RİNOPLASTİKA ƏMƏLİYYATI NƏ ZAMAN TİBBİ GÖSTƏRİŞDİR?

Mündəricat

    RİNOPLASTİKA ƏMƏLİYYATI NƏ ZAMAN TİBBİ GÖSTƏRİŞDİR?


    Rinoplastika əməliyyatı çox zaman burun formasını daha gözəl etmək məqsədi ilə icra edilir. Pasiyentlər üz cizgilərini tənzimləmək, ölçüləri yaxşılaşdırmaq, burun ucunu böyütmək, ya da əksinə, kiçiltmək, burun körpüsü qalınlığını üzün eninə uyğun korreksiya etmək üçün mütəxəssisə müraciət edirlər.

    Forma korreksiyası zahiri görünüşü büsbütün dəyişə bilər. Lakin elə hallar da olur ki, yalnız tibbi tövsiyələrə görə rinoplastika etmək lazım gəlir. Oxuduğunuz məqalədə bu məsələ haqqında ətraflı məlumat verməyə çalışmışam.

    Rinoplastika üçün tibbi göstərişlər

    Əgər üz hissəsinin travmaları burun deformasiyasına gətirib çıxarıbsa, rinoplastika təyin edilə bilər. Anadangəlmə deformasiya da əməliyyat üçün daha bir səbəbdir.

    Çətinləşmiş tənəffüs prosesi, qığırdaq toxumasının inkişafdan qalması, yaxud itirilməsi sonradan pasiyenti korreksiyaya sövq edən əsas tibbi göstərişlərdir.

    Tənəffüs prosesinin ağırlaşması anadangəlmə burun dəyişiklikləri və ya düzgün olmayan burun körpüsü forması ilə əlaqədardır.Əgər deformasiya böyükdürsə, əməliyyat burunun daxili və xarici hissələrində aparılır.

    Rinoplastika əməliyyatının aparılma prinsipləri
    Cərrahi müdaxilə iki cür həyata keçirilir: açıq və qapalı. Açıq əməliyyat seçildikdə kolumellada kiçik kəsik icra edilir.

    Qapalı cərrahi müdaxilə xarici kəsiklər olmadan yerinə yetirilir – yalnız daxildə kiçik kəsiklər olur. Qapalı metodika istifadəsi ilə rinoplastika sonrası pasiyentdə çapıq qalmır, dəri göyərməsi və göz nahiyəsində şişkinliklər iki həftə sonra yox olur.

    Rinoplastika öncəsi pasiyent tam diaqnostikadan keçməli, həkim isə nəticələr əsasında tənəffüs çətinləşməsi, yaxud burun deformasiyasının səbəbini müəyyənləşdirməlidir. Cərrahi müdaxilənin birinci mərhələsində qığırdaq və sümük toxuması manipulyasiyaları aparılır.

    Zərurət olduqda burun çəpəri, burun ləyəni və başqa struktur tərkib hissələri düzəldilir. Başlıca məsələnin – normal tənəffüs sistemi işinin bərpasının həllindən sonra burun formasının estetik düzəlişi həyata keçirilir.

    rinoplastika əməliyyatı nə zaman tibbi göstərişdir?

    Rinoplastika sonrası reabilitasiya prosesi
    Tibbi göstərişlər üzrə həyata keçirilən rinoplastika emeliyyati çox vaxt sümük və ya qığırdaq toxuması ilə işi də özündə birləşdirir. Burunun düzgün vəziyyətdə fiksasiyası üçün pasiyent ilk 2 həftə boyunca fiksəedici sarğı, ya da longet taxmalıdır. Cərrahi müdaxilədən bir həftə sonra tikişlər sökülür. Əməliyyatın yekun nəticəsi 1-1,5 ay sonra dəyərləndirilə bilər.

    Reabilitasiya (bərpa) dövründə aşağıdakı ümumi tövsiyələrə riayət edilməlidir:

    •    Böyük fiziki gərginlikdən çəkinməli;
    •    Günəş təsirinə məruz qalmamalı;
    •    Yüksək temperatur təsirindən yan keçməli;
    •    Müvəqqəti olaraq eynəkdən imtina etməli.


    Onlayn randevu al