Burun korreksiyası və burun dikləşdirmə

Contents

    Burun korreksiyası və burun dikləşdirmə

    Burun ucunun aşağı və ya yuxarı meyilli olması burun qurtaracağı qığırdaqlarının yerləşmə xüsusiyyətlərinin və onların anatomik özəlliyinin nəticəsidir.
    Burun ucunun aşağı meyilli olması plastik cərrahiyyə yardımı ilə həll edilməsi mümkün olan estetik problemdir.
    Burunun forması burun və qanad qığırdaqları ilə müəyyənləşir və səliqəli uc kompozisiyanı tamamlayır. Əgər uc aşağı enmişdirsə, bu, estetik proporsiyaların pozulmasına və üz asimmetriyasının yaranmasına gətirib çıxarır.

    Yaş keçdikcə enmə daha gözəçarpan olur. Burun ucunun və burun dirəyinin dərisi tədricən elstikliyini itirir, burun ucu daha da qalınlaşır və get-gedə aşağıya doğru meyillənir.
    Burun korreksiyasi üçün göstərişlər

    •    Burun qığırdağındakı kəskin ikiləşmə;
    •    Hədsiz həcmli burun ucu;
    •    Qalxmış və ya enmiş burun ucu;
    •    Uğursuz əməliyyat, yaxud mexaniki burun zədələnməsi sonrası əyilmə;
    •    Asimmetrik və ya hədsiz açıq olan burun deşikləri.

    Cərrahi üsulla burun dikləşdirmə və burun korreksiyası

    Rinoplastika.
    Ömürlük nəticə verən ən etibarlı və effektli burun dikləşdirmə üsülu rinoplastika əməliyyatıdır. Rinoplastika yardımı ilə enmiş burun ucunu asanlıqla qaldırmaq, girdələşmişi burunu kiçiltmək, qısa burun ucunu isə daraltmaq olar.

    Enmiş burun ucu qığırdaqların bir hissəsini götürmək yolu ilə düzəldilir. Əməliyyat qapalı və ya açıq metodla həyata keçirilə bilər. Birinci halda, plastik cərrah burunun selikli qişasında kəsik edərək, oradan qanadvari qığırdaqları sərbəstliyə çıxarır və onlara lazımi forma verir.

    Bu manipulyasiya zamanı genişlik çox böyük olmasa da, əvəzində pasiyentdə, ümumiyyətlə, zahiri çapıq qalmır, çünki dəri tamlığı pozulmur.
    Əməliyyat açıq metodla həyata keçirilirsə, üst kəsik edilir və bu, mütəxəssisə prosedurun gedişatına nəzarət etmək imkanı verir.

    Plastik cərrah burun aralığı nahiyəsində kəsik edərək, qığırdaqları açığa çıxarır, artıqları kəsir, tikiş qoyur. Burun ucunu qaldırmaq üçün dirək qığırdaq istifadə olunur. 

    Müdaxilənin müddəti 1-2 saat davam edir. Əməliyyat adətən ümumi anesteziya altında keçirilir.

    burun-korreksiyasi-ve-burun-diklesdirme

    Alın gərmə.
    Bu korreksiya üsulu dəri sallanması və yumşaq toxumaların ptozu olan daha yaşlı pasiyentlər üçün göstərişdir. Dəri artıqları alından burun dirəyi boyunca endirilir ki, bu da buruna gözəl görünüş verir.

    Alın gərmə digər üz hissələrinin liftinqi (göstəriş olduqda) ilə birləşdirilə bilər və bu, bürüşmüş dəri artıqlarını ləğv etmək imkanı yaradır. Qalan hissə yuxarı dartılaraq fiksə edilir. Nəticədə təkcə burun ucunun enməsi aradan qalxmır, həm də bütünlükdə üzün gəncləşməsi baş verir.

    Mən plastik cərrah Mübariz Məmmədli öz komandamla birgə Azərbaycan və Bakı üzrə burun korreksiyası, burun dikləşdirmə əməliyyatı və digər estetik-plastik əməliyyatları yüksək peşəkarlıqla həyata keçirirəm.


    Online appointment