Sinə kiçiltmə əməliyyatı

Sinə kiçiltmə əməliyyatı

Böyük sinə qadınlara bir çox narahatlıq: döş sallanması , boyunda, kürəkdə, çiyinlərdə ağrı, sinə altında daimi sürtünmələr və s. verə bilər. Ona görə də bir çox qadınlar süd vəzinin kiçildilməsi əməliyyatına müraciət edirlər.
Böyük sinə qadın orqanizmində daha ciddi dəyişikliklər yaratmağa qadirdir: donqarlığın inkişafı, baş ağrıları, tənəffüs pozğunluğu və hətta boyun deformasiyası verə bilər. Sinə kiçiltmə əməliyyatı təkcə qadının estetik göstəriciləri və arzularına görə deyil, tibbi göstəricilərə görə də yerinə yetirilir.


Süd vəzi hipertrofiyasının səbəbləri
Süd vəzi toxumalarının hipertrofiyası inkişafının bir neçə səbəbi ola bilər:

  • Genetik amilə (anada, nənədə böyük sinənin olması) əsaslanan anadangəlmə problem ola bilər. 
  • Uşaq əmizdirmə bitdikdən sonra çox vaxt sinə çox böyüyə bilər: laktasiya vəzi həcminin böyüməsinə stimul verir, sonra isə həcm aradan getməyə bilər. 
  • Böyük sinə ümumi piylənmə ilə əlaqədar ola bilər.

Sinə kiçiltmə əməliyyatı : Göstərişlər
Sine kiçiltme üçün ən əsas göstəriş pasiyentin şəxsi və əsaslı istəyidir. Həddindən artıq böyük sinə geyim, alt paltarı seçimini çətinləşdirir. Sinə altında qıcıqlandırıcı və diskomfort yaradan sürtünmələr əmələ gəlir, kürəkdə ağrı inkişaf edir, çiyinlərdə büstqalter (alt paltarı) təzyiqinin izləri qalır. 
Elə hallar da olur ki, qadınlar döşlərinin onlara ağır olması şikayəti ilə gəlirlər. Bu zaman plastik cərrahın qarşısında mühüm vəzifə – bu problemin psixoloji olub-olmamasını araşdırmaq durur.

sine kiciltme emeliyyati


Döş kiçiltmə əməliyyatı : Əks göstərişlər
Əgər süd vəzi hipertrofiyası endokrin xətalar üzündəndirsə, əvvəlcə əsas xəstəliyi müalicə etmək lazımdır. Belə hallarda sine kiçiltme tövsiyə olunmur. Tənəffüs, damar sistemi xəstəliklərində də pasiyentin keyitməyə hazırlığı barədə dəqiq müayinə aparılmalıdır.

Sinə kiçiltmə əməliyyatı qiyməti
Sinə kiçiltmə əməliyyatı qiyməti birbaşa olaraq əməliyyatın həyata keçirildiyi metodikaya, habelə pasiyentin şəxsi istək və tələblərinə görə fərqli ola bilər. Ona görə də hər şeydən öncə əməliyyatın icra olunma metodikalarına nəzər salmaq lazımdır.

Sinə kiçiltmə əməliyyatı metodikaları
Məmə kiçiltmə texnikaları yetərincə çoxdur. Süd vəzinin bütün parametrlərini ölçdükdən sonra plastik cərrah kiçildilmə metodu və cərrahi müdaxilə həcmi barədə qərar qəbul edir. Əməliyyat gedişində plastik cerrah vəzi toxuması (süd vəzi toxuması), piy sellülozası və dəri artıqlarını bu hissələrdən icra edilən kəsikdən götürür:

  • Areol ətrafı;
  • Areol ətrafı və areoldan aşağı sinəaltı qatadək;
  • Areol ətrafı, areoldan aşağı sinəaltı qat boyunca;
  • Qoltuqaltına istiqamətlənmiş vergülşəkilli kəsik, belə kəsik daha az bilinir (SPAIR).

Götürülmüş toxuma həcmi və çapıq uzunluğu sinənin başlanğıc (əsas) ölçüsündən asılıdır. Dos kiciltme emeliyyati ilə süd vəzisinə daha təbii forma verilir, gilə-areol kompleksi daha yüksək vəziyyətə gətirilir. Kiçildici mammoplastikada əməliyyat sonrası çapıqlar qaçılmazdır. Amma kəsiklər kosmetik tikişlə tikildiyi üçün 0,5-1 ildən sonra çapıqlar şəffaflaşır və az bilinir. Bəzən döş kiçiltmə əməliyyatı böyürlərin liposaksiyası ilə birgə icra edilir ki, pasiyentin xarici görünüşündə arzuolunan estetikaya nail olunsun.

Reabilitasiya

Döşlərin kiçildilməsi əməliyyat çətinliyindən asılı olaraq, 1,5-2,5 saat davam edir. Əməliyyatdan sonra pasiyentə drenaj qoyulur, kompresedici geyim geydirilir ki, onu da 1 ay geyinməsi lazımdır. İlk 2-3 sutka ərzində stasionarda həkim müşahidəsində qalmaq çox tövsiyə edilir. Bu (2-3 sutka) müddətdən sonra drenajlar çıxarılaraq, pasiyent evə yazılır. Sonradan əməliyyat nəticəsi dinamik müşahidə edilir, həmçinin sarğılar dəyişdirilir.

Sinənin kiçildilməsi sonrası reabilitasiyada müvəqqəti ağrı hisləri ola bilər ki, bu da bir neçə günə keçib gedir. 5-6 gün sonra tam normal həyat ritminə qayıtmaq olar. Amma hələ 4-6 həftə ərzində güclü fiziki ağırlıqdan uzaq durmaq lazımdır. 1-1,5 aydan sonra bütün vərdiş etdiyiniz gərginliklə dolu gündəlik həyata başlamaq olar. Nəticə dərhal görünür, amma onun tam qiyməti yalnız 6-8 ay sonra verilə bilər.

Mən plastik cərrah Mübariz Məmmədli və peşəkar komandam Azərbaycan və Bakı üzrə sinə kiçiltmə və digər estetik-plastik əməliyyatları yüksək səviyyədə icra edirik.

Onlayn randevu al

AZE_FLAG +994