceyrələrin oksigenlə zənginləşməsini təmin edir. Yekunda dermanın sürətli bərpası və epidermisin sağlam xarici görünüşünə cavabdeh olan liflərin istehsalı əldə olunur.
Sağlam yuxu
Keyfiyyətli yuxu məşq prosesinin ayrılmaz hissəsi olsa da, çoxları bunu dəyərləndirmir. Çoxdan məlumdur ki, əgər insan gündə altı saatdan az yatır və ya gecə oyanırsa, artıq çəki alır. Bu onunla əlaqədardır ki, yuxu çatışmazlığı hormonal balansa mənfi təsir göstərir. Bununla həm də stres yaranır ki, orqanizm də onu yeməklə kompensasiya edir və çox yeməyə gətirib çıxarır.
Tez-tez aclıq hissi və doyma hissinin olmaması orqanizmin yorğunluğu və istirahətin labüd olması haqda siqnalıdır. Eyni vaxtda uzanıb yatan və oyanan adamlar, bir qayda olaraq, çəki problemi yaşamırlar. Fərqli vaxtlarda yatıb-durmaq aclıq və doyma hissinə cavabdeh olan hormanların ifrazı da daxil olmaqla, insan orqanizminin işini tarazlayan bioloji saatların pozulmasına xidmət edir.
1 günə necə arıqlamaq olar?
Yuxarıda sadalanan arıqlamaq üsullarının hamısı nə qədər effektiv və tez olsa belə, müəyyən zaman və ciddi əzmkarlıq, dözüm tələb edir. Lakin arıqlamağın ən qısa müddətə – cəmi 1 günə başa gələn və olduqca rahat olan yolu da vardır. Söhbət tərcübəli plastik cərrah tərəfindən icra olunan plastik-estetik əməliyyatlardan gedir. Sırf artıq çəki atmağa xidmət edən estetik əməliyyatlara aşağıdakılar daxildir:

Abdominoplastika əməliyyatı
Qol gərmə əməliyyatı
Ayaq gərmə əməliyyatı
Bu əməliyyatların hər biri barədə ətraflı məlumatı üstlərinə klikləyərək oxuya bilərsiniz.
Mən plastik cərrah Dr. Mübariz Məmmədli öz peşəkar komandamla birlikdə Azərbaycan və Bakı üzrə həm yuxarıda sadalanan, həm də digər estetik-plastik əməliyyatları yüksək səviyyədə həyata keçirirəm.
Bağla
Bizi sosial mediada izləyin