Contents
- Waist Slimming Surgery Without Rib Removal In Baku
- Scars After a Deep Plane Facelift, Why They Heal So Well
- Facelift Alternatives – Morpheus8 & Non-Invasive Treatments
- Kesselring Lip Surgery – What You Need to Know
- Advanced Deep Plane Facelift with Preservation Technique™
- Azerbaijani Aesthetic Surgery Goes Global: Dr. Mubariz Mammadli’s Presentation at the International Congress
- Azerbaijani Aesthetic Surgeon Mubariz Mammadli Achieves International Success
- Why Is the Platysma So Important?
- indeed, every plastic surgeon has likely encountered a statement like, “You didn’t pull my face tight enough.” This is often due to patients misunderstanding how anatomy, tissue dynamics, and healing processes work.
Plastik əməliyyatlar və hamiləlik
Uşaq doğulması qadın həyatında ən sevincli, parlaq və duyğulu anlardan biridir. Amma çox vaxt hamiləlik qadınlara bədən dəyişimi ilə bağlı arzuolunmaz təəssüratlar da bəxş edir ki, bu obraz istəniləndən uzaq olur. Bürüşmüş dəri və sallaq, həcmini itirmiş sinə, artmış bədən həcmi və s. xoş olmayan təəssüratlardır. Təəssüf ki, pəhriz və məşğələlər çox vaxt təsirsiz olur.Tibb və plastik cərrahiyyə sayəsində isə bu problemlər tez həll olunandır. Doğuş sonrası ən populyar əməliyyatlar arasında abdominoplastika, sinə böyütmə, sinə kiçiltmə, sinə dikləşdirmə və s. yer alır.
Abdominoplastika və hamiləlik
Hamiləlik zamanı qadın dərisi genişlənir. Doğuş sonrası isə dəri və əzələlər öz elastikliyini itirərək, əksər qadınları qarının aşağı hissəsindəki dəri sallanması ilə narazı salır. Abdominoplastika qarın boşluğu divarının korreksiyası və bərpası üçün tövsiyə edilir.Abdominoplastika əməliyyatı zamanı qarının orta aşağı hissəsində dəri və piy toxuması artıqları cərrahi yolla götürülür. Qarın əzələləri isə, tələb olunursa, bərpa edilə bilir. Nəticə olaraq, daha hamar qarına və kiçik bel həcminə nail olunur. Adətən əməliyyat sonrası çapıqlar alt paltarının gizlətdiyi nahiyədə qalır. Həmçinin əməliyyat qarın boşluğundakı daxili və reproduktiv orqanlara toxunmur. Ona görə də gələcəkdə yenidən hamilə qalmaq imkanı saxlanılır.
Amma abdominoplastika sonrası növbəti hamiləlik zamanı bəzi kiçik problemlər yarana bilər. Hamiləlik vaxtı qarın nahiyəsi dölün ölçüsünə uyğun genişlənir və doğuş sonrası normal vəziyyətə qayıtması üçün dəri yetərincə elastik olmaya bilər. Bu baş versə, əlavə əməliyyat tələb olunur. Ona görə də əksər plastik cərrahlar tövsiyə edirlər ki, qadınlar hamiləlik planlaşdırırlarsa, abdominoplastika əməliyyatını ertələsinlər. Lakin ümumilikdə pasiyent abdominoplastika əməliyyatından bir il sonra hamilə qala bilər.
Həmçinin keysəriyyə əməliyyatı edilirsə, eyni vaxtda abdominoplastika əməliyyatını icra etmək olmaz. Keysəriyyə və doğuşdan 6 ay, yəni şişlər tam çəkiləndən sonra həm qarın əməliyyatı, həm də digər istənilən plastik əməliyyatı həyata keçirmək olar.
Sinə əməliyyatları və hamilelik
Hamiləlik zamanı və sonrası qadınlar üçün digər problemi sallaq sinə yaradır. Hamiləlik sonrası süd vəzi toxuması daralaraq, çəki və hormonal dəyişiklik səbəbi ilə öz elastikliyini itirə bilər. Plastik əməliyyatlar daha təbii proporsiyalara uyğun sinə bərpasına, həm də dəri elastikliyi bərpasına kömək edir. Amma sinə dikləşdirməni qadının daha uşaq planlaşdırmadığı vaxta qədər təxirə salmaq tövsiyə olunur.Sinə böyütmə əməliyyatı qadının hamilə qalmasına təsir etməsə də, əməliyyat sonrası hamiləlik əməliyyat nəticəsinə təsir göstərəcək. Sinə implantları südverməyə təsir etmir və implant zədələnsə belə, südə silikon düşməsi riski yoxdur.
