Plastik əməliyyatlar və hamiləlik

Plastik əməliyyatlar və hamiləlik

Uşaq doğulması qadın həyatında ən sevincli, parlaq və duyğulu anlardan biridir. Amma çox vaxt hamiləlik qadınlara bədən dəyişimi ilə bağlı arzuolunmaz təəssüratlar da bəxş edir ki, bu obraz istəniləndən uzaq olur. Bürüşmüş dəri və sallaq, həcmini itirmiş sinə, artmış bədən həcmi və s. xoş olmayan təəssüratlardır. Təəssüf ki, pəhriz və məşğələlər çox vaxt təsirsiz olur.
Tibb və plastik cərrahiyyə sayəsində isə bu problemlər tez həll olunandır. Doğuş sonrası ən populyar əməliyyatlar arasında abdominoplastika, sinə böyütmə, sinə kiçiltmə, sinə dikləşdirmə və s. yer alır.

Abdominoplastika və hamiləlik
Hamiləlik zamanı qadın dərisi genişlənir. Doğuş sonrası isə dəri və əzələlər öz elastikliyini itirərək, əksər qadınları qarının aşağı hissəsindəki dəri sallanması ilə narazı salır. Abdominoplastika qarın boşluğu divarının korreksiyası və bərpası üçün tövsiyə edilir.

Abdominoplastika əməliyyatı zamanı qarının orta aşağı hissəsində dəri və piy toxuması artıqları cərrahi yolla götürülür. Qarın əzələləri isə, tələb olunursa, bərpa edilə bilir. Nəticə olaraq, daha hamar qarına və kiçik bel həcminə nail olunur. Adətən əməliyyat sonrası çapıqlar alt paltarının gizlətdiyi nahiyədə qalır. Həmçinin əməliyyat qarın boşluğundakı daxili və reproduktiv orqanlara  toxunmur. Ona görə də gələcəkdə yenidən hamilə qalmaq imkanı saxlanılır.

plastik əməliyyat və hamiləlik


Amma abdominoplastika sonrası növbəti hamiləlik zamanı bəzi kiçik problemlər yarana bilər. Hamiləlik vaxtı qarın nahiyəsi dölün ölçüsünə uyğun genişlənir və doğuş sonrası normal vəziyyətə qayıtması üçün dəri yetərincə elastik olmaya bilər. Bu baş versə, əlavə əməliyyat tələb olunur. Ona görə də əksər plastik cərrahlar tövsiyə edirlər ki, qadınlar hamiləlik planlaşdırırlarsa, abdominoplastika əməliyyatını ertələsinlər. Lakin ümumilikdə pasiyent abdominoplastika əməliyyatından bir il sonra hamilə qala bilər.

Həmçinin keysəriyyə əməliyyatı edilirsə, eyni vaxtda abdominoplastika əməliyyatını icra etmək olmaz. Keysəriyyə və doğuşdan 6 ay, yəni şişlər tam çəkiləndən sonra həm qarın əməliyyatı, həm də digər istənilən plastik əməliyyatı həyata keçirmək olar.

Sinə əməliyyatları və hamilelik
Hamiləlik zamanı və sonrası qadınlar üçün digər problemi sallaq sinə yaradır. Hamiləlik sonrası süd vəzi toxuması daralaraq, çəki və hormonal dəyişiklik səbəbi ilə öz elastikliyini itirə bilər. Plastik əməliyyatlar daha təbii proporsiyalara uyğun sinə bərpasına, həm də dəri elastikliyi bərpasına kömək edir. Amma sinə dikləşdirməni qadının daha uşaq planlaşdırmadığı vaxta qədər təxirə salmaq tövsiyə olunur.

Sinə böyütmə əməliyyatı qadının hamilə qalmasına təsir etməsə də, əməliyyat sonrası hamiləlik əməliyyat nəticəsinə təsir göstərəcək. Sinə implantları südverməyə təsir etmir və implant zədələnsə belə, südə silikon düşməsi riski yoxdur.

Onlayn randevu al

AZE_FLAG +994