Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
Qol gərmə əməliyyatı
Qol gərmə əməliyyatı nədir?
Qol gərmə əməliyyatı (braxioplastika) qolun daxili səth nahiyəsində sallanmış yumşaq toxumaların gərilməsi əməliyyatıdır. Son vaxtlar bu əməliyyat getdikcə daha da populyar olur. Qol gərmə plastik bədən cərrahiyyəsində yetərincə möhkəm yer tutur. Çünki qolun daxili səth bölgəsi həmişə yaşı büruzə verir və yaşlı pasiyentlərdə fitnes-korreksiyaya tabe olmur.Qol gərmə əməliyyatı necə həyata keçirilir?
Braxioplastika üçün iki klassik üsul mövcuddur. Seçim kənarlaşdırılan toxuma miqdarından asılıdır. Əgər o, azdırsa, ellipsvari toxuma götürülməsi tətbiq edilir ki, bu da əməliyyat sonrası çapıqları maksimum azaltmağa imkan verir. Geniş braxioplastika istənilən qədər toxumanın götürülməsində tətbiq edilə bilər. Bu halda çapıq yetərincə uzun (qoltuqaltı nahiyədən dirsəyə qədər) olacaqdır. Bəzən tələb olunduqda braxioplastika ilə birgə eyni anda bu bölgənin liposaksiyası da aparılır. Hər iki halda yara kosmetik tikişlərlə bağlanır və zamanla çapıq yoxa çıxır.Cərrahi müdaxilə 1-2 saat qədər çəkir. Ümumi anesteziya tətbiq edilir. Pasiyent əməliyyat sonrası bir neçə gün ərzində klinikada qalır. Tikişlər sökülmür, öz-özünə sorulur. Artıq 1 ay sonra pasiyent adi həyata dönə bilər.
Braxioplastika üçün əks-göstərişlər
- Qol gərmə əməliyyatı üçün aşağıdakı əks-göstərişlər mövcuddur:
- Onkoloji xəstəliklər;
- Ağır ürək-damar və tənəffüs sistemləri pozuntuları;
- Şəkərli diabet;
- Qan laxtalanması pozuntuları;
- Süf vəzinin götürülməsi;
- Hədsiz tərləmə.
Reabilitasiya (bərpa) dövrü
Braxioplastika sonrası reabilitasiya (bərpa) dövrü təxminən 1 ay çəkir. Bu müddət ərzində fiziki gərginliyi və idmanla məşğul olmanı, hamama, saunaya getməyi, ictimai hovuzlarda çimməyi, solyariyə getməyi istisna etmək lazımdır. Əməliyyat bölgəsi təmiz saxlanılmalı, orqanizm yüklənməməli, kompressiyaedici geyim geyinilməlidir. Bu müddət bitdikdən sonra pasiyent adi həyata geri dönə bilər. 1,5 ay sonra qollara gərginlik vermək olar. Həkim göstərişlərinə əməl olunduqda braxioplastikadan sonra ağırlaşma ehtimalı azdır və bərpa dövrü bütövlükdə yetərincə yüngül və tez keçir.
Mən plastik cərrah Mübariz Məmmədli öz komandamla birgə Azərbaycan və Bakı üzrə qol gərmə və digər estetik-plastik əməliyyatları yüksək peşəkarlıqla həyata keçirirəm.
