Baldır plastikası

Baldır plastikası və ya kruroplastika

Gözəl qadın ayaqları həmişə kişilərin məftun baxışlarını cəlb edib. Arıq, yaxud cəzbedici baldır forması olmayan ayaqları bu gün kruroplastika – xüsusi implantla baldırböyütmə əməliyyatı yardımı ilə korreksiya etmək olar. Yan təsirlərin başvermə riski azdır. Bu gün çox qadınlar, çox vaxt elə kişilər də baldır forması korreksiyasına üz tuturlar. Konturlu baldır plastikası (kruroplastika) hansısa patologiya və ya bədbəxt hadisədə ayaqların gözəlliyini və mütənasibliyini qaytarmağa yardım edir. Ancaq, hər bir cərrahi müdaxilədə olduğu kimi, arzuolunan nəticəni əldə etmək üçün yalnız təcrübəli mütəxəssisə müraciət olunmalıdır.

Göstərişlər
  • Baldır endoprotezləşməsinə göstərişlər:
  • Müxtəlif xəstəliklərin fəsadı kimi meydana çıxan atrofiya zamanı əzələlərin bərpası;
  • Anadangəlmə baldır əzələ toxumalarının zəifliyi;
  • Qəza və ciddi travmalar sonrası ayaqların cərrahi reabilitasiyası;
  • Həqiqi və yalançı ayaq əyriliyi.
baldır plastikası

baldir plastikasi

Əməliyyat necə keçir?
Kruroplastika mürəkkəb əməliyyat deyil, 30 dəqiqəyə yaxın sürür. Əməliyyatın ən məsuliyyətli hissəsi əzələ pərdəsi altında yer hazırlamaqdır. Estetik cərrah bu mərhələdə hansı ölçü implant qoyulacağına qərar verməlidir. Bəzən elə olur ki, qoyulması planlaşdırılan implant çox böyük olur və əzələ altındakı yer həcmini birdəfəyə tələb olunan ölçülərdə genişləndirmək mümkün olmur. Onda əvvəlcə kiçik həcmli implant qoymaq tövsiyə edilir. 3-4 aydan sonra, baldır toxumaları adaptasiya olub genəldikdə təkrar əməliyyat etməklə böyük implant yerləşdirmək olar.

Əməliyyatdan sonra
Əməliyyatdan sonra pasiyent klinikada 1-2 gün keçirir. Sonra evə yazılır. Özüsorulan və ya sökülməsi tələb olunan kosmetik tikişlər qoyulur. Yaxşı olar ki, pasiyent hər 3 gündən bir klinikaya sarğıya gəlsin. Bu, mümkün olmadıqda ona dərialtı özüsorulan kosmetik tikiş qoyulur və günaşırı zelyonka ilə işlənir. 

Əməliyyatsonrası reabilitasiya çox mühüm məqamdır. Birdəfəlik əməliyyatdan fərqli olaraq, reabilitasiya davamlı zaman alır, pasiyentdən bəzi mıhdudiyyətlər və özünəintizam  tələb edir. İlk 7-10 gün 4-5 sm daban  hündürlüklü ayaqqabı geymək lazımdır. Bu, ayaq-baldır əzələlərinin yükünü bir qədər azaldır. İş bundadır ki, əməliyyatdan sonra birinci ayda baldır toxumalarında implant və əzələ arasında “ara təbəqə”nin formalaşması gedir. Başqa sözlə, orqanizm yad cismi (implant) kapsulla əhatə edir. Buna görə də bu müddətdə – 1 aya yaxın həmin nahiyəyə ehtiyatla yanaşmaq, idmanla məşğul olmamaq, ayaq əzələlərini yükləməmək lazımdır. Kompressiyaedici geyim çox faydalıdır. Onu əməliyyatdan sonra azı 1 ay geyinmək məsləhətdir.

Mən plastik cərrah Mübariz Məmmədli öz komandamla birgə Azərbaycan və Bakı üzrə kruroplastika və digər estetik-plastik əməliyyatları yüksək peşəkarlıqla həyata keçirirəm.

Onlayn randevu al

AZE_FLAG +994