Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
Ponytail lift əməliyyatı nədir?
Ponytail lift əməliyyatı daha harmonik üz ölçüləri formalaşdırmağa və üzü gəncləşdirməyə imkan verir. Lakin o heç də hər kəs üçün göstəriş deyil. Bu əməliyyat üzün üst və orta bölgələrində daha effektlidir, yəni alın liftinqi (endoskopik temporoplastika) və orta bölgə üz gərmədə (yanaq nahiyəsində itirilmiş həcm yaratmaq).
60 yaşa qədər xanımlar üçün bu əməliyyatı bütün üz nahiyələri üçün etmək olar. Lakin bu, birbaşa pasiyentin özündən asılıdır. Hər konkret vəziyyət üçün təcrübəli plastik cərrah tərəfindən fərdi qərar qəbul edilməlidir. Bu əməliyyat üsulu dünya plastik cərrahiyyəsində ilk dəfə mənim tərəfimdən icad edilmiş və rəsmi olaraq patentləşdirilmişdir.
Ponytail lift əməliyyatı üçün göstərişlər
Ponytail lift əməliyyatı bu yaş dəyişikliklərinin aradan götürülməsi üçün məsləhət görülür:
Dəri sallaqlığı və atoniyası;
Qaşların sallanması;
Əzələ və fasiya düşüklüyü (sallaqlığı);
Bilinən (görünən) burun-dodaq qatları;
İkiqat buxaq (çənə altı).
Ponytail lift əməliyyatı üçün əks göstərişlər
Onkoloji xəstəliklər;
Qan laxlalanması pozuntuları;
Hamiləlik və südvermə;
Kəskin infekasiyalar;
Ürək-damar və endokrin sistem xəstəlikləri.
Ponytail lift əməliyyatı necə aparılır?
Ponytail lift saç içərisində kiçik kəsiklər, deşiklər yolu ilə yerinə yetirilir. Kəsiklərin uzunluğu 1 sm-dən az olur. Üzdə belə əməliyyatlar həm ayrıca, həm də ardıcıl və hətta eyni vaxtda da aparıla bilər. Əlavə yaş əleyhinə prosedurların aparılması və qarşıdakı əməliyyatın həcmi hazırlıq mərhələsində plastik cərrah tərəfindən müəyyən edilir.
Çox vaxt bu əməliyyatla SMAS-plastika, blefaroplastika, çənəaltı və yanaq liposaksiyası birləşdirilir. 60 yaşdan yuxarı pasiyentlər üçün isə üz gərmə əməliyyatı ya ənənəvi üsulla, ya da həm ənənəvi, həm də endoskopik üsulu birləşdirərək aparıla bilər.
Reabilitasiya (bərpa) dövrü
