DODAQ PLASTİKASI (HEYLOPLASTİKA)

Mündəricat

    DODAQ PLASTİKASI (HEYLOPLASTİKA)

    Xeyloplastika (heyloplastika) və ya dodaq plastikası plastik cərrahiyyənin bir bölməsi olub, dairəvi ağız əzələsi və onun əsasını təşkil edən selikli qişanın formalaşdırılması, götürülməsi və yerdəyişməsi hesabına modelləşməsi yolu ilə dodaqların forma və ölçüsünün dəyişdirilməsindən ibarətdir.

    Heyloplastika əməliyyatının yardımı ilə dodaqların ölçüsünü kiçildib-böyütmək, formasını dəyişmək, qırışları götürmək, yastılaşmış dodaqlarda dolğunluq yaratmaq, həmçinin anadangəlmə qüsurları və mimika problemlərini düzəltmək olar. 

    Dodaqlar üzün çox mühüm bir hissəsi olub, mimika prosesində iştirak edir, başqa insanın nəzərini özünə yönəldir və üzün bütün xarici görünüş informativliyini zənginləşdirir.

    Mimika inteqrallı prosesidir. Burada ayrı-ayrı əzələ reaksiyaları iştirak edir, hərçənd, onlar  ümumi təməl, vahid məqsədyönlülüklə bir-birinə bağlıdır. Əgər adamın üzündə təbii təbəssüm əmələ gəlirsə, məmnunluq, sevinc, şövq vəziyyətləri eyni vaxtda digər üz cizgilərində də əks olunur. Onlar uyğunluq qanununa görə vahid kompleksdə cəmləşir.

    Pasiyentlər dodaq plastikasına hansı hallarda qərar verirlər?
    •    Nazik dodaqlar;
    •    Qalın dodaqlar;
    •    Yastılaşmış dodaqlar;
    •    Düşmüş ağız küncləri;
    •    Dodaq qırışları;
    •    Damaqların hədsiz açılması;
    •    Müxtəlif mənşəli dodaq qüsurları (anadangəlmə hallar, travmasonrası hallar);
    •    Xoşxassəli dodaq törəmələri.

    Dodaq plastikasi kimlər üçün göstərişdir?

    Heyloplastika həm estetik, həm də anadangəlmə qüsurlarda müalicə-bərpa məqsədi ilə icra edilə bilər. Bu prosedur üçün məxsusi məhdudiyyətlər yoxdur, amma hesab edilir ki, üz formalaşması prosesi tam bitməyənədək (qızlarda - 16 yaş, oğlanlarda bir az gec) estetik korreksiya etmək arzuolunan deyil.

    Uğurlu heyloplastika əməliyyatı üçün nə lazımdır?

    •    Əməliyyatın keçirilmə anı üçün hər hansı bir kəskin xəstəliyin olmaması;
    •    Əməliyyata 10 gün qalmış aspirin tərkibli dərman qəbulunu dayandırmalı;
    •    Əməliyyata 10 gün qalmış və 3-4 həftə sonra siqaret çəkmək qəti qadağandır;
    •    Bir axşam öncə vanna qəbul edilməlidir;
    •    Əməliyyat acqarına aparılır (diş və ağız boşluğu təmizliyi üçün 1/2 stəkan su istifadə etməli.

    Əməliyyatın keçirilməsi
    Dodaq plastikasi yalnız stasionar şəraitdə yerli infiltrasiya anesteziyası altında həyata keçirilir. Ümumi narkoz mümkündür. Əməliyyat adətən 30 dəqiqədən 1,5 saata qədər davam edir, amma daha mürəkkəb prosedurlar artıq vaxt apara bilər.

    Dodaq plastikası ambulator şəraitdə icra edilir, birləşmiş əməliyyatlarda stasionarda olmaq mümkündür. Heyloplastika çox vaxt burun, çənəaltı, üzgərmə plastikası ilə birgə həyata keçirilir.

    dodaq plastikası (heyloplastika)

    Reabilitasiya (bərpa) dövrü

    Əməliyyatdan sonra üzə sarğı qoyulur və bir gün sonra açılır. İlk sarğı əməkiyyatdan sonrakı gün edilir. Pasiyentin gündəlik fəaliyyətinə qayıtması onun özünü necə hiss etməsinə bağlıdır.

    Adətən bu, artıq əməliyyatdan 3-5 gün sonra mümkün olur. Toxumaların sürətli bərpası üçün (şişkinliyin, qansızmaların azalması, hissiyyatın bərpası) fizioterapevtik prosedurların aparılması tövsiyə edilir.

    Mən plastik cərrah Mübariz Məmmədli öz komandamla birgə Azərbaycan və Bakı üzrə dodaq plastikası və digər estetik-plastik əməliyyatları yüksək peşəkarlıqla həyata keçirirəm.


    Onlayn randevu al