Üz gərmə əməliyyatı hansı yaşda edilməlidir?

Contents

    Üz gərmə əməliyyatı hansı yaşda edilməlidir?

     

    Dövrümüzdə çox insan gəncliyinin ömrünü uzatmaq istəyir. Müasir plastik cərrahiyyə metodikaları həyatın istənilən dönəmində insanı gəncləşdirməyə imkan verir. Əməliyyat üçün göstərişlər olduqda ilk üz gərmə əməliyyatı pasiyentin yaşından asılı olmayaraq icra edilir, lakin müdaxilənin effektivliyi ilk növbədə dərinin və əməliyyat nahiyəsini əhatə edən toxumaların vəziyyətindən asılı olur.

     

    Üz gərmə əməliyyatı üçün ən yaxşı yaş

     

    Feysliftinq zahiri yaşlanma əlamətlərinin aradan qaldırılmasına yönəlmiş tibbi prosedurdur. Çox vaxt feysliftinqə 50 yaşdan sonra üz tuturlar. Tədricən xarici görünüş dəyişikliyə uğrayır. Qırışların sayı artır, çənə altında piy toxuması təbəqəsi böyüyür, yanaqlar sallanır. Dəri bürüşür, elastikliyini itirir.

     

    Bu cür dəyişikliklərin səbəbləri aşağıdakılardır:

     

    • Yaşlanma;

    • Fərdi genetika;

    • Kəskin çəki itkisi;

    • Hormonal pozuntular.

     

    Buradan belə çıxır ki, üz gərmə əməliyyatı yaşdan asılı olmayaraq aparılır. Bu cür problemlər çox nadir hallarda artıq 20 yaşda baş qaldırır, bəziləri isə feysliftinq barədə 50 yaşdan sonra düşünür. Həkimlər tövsiyə edirlər ki, toxumaların vəziyyətinin görünən dərəcədə pisləşməsini gözləmək lazım deyil, çünki vaxt ötdükcə metodikanın effektivliyi aşağı düşə bilər.

     

    Üz gərmə əməliyyatının effektivliyi

     

    Üz gərmə əməliyyatının effektləri aşağıdakı kimidir:

     

    • Qatlar hamarlanır, minik qırışlar yox olur;
    • Üz konturu nəzərə çarpır, ikinci buxaq yox olur;
    • Dəri elastikliyi bərpa edilir;
    • Pasiyent 10-15 yaş daha cavan görünür.

     

    Üz gərmə əməliyyatının nəticəsi

     

    Cərrahi liftinqin nəticəsi 8-10 il saxlanılır. Manipulyasiyaları 3 dəfədən artıq təkrarlamaq tövsiyə olunmur. Deməli, ilk üz gərməni 30 yaşda keçirmək rasional olar. Anlamaq vacibdir ki, növbəti prosedurların nəticəliliyi azalır, çünki dərinin bərpası çətinləşir. Arzu olunduqda üz plastikası yaşlı vaxtda da aparılır. Bu əməliyyat üçün 60 yaş heç də sərhəd sayılmır.

     

    Reabilitasiya (bərpa) dövrü

     

    Reabilitasiya müddəti orqanizmin vəziyyətindən asılıdır. 60 yaşdan sonra üz gərmə əməliyyatı bərpa üçün 2 aydan az zaman tələb etməyəcək. Tez sağalmaq üçün plastik cərrahın tövsiyələrinə mütləq şəkildə riayət edilməlidir:

     

    • İlk 4-5 sutka ərzində kompres sarğısını çıxarmaq tövsiyə olunmur;
    • 8 həftə ərzində saunaya, hamama getmək olmaz;
    • Çapıqlara diqqətlə qulluq edilməlidir;
    • Yaxşı qidalanmaq və təmiz havada çox gəzmək tövsiyə edilir;
    • Çapıqlara birbaşa günəş şüaları düşməsindən uzaq durmaq vacibdir;
    • Fizioterapiya kursu keçmək məsləhət görülür.

    Online appointment