Contents
- Waist Slimming Surgery Without Rib Removal In Baku
- Scars After a Deep Plane Facelift, Why They Heal So Well
- Facelift Alternatives – Morpheus8 & Non-Invasive Treatments
- Kesselring Lip Surgery – What You Need to Know
- Advanced Deep Plane Facelift with Preservation Technique™
- Azerbaijani Aesthetic Surgery Goes Global: Dr. Mubariz Mammadli’s Presentation at the International Congress
- Azerbaijani Aesthetic Surgeon Mubariz Mammadli Achieves International Success
- Why Is the Platysma So Important?
- indeed, every plastic surgeon has likely encountered a statement like, “You didn’t pull my face tight enough.” This is often due to patients misunderstanding how anatomy, tissue dynamics, and healing processes work.
Baldır plastikası və ya kruroplastika
Gözəl qadın ayaqları həmişə kişilərin məftun baxışlarını cəlb edib. Arıq, yaxud cəzbedici baldır forması olmayan ayaqları bu gün kruroplastika – xüsusi implantla baldırböyütmə əməliyyatı yardımı ilə korreksiya etmək olar. Yan təsirlərin başvermə riski azdır. Bu gün çox qadınlar, çox vaxt elə kişilər də baldır forması korreksiyasına üz tuturlar. Konturlu baldır plastikası (kruroplastika) hansısa patologiya və ya bədbəxt hadisədə ayaqların gözəlliyini və mütənasibliyini qaytarmağa yardım edir. Ancaq, hər bir cərrahi müdaxilədə olduğu kimi, arzuolunan nəticəni əldə etmək üçün yalnız təcrübəli mütəxəssisə müraciət olunmalıdır.Göstərişlər
- Baldır endoprotezləşməsinə göstərişlər:
- Müxtəlif xəstəliklərin fəsadı kimi meydana çıxan atrofiya zamanı əzələlərin bərpası;
- Anadangəlmə baldır əzələ toxumalarının zəifliyi;
- Qəza və ciddi travmalar sonrası ayaqların cərrahi reabilitasiyası;
- Həqiqi və yalançı ayaq əyriliyi.
Əməliyyat necə keçir?
Kruroplastika mürəkkəb əməliyyat deyil, 30 dəqiqəyə yaxın sürür. Əməliyyatın ən məsuliyyətli hissəsi əzələ pərdəsi altında yer hazırlamaqdır. Estetik cərrah bu mərhələdə hansı ölçü implant qoyulacağına qərar verməlidir. Bəzən elə olur ki, qoyulması planlaşdırılan implant çox böyük olur və əzələ altındakı yer həcmini birdəfəyə tələb olunan ölçülərdə genişləndirmək mümkün olmur. Onda əvvəlcə kiçik həcmli implant qoymaq tövsiyə edilir. 3-4 aydan sonra, baldır toxumaları adaptasiya olub genəldikdə təkrar əməliyyat etməklə böyük implant yerləşdirmək olar.Əməliyyatdan sonra
Əməliyyatdan sonra pasiyent klinikada 1-2 gün keçirir. Sonra evə yazılır. Özüsorulan və ya sökülməsi tələb olunan kosmetik tikişlər qoyulur. Yaxşı olar ki, pasiyent hər 3 gündən bir klinikaya sarğıya gəlsin. Bu, mümkün olmadıqda ona dərialtı özüsorulan kosmetik tikiş qoyulur və günaşırı zelyonka ilə işlənir. Əməliyyatsonrası reabilitasiya çox mühüm məqamdır. Birdəfəlik əməliyyatdan fərqli olaraq, reabilitasiya davamlı zaman alır, pasiyentdən bəzi mıhdudiyyətlər və özünəintizam tələb edir. İlk 7-10 gün 4-5 sm daban hündürlüklü ayaqqabı geymək lazımdır. Bu, ayaq-baldır əzələlərinin yükünü bir qədər azaldır. İş bundadır ki, əməliyyatdan sonra birinci ayda baldır toxumalarında implant və əzələ arasında “ara təbəqə”nin formalaşması gedir. Başqa sözlə, orqanizm yad cismi (implant) kapsulla əhatə edir. Buna görə də bu müddətdə – 1 aya yaxın həmin nahiyəyə ehtiyatla yanaşmaq, idmanla məşğul olmamaq, ayaq əzələlərini yükləməmək lazımdır. Kompressiyaedici geyim çox faydalıdır. Onu əməliyyatdan sonra azı 1 ay geyinmək məsləhətdir.
Mən plastik cərrah Mübariz Məmmədli öz komandamla birgə Azərbaycan və Bakı üzrə kruroplastika və digər estetik-plastik əməliyyatları yüksək peşəkarlıqla həyata keçirirəm.

