Mündəricat
Popo implantı
Popo implanti və qluteoplastika əməliyyatı
Popo implanti popa formasını korreksiya edən qluteoplastika əməliyyatı zamanı tətbiq edilir. Əməliyyatın məqsədi anadangəlmə və sonradan qazanılma popa dəyişikliklərinin aradan qaldırılması, həmçinin estetik cazibədarlığın artırılmasıdır.
Silikon implantlar popoları böyüdə, onlara forma və kontur verə bilər. Onlar sinə böyütmədə istifadə edilən silikon implantlara bənzəyir, lakin onların silikonu daha möhkəmdir.
Qluteoplastika əməliyyatını Braziliya popo gərməsi (BBL) və ya popaların lipomodelləşdirilməsi ilə birləşdirmək olar ki, bu da liposaksiya yolu ilə başqa nahiyədən toplanmış piyin dəri altına köçürülməsini özündə ehtiva edir. Bu metod həm də lipofilinq adlanır. İmplant arxa nahiyəyə dolğun girdə görünüş, lipofilinq isə dəri altına piy yeridilməsi yolu ilə yan nahiyələrə həcm verir. Lipofilinqdən sonra oturmaq üçün heç bir məhdudiyyət qoyulmur və prosedurdan 3 həftə sonra pasiyent idmanla məşğul olmağa başlaya bilər.

Popo implantı. Göstərişlər
Popoların asimmetriyası;
Yaş dəyişiklikləri səbəbindən toxumaların deqradasiyası;
Həcm defisiti;
Elastikliyin itirilməsi, dəri büzüşməsi;
Dəri sallanması.
Popo implantı. Əks göstərişlər
Daxili orqanların sistem xəstəlikləri (kəskinləşmə mərhələsində) ;
Qan laxtalanması pozğunluqları;
Şəkərli diabet;
Onkoloji xəstəliklər;
Ürək-damar xəstəlikləri;
Digər mümkün həyati-vacib sistem funksiyalarının pozulması.
Əməliyyata hazırlıq
Popo implantı tətbiqi zamanı və sonrası hədsiz qanaxma riskini azaltmaq üçün aspirin, iltihab əleyhinə preparatlar və bitki əlavələri qəbulundan çəkinmək lazımdır. Siqaret çəkmək əməliyyat vaxtı ağırlaşma ehtimalını artıra və bərpa prosesini ləngidə bilər. Ona görə də prosedurdan minimum iki həftə əvvəl və sonra üç həftə ərzində siqareti atmaq mütləqdir. Həmçinin tibbi və laboratoriya müayinəsindən keçmək zəruridir.
Əməliyyat öncəsi plastik cərrah sizi popo implantları barədə məlumatlandırır. Popa implantları müxtəlif ölçü və formalarda olur. Pasiyentlər oval (anatomik) və ya dairəvi (yumru) implant seçə bilərlər. Düzgün forma və ölçü fiziki müayinə yardımı ilə təyin edilir ki, burada əzələnin uzunluğu və eni ölçülür. Hansı implantın uyğun olub-olmadığını əzələlərinin möhkəmliyi göstərir. 95 % hallarda məhz anatomik implant uyğun olur.
Əməliyyatın gedişatı
Popo implanti əməliyyatı adətən ümumi anesteziya tələb edir. Estetik cərrah düz popaarası xətt boyunca kəsik icra edir, sonra popa əzələsi qalınlığında sahə hazırlayır ki, implant da oraya yerləşdirilir.
İmplantlar qoyulduqdan sonra bütün yara qatları tikilir və kosmetik tikiş qoyulur. Sağalma zamanı maye toplanmasını azaltmaq üçün nazik drenaj borucuqlar qoyulması, həmçinin şişkinliyi azaltmaq məqsədi ilə kompressiyaedici geyim təyin olunması da mümkün ola bilər.
Əməliyyat tam təbii popo forması ilə nəticələnir.

Reabilitasiya (bərpa) dövrü