Contents
- Waist Slimming Surgery Without Rib Removal In Baku
- Scars After a Deep Plane Facelift, Why They Heal So Well
- Facelift Alternatives – Morpheus8 & Non-Invasive Treatments
- Kesselring Lip Surgery – What You Need to Know
- Advanced Deep Plane Facelift with Preservation Technique™
- Azerbaijani Aesthetic Surgery Goes Global: Dr. Mubariz Mammadli’s Presentation at the International Congress
- Azerbaijani Aesthetic Surgeon Mubariz Mammadli Achieves International Success
- Why Is the Platysma So Important?
- indeed, every plastic surgeon has likely encountered a statement like, “You didn’t pull my face tight enough.” This is often due to patients misunderstanding how anatomy, tissue dynamics, and healing processes work.
Kişilər üçün 7 plastik əməliyyat
Qadınlardan fərqli olaraq, kişilərin əksəriyyəti fiziki sağlamlıq problemlərinin həlli üçün plastik əməliyyatlara üz tutur. Məsələnin estetik tərəfi, adətən tanınmış peşə sahibi (siyasətçilər, müğənnilər, aktyorlar və s.) olan kişiləri maraqlandırır.
Statistika məlumatlarına görə, güclü cinsin ən populyar əməliyyatları üz (blefaroplastika, rinoplastika) plastikası, həmçinin liposaksiyadır. Daha az yayılmış olanlar isə çənəaltı böyüdülməsi əməliyyatı və müxtəlif konturlu plastika növləridir.
Kişi plastik cərrahiyyəsi üç əsas məsələni həll etməyə kömək edir:
Sağlamlıq vəziyyətinin yaxşılaşdırılması;
Zahiri görünüşün dəyişdirilməsi;
Özgüvənin artması.

Bu məqaləmdə kişilər arasında daha çox populyar olan 7 plastik əməliyyat barədə məlumat vermişəm.
Bu növ korreksiya yardımı ilə həmin bölgədəki yaş dəyişikliklərindən qurtulmaq mümkündür. Göz qapağı dərisi çox zərif, nazik olduğundan çox erkən yaşlanmağa başlayır. Qırışlar, xətlər, gözaltı torbalar üzə yorğun görkəm verir və vizual olaraq çöhrəni qocaldır. Bundan başqa, anatomik üz quruluşu xüsusiyyətlərinə görə bəzi oğlanlarda, yaşdan asılı olmayaraq, göz altında piy yırtıqları əmələ gəlir. Bu, üzə qeyri-sağlam görünüş verir.
Adətən qadınlar burunu daha qəşəng və cəlbedici etmək üçün burun plastikasına üz tuturlar. Bəzi kişilər də estetik məqsədlərə nail olmaq üçün öz burunlarını əməliyyat etdirirlər. Lakin kişilər üçün əksər hallarda rinoplastika yıxılma, dava, burun zədələnməsi sonrası bərpaedici əməliyyatdır.
Çox vaxt plastik cərrah burun çəpəri əyriliyini, asimmetriyanı korreksiya edir, donqarlığı götürür, burun travması nəticəsində pozulmuş tənəffüsü normallaşdırmağa kömək edir. Kişilərə əməliyyat çox vaxt açıq girişdən istifadə etməklə aparılır. Onların dərisi daha kobud və sərt olduğu üçün kosmetik tikiş tez sağalır və yox olur. Cərrahi müdaxilədən 6 ay sonra tikişlər praktik olaraq görünmür.
Ginekomastiya
Artıq çəki aldıqda kişilərdə təkcə qarın yox, sinə də böyüyür. Bu, təkcə fiziki deyil, həm də psixoloji diskomforta səbəb olur. Kişi sinəsində piy çox qeyri-estetik görünür və onu qadına bənzədir ki, bu da ətrafdakıların istehzasına və özgüvənin aşağı düşməsinə yol açır. Çox vaxt ginekomastiya səbəbi hormonal pozuntular olur. Əməliyyat zamanı piy və dəri artıqları götürülür, gilə və sinə forması bərpa edilir.
Liposaksiya
Bu, piy toxuması artıqlarının götürülməsidir. Kişilərdə əsas piy depoları böyürlərdə və qarında yerləşir. Beləliklə, liposaksiya çox vaxt məhz bu bölgələrdə aparılır. Prosedur zamanı dəridə kiçik kəsiklər edilir ki, oradan xüsusi alətlərin köməyi ilə piy toxuması artıqlarını götürürlər.
Saç əkilməsi
Bu prosedur çox yayılmış kişi tipi keçəlləşmə problemini həll etməyə kömək edir. Müasir köçürülmə metodları 100 %-ə yaxın olan nəticə verir. Müasir dəbə üstünlük verən və daha sərt görünməyə çalışan bəzi kişilər saqqal və bığ bölgəsinə də tük əkdirmək məqsədilə plastik cərrahlara müraciət edirlər.
Üz gərmə
Kişilərdə bu prosedurun istifadəsinə tələbat az deyil. Maraqlıdır ki, güclü cinsin çox nümayəndələri qırışlardan qurtulmaq və gəncləşmək istərkən, əvvəlcə cərrah bıçağı altına uzanmağa yox, gözəllik iynələri etdirməyə üstünlük verirlər. Yalnız alınmış nəticə təmin etmədikdə, ya da tez yoxa çıxdıqda kişilər tam (dairəvi) üz gərməyə qərar verirlər.
İntim plastika