Qarın gərmə əməliyyatı (abdominaplastika)


Qarın gərmə əməliyyatı nədir?

 

Qarın gərmə əməliyyatı və ya abdominaplastika – plastik əməliyyat olub, qarın nahiyəsində, göbəkdən aşağı və azca yuxarı sallanmış artıq dəri və piy toxumasının götürülməsi və   bürüşüklüyü ləğv etməklə ön qarın divarı formasının yaxşılaşdırılması yolu ilə icra olunur.

 

Qarın piylənməsi səbəbi

 

Çəki artımı və itkisi, doğuş, genetik quruluş qarın nahiyəsində dəri artıqlığı və sallanması piy toxuması toplanmasına, qarın dərisi səthində genəlmələrin yaranmasına, ön qarın divarı əzələlərinin və əzələ təbəqəsinin zəifləməsinə səbəb ola bilər.

Belə şikayətlər şalvar, ətək, çimərlik geyimi və bikini geyindikdə ciddi diskomfort yaradır, bununla yanaşı, bəzi hallarda hədsiz sallanma dəri yaraları və hədsiz tərləmə nəticəsində qarındakı qatlarda göbələk infeksiyaları kimi şikayətlərlə nəticələnir.

 

Qarın gərmə əməliyyatı nə zaman tələb olunur?

 

Liposaksiya yardımı ilə sadə deformasiyaları düzəltməyin mümkün olmasına baxmayaraq, bir qayda olaraq, qarin germe emeliyyati keçirmək tələb olunur. Deformasiyanın formasından asılı olaraq, qarın gərmə əməliyyatı fərqli metodlarla icra edilə bilər.

Bəzi hallarda liposaksiyalı qarın gərmə əməliyyatı tətbiqi daha yaxşı nəticələr əldə etməyə imkan verir. Hədsiz sallanma səviyyəsi və dəri artıqları olan pasiyentlər üçün göbək yerinin dəyişdirilməsi və yeni göbək formalaşdırılması icra etmək tələb oluna bilər.

 

Qarin germe emeliyyatindan sonra iz qalırmı?

 

Demək olar ki, bütün hallarda kəsik yeri qasıqdan yuxarıda, qeysər kəsiyi edilən nahiyədə elə planlaşdırılır ki, əməliyyat izini asanlıqla alt paltarı və ya çimərlik geyiminin altında gizlətmək mümkün olsun. Qeysər kəsiyindən bir qədər uzun olan əməliyyat izi əməliyyatdan sonrakı 6 ay-1il ərzində normal görünüş alır.

 

qarin germe ; qarın gərmə ; abdominoplastika

Qarın gərmə əməliyyatı kimlərə edilir?

 

          Qarın gərmə əməliyyatı aşağıdakı şəxslərə edilə bilər:

 

  • Sistem xəstəlikləri olmayan şəxslərə,
  • Hədsiz piylənməsi olmayan şəxslərə,
  • Bürüşmüş qarın dərisi və az dərialtı piy yığını olan şəxslərə,
  • Dəri sallanması şikayətləri olan şəxslərə,
  • Qarın dərisində genəlmələr olan şəxslərə.

 

Qarın gəlmə əməliyyatı: əks göstərişlər

 

Qarın gərmə əməliyyatı əsasən uzun çəkir. Buna görə bütün bilinən əks göstərişlər nəzərə alınır. Xüsusən də: sistemli kompensasiya olunmayan formada olan, məsələn, ürək, böyrək, tənəffüs yolları, endokrin xəstəliklərdə əməliyyat riski yüksəkdir.

Yadda saxlamaq lazımdır ki, bu, estetik əməliyyatdır və onu pasiyentin həyat və sağlamlığı üçün bütün mümkün riskləri istisna etdikdən sonra etmək olar. Kiçik də olsa, əgər risk varsa, heç bir cərrah və anestezioloq əməliyyat keçirilməsinə razılıq verməyəcəkdir.

 

Qarın gərmə əməliyyatı qiyməti

 

Qarın gərmə əməliyyatı üçün bir neçə metod mövcuddur. Metod seçimi konkret bir pasiyentin konstitusional xüsusiyyətlərindən və qarşısına qoyduğu məqsədlərdən asılıdır. Misal üçün, gənc doğmamış qadınlar və yaşlı pasiyentlər üçün plastuka metodu seçimi fərqlənə bilər. Abdominoplastika qiymetleri də metod seçimindən asılı olaraq dəyişə bilir.

 

Reabilitasiya

 

Qarin germe emeliyyati sonrası pasiyent 2 gün klinikanın stasionarında qalır. Bu günlərdə müayinələr, sarğılar, tikişlərin gigiyenası aparılır. Müddət sona yetdikdən sonra pasiyent evə yazılır. Reabilitasiya dövrünün vacib tələbləri bunlardır:

  • Əməliyyatdan sonra 2 ay ərzində kompressiya edici geyim;
  • 2 ay ərzində istənilən fiziki gərginlik və ya isidici prosedurlar (hamam, sauna, solyari və s.).

Mən plastik cərrah Mübariz Məmmədli öz komandamla birlikdə Azərbaycan və Bakı üzrə qarın gərmə və digər estetik-plastik əməliyyatları yüksək peşəkarlıqla həyata keçirirəm.

Onlayn randevu al

AZE_FLAG +994