Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
Rekonstruktiv mammoplastika
Rekonstruktiv mammoplastika nədir?
Rekonstruktiv mammoplastika plastik sinə əməliyyatı növlərindən biridir.
“Rekonstruktiv” bərpaedici deməkdir. Rekonstruktiv mammoplastika aşağıdakı hallarda aparılır:
- Tam , yaxud qismən mastektomiya;
- Anadangəlmə döş vəziləri asimmetriyası;
- Vaxtı keçmiş endoprotez əvəzlənməsi;
- Süd vəzilərinin inkişafdan qalması və süd vəzilərinin olmaması.
Əks-göstərişlər
Bu xəstəliklər olduqda rekonstruktiv mamoplastika qadağandır:- şəkərli diabet;
- onkoloji xəstəliklər;
- ürək-damar sistemi xəstəlikləri;
- ağciyər xəstəlikləri.
Rekonstruktiv mammoplastika metodları
Rekonstruktiv mammoplastika müxtəlif üsullarla aparıla bilər. Birmomentli əməliyyatlar kombinə edilmiş əməliyyatlara aiddir. Çünki buraya süd vəzinin götürülməsi və onun sonrakı bərpası daxildir. Bu halda götürülmüş toxumaları silikon protez əvəz edir.
Birmomentli əməliyyat yolu ilə sinə bərpası bir və ya bir neçə mərhələdən ibarətdir. Birinci variantda təkrar cərrahi müdaxilə tələb olunmur ki, bu da əlavə çapıqlardan qurtulmağa imkan verir. Bu əməliyyat növü qismən mastektomiya üçün göstərişdir. O, 3 cür icra edilir:
- Plastikanın autotoxumalar, yəni pasiyentin öz toxumalarının köməyi ilə icra edilməsi;
- İmplant və ekspander tətbiqi;
- Autotoxumalar və ekspanderlərlə sinə rekonstruksiyası.
Reabilitasiya (bərpa) dövrü
Rekonstruktiv mammoplastika əməliyyatından sonra pasiyentdən təxminən 5 gün stasionarda qalması tələb olunur. Bu müddətdə ağrılar analgetiklərlə götürülür, şişlər isə bir neçə gündən sonra öz-özünə keçir. Tikişlər adətən 5-ci gün sökülür. Qadın əməliyyatdan sonra xüsusi komressiyaedici geyim geyməli, mütəmadi olaraq tibbi müayinələrdən keçməli, həkimin bütün göstərişlərinə riayətetməlidir.
Mən plastik cərrah Mübariz Məmmədli öz komandamla birgə Azərbaycan və Bakı üzrə rekonstruktiv mammoplastika və digər estetik-plastik əməliyyatları yüksək peşəkarlıqla həyata keçirirəm.
