Burun çəpəri əyriliyi əməliyyatı

Burun çəpəri əyriliyi əməliyyatı

Burun çəpəri əyriliyi yetərincə yayılmış haldır və çox vaxt tənəffüslə bağlı bir narahatlıq və ağırlaşmalara səbəb olmur. Lakin bir sıra hallarda tənəffüs olunan hava axınının hərəkətində xəta və burun tənəffüsü pozuntusu baş verir ki, bu da bir sıra fəsadlara yol aça bilər.

Burun çəpəri əyriliyinin yaranma səbəbləri
Burun çəpəri əyriliyinin 3 səbəbi olur:
  • Fizioloji – çəpərin qığırdaq və sümük toxumasının qeyri-hamar böyüməsi nəticəsində deformasiya baş verir.
  • Travmatik – tam fərqli növ və mənşəli burun travmaları çəpər deformasiyasına gətirib çıxara bilər.
  • Kompensasiya səbəbləri – əyrilik burunda polip, şiş yaranması, vazomotor rinit sonrası baş verir və s.
Burun çəpəri əyriliyi simptomları
Burun ceperi eyriliyi olan şəxslərdə aşağıdakı simptomlar üzə çıxır:
  • burun tutulması və tənəffüs çətinlikləri;
  • xorultu;
  • tez-tez iltihabi və allergik xəstəliklər;
  • burunda quruluq;
  • burun forması dəyişikliyi.

Burun çəpər əyriliyinin fəsadları
Burun tənəffüsü funksiyası pozuntuları ilə yanaşı, çəpər əyriliyi xroniki rinit, daimi burun tutulması, tez-tez asqıraq və öskürək, sonradan baş ağrılarının yaranmasına, oksigen aclığı, bronxial astma, otitlər və s. gətirib çıxara bilər.

Burun çəpəri əməliyyatı
Burun çeperi emeliyyati və ya septoplastika – burun çəpəri formasının düzəldilməsi məqsədilə həyata keçirilən əməliyyatdır. Normal çəpər burunu iki bərabər simmetrik hissəyə ayırır. Əyilmə zamanı burun çəpəri əyilir, ya da mərkəzi vəziyyətindən xeyli yan durur. Əgər burun çəpəri əyriliyi burun yollarını (girişlərini) tutursa, septoplastika aparılır.

Burun çəpəri əməliyyatı üçün verilməsi lazım olan analizlər
  • EKQ;
  • KBB konsultasiyası;
  • sidik və qanın ümumi klinik analizi;
  • qanın biokimyəvi analizi;
  • paranazal sinusların KT müayinəsi;
  • Rh faktoru, qan qrupu;
  • koaquloqramma;
  • hepatit, HIV və sifilis üçün qan testi;
  • flüoroqrafiya.
Burun çəpəri əməliyyatı necə keçir?
Əməliyyat yerli və ya ümumi narkoz altında aparılır və yarım saatdan 2 saatadək çəkir. Kəsik burun daxilində icra edilir və bu, hansısa görünən əməliyyat izlərindən qaçmağa imkan verir. Əməliyyatdan sonra girişlərə xüsusi burun tamponları yerləşdirilir. Buruna isə fiksəedici məxsusi sarğı qoyulur.

Burun çəpəri əməliyyatına əks göstərişlər
  • qan laxtalanmasında pozuntular;
  • ağır daxili orqan xəstəlikləri;
  • onkoloji xəstəliklər;
  • infeksion xəstəliklər;
  • yaşın 16-dan az olması
Reabilitasiya (bərpa) dövrü
Burun ceperi emeliyyatindan sonra sağalma dövründə burun yolları tamponlar vasitəsilə tutulur. Tamponlar əməliyyatdan sonra qanaxma ehtimalını azaldır və burun septumunun mövqeyini sabitləşdirir. Onlar çıxarıldıqdan sonra aşağıdakılara riayət etmək mütləqdir:

  • fiziki hərəkətləri mümkün qədər məhdudlaşdırmaq;
  • isti içkilərdən çəkinmək;
  • siqareti dayandırmaq;
  • bir neçə həftə ərzində saunaları, hamamları, isti vannaları və s. istisna etmək.
Septoplastika və rinoplastika
Əgər pasiyent öz burnunun xarici görkəmindən də narazıdırsa, o zaman septoplastika əməliyyatı ilə yanaşı rinoplastika əməliyyatı da icra edilir. Rinoplastika sırf estetik-plastik əməliyyat sayıldığı üçün onun qiyməti də septoplastikanın qiymətindən fərqli olur. Bu əməliyyat Azərbaycanda, Bakıda mən – plastik cərrah Mübariz Məmmədli tərəfindən peşəkar səviyyədə həyata keçirilir.

Onlayn randevu al

AZE_FLAG +994