Kişilər üçün 7 plastik əməliyyat

Kişilər üçün 7 plastik əməliyyat

 

Qadınlardan fərqli olaraq, kişilərin əksəriyyəti fiziki sağlamlıq problemlərinin həlli üçün plastik əməliyyatlara üz tutur. Məsələnin estetik tərəfi, adətən tanınmış peşə sahibi (siyasətçilər, müğənnilər, aktyorlar və s.) olan kişiləri maraqlandırır.

Statistika məlumatlarına görə, güclü cinsin ən populyar əməliyyatları üz (blefaroplastika, rinoplastika) plastikası, həmçinin liposaksiyadır. Daha az yayılmış olanlar isə çənəaltı böyüdülməsi əməliyyatı və müxtəlif konturlu plastika növləridir. 

Kişi plastik cərrahiyyəsi üç əsas məsələni həll etməyə kömək edir:

 

  • Sağlamlıq vəziyyətinin yaxşılaşdırılması;

  • Zahiri görünüşün dəyişdirilməsi;

  • Özgüvənin artması.

 


plastic-surgery ; deep-plane-face-lift

Bu məqaləmdə kişilər arasında daha çox populyar olan 7 plastik əməliyyat barədə məlumat vermişəm.

 

  1. Blefaroplastika

 

Bu növ korreksiya yardımı ilə həmin bölgədəki yaş dəyişikliklərindən qurtulmaq mümkündür. Göz qapağı dərisi çox zərif, nazik olduğundan çox erkən yaşlanmağa başlayır. Qırışlar, xətlər, gözaltı torbalar üzə yorğun görkəm verir və vizual olaraq çöhrəni qocaldır. Bundan başqa, anatomik üz quruluşu xüsusiyyətlərinə görə bəzi oğlanlarda, yaşdan asılı olmayaraq, göz altında piy yırtıqları əmələ gəlir. Bu, üzə qeyri-sağlam görünüş verir.

 

  1. Rinoplastika

 

Adətən qadınlar burunu daha qəşəng və cəlbedici etmək üçün burun plastikasına üz tuturlar. Bəzi kişilər də estetik məqsədlərə nail olmaq üçün öz burunlarını əməliyyat etdirirlər. Lakin kişilər üçün əksər hallarda rinoplastika yıxılma, dava, burun zədələnməsi sonrası bərpaedici əməliyyatdır.

Çox vaxt plastik cərrah burun çəpəri əyriliyini, asimmetriyanı korreksiya edir, donqarlığı götürür, burun travması nəticəsində pozulmuş tənəffüsü normallaşdırmağa kömək edir. Kişilərə əməliyyat çox vaxt açıq girişdən istifadə etməklə aparılır. Onların dərisi daha kobud və sərt olduğu üçün kosmetik tikiş tez sağalır və yox olur. Cərrahi müdaxilədən 6 ay sonra tikişlər praktik olaraq görünmür.

 

  1. Ginekomastiya

 

Artıq çəki aldıqda kişilərdə təkcə qarın yox, sinə də böyüyür. Bu, təkcə fiziki deyil, həm də psixoloji diskomforta səbəb olur. Kişi sinəsində piy çox qeyri-estetik görünür və onu qadına bənzədir ki, bu da ətrafdakıların istehzasına və özgüvənin aşağı düşməsinə yol açır. Çox vaxt ginekomastiya səbəbi hormonal pozuntular olur. Əməliyyat zamanı piy və dəri artıqları götürülür, gilə və sinə forması bərpa edilir.

 

  1. Liposaksiya

 

Bu, piy toxuması artıqlarının götürülməsidir. Kişilərdə əsas piy depoları böyürlərdə və qarında yerləşir.   Beləliklə, liposaksiya çox vaxt məhz bu bölgələrdə aparılır. Prosedur zamanı dəridə kiçik kəsiklər edilir ki, oradan xüsusi alətlərin köməyi ilə piy toxuması artıqlarını götürürlər.

 

  1. Saç əkilməsi

 

Bu prosedur çox yayılmış kişi tipi keçəlləşmə problemini həll etməyə kömək edir. Müasir köçürülmə metodları 100 %-ə yaxın olan nəticə verir. Müasir dəbə üstünlük verən və daha sərt görünməyə çalışan bəzi kişilər saqqal və bığ bölgəsinə də tük əkdirmək məqsədilə plastik cərrahlara müraciət edirlər.

 

  1. Üz gərmə

 

Kişilərdə bu prosedurun istifadəsinə tələbat az deyil. Maraqlıdır ki, güclü cinsin çox nümayəndələri qırışlardan qurtulmaq və gəncləşmək istərkən, əvvəlcə cərrah bıçağı altına uzanmağa yox, gözəllik iynələri etdirməyə üstünlük verirlər. Yalnız alınmış nəticə təmin etmədikdə, ya da tez yoxa çıxdıqda kişilər tam (dairəvi) üz gərməyə qərar verirlər.

 

  1. İntim plastika

 

İntim kişi plastikası zamanı cinsiyyət orqanlarının formasını dəyişdirmək və ya ölçüsünü artırmaq mümkündür. Bundan əlavə, müasir plastik əməliyyatlar cinsi aktivliyi yaxşılaşdırmağa da kömək edir. Penisin formasının dəyişdirilməsi ilə yanaşı, xaya protezləri və qasıq nahiyəsinin liposaksiyası əməliyyatları da tez-tez həyata keçirilir.

Запись на прием онлайн

AZE_FLAG +994